Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astara Pedoqoji Kollecində “yağmalama sessiyası”

Bir gün qızıl üzük lazımi yerlərdə dil açıb çox mətləblərdən məlumat verəcək

İmtahanlardan keçmək üçün tələbələrdən biri son ümid kimi anasının nişan üzüyünü belə satmağa məcbur qalıb

Pedaqoji kadrların hazırlanması hər zaman təhsilin ən prioritet sahəsi olaraq qalır. Çünki, millətin gələcəyi, elmi potensialı məhz müəllim əməyinin nəticəsində əldə olunur. Ulu öndər “mən dünyada müəllim adından şərəfli ad tanımıram” deyəndə məhz bunları nəzərdə tuturdu.

Gələcəyin müəllimlərini hazırlayan Astara Pedaoji Kollecində isə gələcəyimizə göz görə-görə zərbə vurulur desək yanılmarıaq. Rubrika.az saytına burada hökm sürən ab-hava haqqında elə məlumatlar daxil olub ki, oxuduqca adamın damarlarında qanı donur.

Xatırladaq ki, APK ölkəmizdə öz “ənənələri” ilə tanınan təhsil ocaqlarındandır. 2015-ci ildə Kollecin keçmiş direktoru rüşvət alarkən həbs olunmuşdu. O zaman çoxları düşünürdü ki, bu biabırçı fakt başqaları üçün-ən azından Astara Pedaqoji Kollecinin kollektivi üçün görk olacaq. Ancaq deyir sən saydığını say, gör təzə direktor nə sayır.

Mikayıl Cabbarov Təhsil naziri işləyərkən kollecə öz müşaviri Ağababa İbrahimovu direktor təyin edəndə yəqin ümid edib ki, burada vəziyyət kökündən dəyişiləcək, rüşvətə son qoyulacaq, təhsilin keyfiyyəti yüksələcək. Nə yazıq ki, kollecdə təhsilin səviyyəsi yüksəlməsə də rüşvətin məbləği ildən-ilə yüksəlib. Kollecdə bu məbləğ az qala Mərkəzi Bankın günlük valyuta məzənnələri ilə nizamlanır. Necə də olsa BAZAR iqtisadiyyatı dövründə yaşayırıq.

Rubrika.az saytına verilən məlumatlara görə, hazırda Kollecdə 800-ə yaxın tələbə təhsil alır. Qış imtahan sessiyasının başlanması ilə əlaqədar tələbələr əməlli-başlı hazırlaşıblar. Elə düşünməyin ki, binəva tələbələr gecə-gündüz kitab oxuyub qeydlər aparırlar. Əsla-belə imtahana hazırlaşmağı kollecdə kimə desəniz gülməkdən uğunub gedər. Burada imtahanı tələbələr başları ilə yox, cibləri ilə verirlər.

Ümumiyyətlə kollecdə pulsuz yalnız nəfəs almaq mümkündür. Tələbələr Rubrika.az saytına bildirirlər ki, Ağababa müəllim belə davam eləsə yaxında yəqin ki, bizlərdən hava pulu da alınacaq. Kollecdə hər işin öz qiyməti var. Dərsə gəlməməyin, həftəliyin, aylığın, imtahanların... İmtahan demişkən indi sessiyanın ən qızğın vaxtlarıdır. Aldığımız məlumata görə şıdırğı imtahan yağmalanması həyata keçirilir. Bəli-bəli məhz yağmalanması. Tələbələrdən 250-300 manatdan pul toplanılır. Ağababa müəllimin kollecdə tətbiq etdiyi yeni imtahan tarifləri məhz bu qiymətlərdən başlanır. Kimsəyə güzəşt belə olunmur.

Məlumata görə imtahanlardan keçmək üçün tələbələrdən biri hətta son ümid kimi anasının nişan üzüyünü belə satmağa məcbur qalıb. Ağababa İbrahimovun rəhbərlik etdiyi kollecdə baş verən başqa dəhşətli faktlar da bizə məlumdur-deyib çox da qanınızı qaraltmaq istəmirik.
İnanırıq ki, bir gün qızıl üzük lazımi yerlərdə dil açıb çox mətləblərdən məlumat verəcək. Hər halda Kollecin artıq belə bir təcrübəsi var!

PS. Yazı hazırlanarkən Kollecin direktoru Ağababa İbrahimovla əlaqə saxlamağa cəhd etdik. Direktorla əlaqə saxlamaq mümkün olmadı, telefonlarımıza cavab vermədi. Şöbə müdiri vəzifəsində işləyən Yusif müəllimlə telefon əlaqəsi yaratdıq, münasibət bildirməyini istədik. O, bu barədə direktora məlumat verəcəyini bildirdi. Daşdan səs çıxdı, direktordan səs çıxmadı.

pia.az



Şərh yazın.

Rəşad

Bunların hamısı ağ yalandı. Mənbəyi və sübutu olmayan yazılara görə kiməsə böhtan atmaq lazım deyil.

aysel

Buların hamısı yalandı Ağababa İbrahimov məktəbimizin direktoru çox yaxşı müəllim tələbə qeydinə qalandı.Yazılan söz gülməli və çox absurtdu.Ağababa müəllim belə davam eləsə yaxında havada pul ilə olacaq????Bu deyilənlərin hamısı Ağababa müəllimi qaralamaq üçündü

Nigar cəfərova

Mən Astara pedaqoji kollecinin IV kurs tələbəsiyəm. İndiyənə kimi bir qəpik pul verməmişəm və zərbəçi təqaüdü alıram . Anasının üzüyünü satmağa məcbur qalan həmin şəxs götürüb bir gün kitab üzü açsaydi sonra bu sözləri yazmadı . Yəgin rüşvətini qəbul etməyiblər deyə yanıb tutuşur. Bilmir necə qisas alsın.

Lamiya

Bu yazılanlar doğru deyil. Reallığa qalsa elə bir tehsil ocağı yoxdur ki, orada pul söhbəti getməsin. Kollecdə oxuyan, savadlı tələbələr olduqca çoxdur. Kollecdə dərs deyən müəllimlərde hər biri öz vəzifəsini layiqincə yerinə yetirir. Bu məlumatı verən şəxslər utansinki oxumaq əvəzinə analarının üzüyünü satıb diplom almağa çalışırlar.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar