Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Qarabağda filmin çəkilməsi Azərbaycana qarşı mədəni terrordur”

“Təssüf ki , Azərbaycanın Xarici İşlər Nazirliyində müəyyən axsamalar var. XİN rəhbərliyi bununla bağlı ciddi işlər görməli, orada film çəkənləri qara siyahıya salmalıdır”

Bu sözləri Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ermənilərin apardığı mədəni dəyərlər və informasiya savaşına Azərbaycanın bir neçə qurumunun biganəliyini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “Gate to Heaven” adlı filmin çəkilişi ilə bağlı prodüserlərinə etiraz məktubu ünvanlayıb.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev məktubda bildirir:

Mən sizə Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “Cənnətə aparan yol” filminin çəkilişində iştirak etdiyinizə görə yazıram.

Bu filmi "Cəhənnəmə aparan yol" kimi adlandırmaq daha doğru olardı, çünki çəkilişin aparıldığı ərazilər güc tətbiqi nəticəsində işğal edilib və tarixən orada yaşayan yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi qovulub.

Siz yəqin ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazilərinin, Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonun işğal edilməsindən xəbərdarsınız. Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlı əhalinin etnik təmizləməsini həyata keçirməsi nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hazırda Dağlıq Qarabağın azərbaycanlı icmasının 80 mindən çox üzvü 30 ildən çox müddət ərzində Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşamağa məcbur olmuşdur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı adlanan kiçik bir şəhərin azərbaycanlı əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı faciəni, oxşarı olmayan qırğını xatırlatmaq kifayətdir. Bir gecə ərzində - 1992-ci il fevralın 26-da 613 nəfər xüsusi qəddarlıqla öldürülüb, onlardan 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlılar idi. Bu faciə Xocalı soyqırımı kimi tanınıb və bu soyqırımı barədə ətraflı məlumatları müxtəlif veb-səhifələrdən, o cümlədən http://www.karabakh.az/ səhifəsindən əldə etmək olar.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (1993-cü il) Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu tələb ATƏT, NATO, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələri və qərarlarında təsdiqlənib.

Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, işğal olunmuş torpaqlarımızda film çəkilməsi təşəbbüsü ilə bağlı dərin təəssüf hissi keçirir, bu addımın artıq erməni hərbi işğalı nəticəsində dağıdılan bölgədə separatizmi və irredentizmi dəstəkləyəcəyini düşünürük. Utandırıcı haldır ki, sizin iştirak etdiyiniz layihə Ermənistanın hərbi təcavüzü nəticəsində məcburən öz torpaqlarından qovulmuş minlərlə azərbaycanlının əsas insan hüquqlarının (öz vətənlərində yaşamaq hüququ, mülkiyyət hüququ və s.) kobud şəkildə pozulmasına məhəl qoymur. Əslində, qeyd olunan filmin çəkilişində iştirak etməklə, siz, Azərbaycan ərazilərinin işğalının möhkəmlənməsinə şüurlu şəkildə kömək etmiş olursunuz.

Biz, münaqişənin tezliklə sülh yolu ilə həll olunması və azərbaycanlı icmanın Dağlıq Qarabağ bölgəsinə ən qısa zamanda qayıdışına inanaraq, sizi və bu təşəbbüsə qoşulan bütün şəxsləri Azərbaycan ərazilərinin işğalı, separatizmin dəstəklənməsi və təşviq edilməsini dayandırmağa çağırırıq. Əksinə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni icmasının azərbaycanlılarla birgəyaşayışına dair filmlərin çəkilməsi ideyası regionda sülh, sabitlik, tərəqqi və davamlı inkişafa töhfə verə bilər.

Biz Dağlıq Qarabağ ərazisində hazırda yaşayan insanların bu ərazilərdə baş vermiş ədalətsizliyi və qan töküldüyünü bildiyini və bəzilərinin buna şahid olmalarına rəğmən necə normal yaşadıqlarını həmişə sorğu edirik.

Sizi sülhü, ədaləti və inkişafı dəstəkləməyə və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının əməkdaşlığı istiqamətində fəaliyyət aparmağa dəvət edirik.

Məsələnin ciddi olduğunu və ermənilərin apardığı mədəni dəyərlər və informasiya savaşı konteksinə daxil olduğunu nəzərə alarsaq, digər qurumların, xüsusən Diaspora Komitəsinin və Xarici İşlər Nazirliyinin susqunluğunu, ya da məsələyə biganəliyini necə dəyərləndirmək olar?

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə PİA.az-ın əməkdaşının suallarını cavablandırıb.

Məhəmməd Əsədullazadə: “XİN təkcə danışıqlarda və diplomatiyada deyil, bu məsələrdə də Qarabağla bağlı prosesləri diqqətdə saxlamalıdır”.

Mədəni sahədə də Ermənistana zərbələr endirə bilmədiyimizi vurğulayan politoloq bildirib ki, icmanın sədri Tural Gəncəliyevin filmin çəklişi ilə bağlı məktubu təqdirə layiqdir və Azərbaycanın siyasətini ortaya qoyur:

Ermənistan rəhbərliyi daima Qarabağın dünayada tanıdılması istiqamətdə bir çox vasitələrə əl atırlar. Həmçinin erməni diasporası da bu istiqamətdə canfəşanlıq edir. Qarabağda filmin çəkilməsi Azərbaycana qarşı mədəni terrordur. Çünki, bura tarixi Azərbaycan əraziləridi. Azərbaycanlılar buradan məcburi şəkildə yurd-yuvalarından didərgin olub və ermənilər burada vandalizm aktı həyata keçiriblər.

Təssüf ki, mədəni sahədə də biz Ermənistana zərbələr endirə bilmirik. Azərbaycan Qarabağ icmasının rəhbərliyində son sədr dəyişikliyindən sonra bu qurum Qarabağda baş verənləri nəzarətə götürüb. İcmanın sədri Tural Gəncəliyevin filmin çəklişi ilə bağlı məktubu təqdirə layiqdir və Azərbaycanın siyasətini ortaya qoyur.

Təssüf ki , Azərbaycanın Xarici İşlər Nazirliyində müəyyən axsamalar var. XİN rəhbərliyi bununla bağlı ciddi işlər görməli, orada film çəkənləri qara siyahıya almalıdır. Hətta həbs olunmalı istiqamətdə hüququ prosedurlara başlamalıdır. XİN təkcə danışıqlarda və diplomatiyada deyil, bu məsələrdə də Qarabağla bağlı prosesləri diqqətdə saxlamalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar