Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ Suriyanı “Ərəb Natosu”nun nəzarətinə verir” - Politoloq  

Nəzakət Məmmədova: “Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirlikləri hal-hazırda PKK və PYD-ə kömək edirlər ki, onlar Türkiyəyə Menbiçdə və Fəratın Şərq sahillərində hərbi əməliyyatlar keçirməyə mane olsunlar”

“Boltonun Türkiyəyə, Pompeonun da Yaxın Şərq ölkələrinə səfərləri və bu səfərlərdə İran, Suriya məsələlərinin müzakirə edilməsi onu göstərir ki, ABŞ həmin ərazilərdən çəkilir. Amma ABŞ-ın Orta Şərq planı belədir ki, öz yerini müttəfiqlərinə verəcək və onların maliyyə gücündən, hərbi dəstəyindən istifadə etməklə Yaxın Şərqdə prosesləri öz nəzarəti altında saxlayacaq”.

Bu sözləri politoloq Nəzakət Məmmədova son günlərdə Suriyada baş verən prosesləri PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ-ın “Suriyadan çəkilirik” qərarından sonra PKK terror təşkilatı Dəməşq ilə görüşləri intensivləşdirib. Təşkilat Bəşər Əsədin nümayəndələri ilə son görüşünü yanvarın 6-da Rakka şəhərində keçirib.

Məlumata görə, Suriya kəşfiyyatı “El-Muhaberat”ın başçısı Əli Məmlükün rəhbərlik etdiyi heyət Rakkaya gələrək PKK liderləri ilə terrorçuların nəzarətində olan bölgələrin Dəməşqə təslimi barədə müzakirələr aparıb.

Nəşrin iddiasına görə, Əli Məmlük Dəməşqin Münbiç və Qamışlıdan Cerablus sərhədinə qədər olan bölgəni təhvil almağa hazır olduğunu söyləyib və aşağıdakı şərtləri irəli sürüb.

- PKK üzvləri bütün silahlarını Dəməşq hakimiyyətinə təhvil versin;

- Hərbi xidmət yaşına çatanlar Suriya ordusuna qatılsın;

- Təhvil-təslim sonrası yüksək vəzifəli PKK üzvlərinə vəzifələr verilə bilər;

- Bu şərtlər qəbul ediləcəyi halda, Qamışlı, Ayn əl-Arab, Ayn İsa və Rəsulayn başda olmaqla, bütün bölgələrə Suriya ordusu hərəkət edəcək.

Görüşdə iştirak edən PKK qanadı isə rejim nümayəndələrinə aşağıdakı şərtləri təqdim edib:

- Mərkəzi Qamışlı olmaqla, muxtar bölgə tələbinin qəbul edilsin;

- İran, İraq və Türkiyə kimi qonşu ölkələrdən təşkilata qatılanlara vətəndaşlıq və Suriya pasportunun verilsin;

- Rakka, Deyr-ez-Zor və Tel Abyadı tərk edilməsi mövzusunda hər hansı bir problem olmayacaq, ancaq Hasekedə hasil edilən neft və təbii qazdan pay verilsin.

Təxminən 8 saatdan çox davam edən müzakirələrdən sonra PKK qərar vermək üçün vaxt istəyib. “El Muhaberat”ın şefi PKK-nın şərtləri qəbul edəcəyi halda, Suriyanın yeni Konstitusiyasında kürdlərə bəzi müstəsna hüquqların veriləcəyini vəd edib, həmçinin Rusiyanın da Türkiyəni “işğal altındakı ərazilər”in rejimə təhvil verilməsi mövzusunda razı sala biləcəyini bildirib.

PKK-nın və PYD-nin Bəşər Əsədin nəzarəti altına keçməsi Türkiyəni hansı addımlar atmağa vadar edə bilər və bu vəziyyətdə Türkiyənin Suriyadakı strateji maraqları necə qorunacaq?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

Nəzakət Məmmədova: “Artıq ABŞ-ın təkidi ilə Suriyada PYD, YPG, PKK birliyinə Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi açıq şəkildədir”.

Yaxın Şərqlə bağlı ssenarinin məlum olduğunu nəzərə çatdıran politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, çox böyük ehtimalla Suriyada bundan sonra da hadisələr ABŞ-ın planına uyğun olaraq cərəyan edəcək:

Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli şəxsləri ötən ilin dekabr ayında Suriyada Ayn İsa qəsəbəsində PKK, PYD, YPG səlahiyyətləri ilə görüşüb. Həmçinin Camal Qaşıçının öldürülməsindən sonra ABŞ dövlət katibi Mayk Pompeo Ər-Riyada səfər etdi. Bu səfərdən sonra Səudiyyə Ərəbistanı PKK, PYD, YPG-ə 100 milyon dollar yardım etməsi barədə razılığa gəlinib. Yəni artıq ABŞ-ın təkidi ilə Suriyada PYD, YPG, PKK birliyinə Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi açıq şəkildədir.

Bu da onu göstərir ki, ABŞ Suriyadan çəkilmə qərarı versə də, oradakı yerinin boş qalmasını istəmir. Bildiyimiz kimi ABŞ-ın 2019-cu ilin yanvar ayından etibarən “Sünni Ordusu” və yaxud da “Ərəb Natosu” deyilən təşkilatı yaratmaqla bağlı planları var idi . Bu təşkilatın da əsas ağırlığı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Körfəzin digər ərəb ölkələrinin üzərinə düşür. Artıq biz bunun əlamətlərini görürük də görürük.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Türkiyəyə gəldi və gərgin görüşlər keçirdi. Həmçinin Con Boltonun Türkiyəyə səfərindən 21 saat öncə ABŞ Dövlət katibi Mayk Pompeo Yaxın Şərq ölkələrinə turneyə gedib. Pompeo burada Suriyaİranla bağlı məsələləri müzakirə edib.

Nəzakət Məmmədova: “ABŞ Suriyadan çəkilmə qərarı versə də, oradakı yerinin boş qalmasını istəmir”.

BBoltonun Türkiyəyə, Pompeonun da Yaxın Şərq ölkələrinə səfərləri və bu səfərlərdə İran, Suriya məsələlərinin müzakirə edilməsi onu göstərir ki, ABŞ həmin ərazilərdən çəkilir. Amma ABŞ-ın Orta Şərq planı belədir ki, öz yerini müttəfiqlərinə verəcək və onların maliyyə gücündən, hərbi dəstəyindən istifadə etməklə Yaxın Şərqdə prosesləri öz nəzarəti altında saxlayacaq. Bu da o deməkdir ki, ABŞ kürdləri atmır. Göründüyü kimi, artıq Yaxın Şərqdə ssenari məlumdur.

Onu da qeyd edim ki, Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirlikləri hal-hazırda PKK və PYD-ə kömək edirlər ki, kürd yaraqlıları Türkiyəyə Menbiçdə və Fəratın Şərq sahillərində hərbi əməliyyatlar keçirməyə mane olsunlar.

Təbii ki, Suriya prezidenti Bəşər Əsəd də onları öz tərəfinə çəkmək istəyir. Amma ççox böyük ehtimalla Suriyada bundan sonra da hadisələr ABŞ-ın planına uyğun olaraq cərəyan edəcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar