Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanovun bəh-bəhlə danışdığı "sürət qatarı"na ölkə başçısı niyə minmədi?

Bakıdan Gəncəyə, Gəncədən Bakıya mütəmadi yol qət edən vətəndaşlar çox sevincli görünürdü

Çünki illərdən bəri 360 km-lik yolu 8-10 saata gedən sərnişinlər bərbad vəziyyətdə olan dəmiryolu nəqliyyatının çatışmazlıqlarından qurtulmağa ümidli idi. Amma olmadı, alınmadı. Ümidlər yenə puç oldu.

2018-ci ilin son günlərində “Bakı-Gəncə” sürət qatarı işə düşdü. Vətəndaşlara ən ucuz bilet 15 manata təklif olundu. Keyfiyyət vəd edən “Azərbaycan Dəmir Yolları” QSC biznes klass və birinci klass üçün 50 manat və 100 manat tariflər müəyyənləşdirdi. Təsəvvür edin, 100 manat ödəyirsən ki, paytaxtdan Gəncəyə 4 saat 30 dəqiqə yol gedəsən. Gülünc səslənir elə deyilmi ? Lap olsun, 50 manat, nəhlət şeytana, 15 manat... Təyyarə ilə 50 manata uçmayan, sürət qatarı ilə 50 manata “uçacaq”? Məntiqinizə "quzu kəsmək" lazımdır!

Belə götürəndə, Kürdəmirdə “Bığ” restonanında və ya ona oxşar kafe-restoranlarda saxlayan avtobus sürücüləri vaxtlarının 30 dəqiqəsini orada keçirməsələr, yeni xəttə buraxılmış sürət qatarından daha tez mənzil başına çatırlar. Nəzərə alsaq ki, avtobusların da içərisində standartlara cavab verməyəni en qədərdir. Yəni, “Bakı-Gəncə” qatarının adı sürət qatarıdırsa, bəs onda əsl sürət qatarı necə olur?

Diqqətçəkən məqam odur ki, Prezident İlham Əliyev Bakı-Gəncə marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak etmədi. Halbuki, dövlət başçısı "Bakı-Sumqayıt" sərnişin qatarının yola salınmasını bildirən rəmzi lenti kəsmişdi. Görünür, Cavid Qurbanovun fəaliyyəti ölkə başçısının ürəyincə olmadığından, o da son tədbirə qatılmadı.

Heç şübhəsiz əhali arasında yeni ilin ilk günləri həm də “Bakı-Gəncə sürət qatarı yolda qaldı” tipli xəbərlərlə yadda qaldı. Qurumun hadisə ilə bağlı açıqlaması hadisədən daha maraqlı oldu:

“Hava çox küləkli idi, ona görə elektrik xətlərində nasazlıq yarandı və ... Və qatar dayandı”.

Nəysə, sözləri Ramiz Rövşənə aid mahnıda Flora Kərimovanın məşhur ifası yada düşür: “Bu qatarın dalınca baxma”.

Ötən həftənin statistikası göstərdi ki, sərnişinlər heç də qatarın dalınca baxıb eləmir. Yəni bu reysə və rels üzərində gedən qatara ilgi olduqca azdır. Çünki maraqlarında deyil belə bir “sürət” qatarı və ya surət qatarı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar