Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş cangüdəni Fidel Kastronun sirrini açıb - Fotolar

Keçmiş cangüdəni Fidel Kastronun sirrini açıb

Azadlıq adasının komandantesi. Bir çoxları ona nifrət edirdi, çoxları sevirdi, amma heç kim Fidel Kastroya qarşı biganə deyildi.

Amerikalılar onu hər hansı narazılığı boğan amansız diktator hesab edirdi. Sovet İttifaqında onun obrazı həmişə şan və şərəflə əhatə olunub, bu pərdə indiyədək aradan qalxmayıb: komandantenin hər hansı səhv etməsindən asılı olmayaraq, həmişə SSRİ-nin dostu olub.

Kastronun hansı sirləri vardı?

“Konadante mənim üçün Allah idi. Mən həmişə ondan ötrü ölməyə hazır olmuşam. Ancaq hər şey dəyişib, mən bir dəfə onun Kolumbiyanın narkotik alverçiləri ilə söhbətini eşitmişəm”, - “Fidel Kastronun ikili həyatı” kitabı bu sözlərlə başlayır. Buna reaksiyaları partlamış bomba effekti ilə müqayisə etmək olardı.

Onun müəllifi, Kuba liderinin keçmiş mühafizəçisi Xuan Reynaldo Sançesdir, 17 il komandante ilə işlədikdən sonra 2008-ci ildə Azadlıq adasından Meksikaya, oradan ABŞ-a qaçıb. Onun sözlərinə görə, Kuba inqilab liderinin çoxlu daşınmaz əmlakı olub. Məsələn, Kayo-Pefra adası onun şəxsi mülkiyyəti idi. Orada onun göstərişi ilə fil sümüyü ilə bəzədilən villa, tısbağa artırılması üçün ferma və şəxsi delfinariumu olub. Fidel Kastronun Havanadakı malikanəsində xüsusi tibb mərkəzi, basketbol meydançası, özəl limanı və damda hətta boulinqi vardı.

Forbesin 2006-cı ildə hazırladığı 10 ən varlı diktatorlar siyahısında komandante Fidelin də adı olub. Nəşr iddia edirdi ki, onun varidatı 900 milyon dollar qiymətləndirilib. Qəzəbli Kastro özü hiddətlənərək çirkin böhtanlar yayan bütün təqsirkarların cavab verəcəklərini bəyan etmişdi. Komandante iddia edirdi ki, Qərb KİV-lərində açıqlanan rəqəm realdır, ancaq milyonlar və dollarla deyil, ayda peso ilədir (43 dollara yaxındır).

Kastro onu da iddia edirdi ki, o da kubalılar kimi yaşayır. Onun daşınmaz əmlakı “balıqçı daxması” və Havandakı adi mənzilindən ibarətdir. “Bu yalandır, o, həmin daxmada yanına rəsmi səfərə gələnləri qəbul edir, əslində isə şəhər kənarındakı böyük villada yaşayır”, - Sançes iddia edir.

Qaçaq cangüdən Kuba inqilabı liderinin cəmisi 20 dəbdəbəli daşınmaz əmlak obyektini sayıb. Komandantenin özəl adasında Aquarama şəxsi yaxtası üzüb. Cangüdənin sözlərinə görə, interyerin tərtibatında qiymətli Anqola ağac cinsindən istifadə edilib. Bu yaxtanın Kuba liderinin sərəncamına necə daxil olması ilə bağlı məlumatlar ziddiyyətlidir. Bir versiyaya görə, bu, sovet lideri Leonid Brejnevin hədiyyəsi olub. Digər versiyaya görə, onu Kastro özü alıb.

Sovet liderlərinin komandanteyə müxtəlif illərdə müxtəlif hədiyyələr etdikləri sirr deyil. Kastronun qarajındakı üstü açıq “ZİL-111V”-ni və hərbi “QAZ-69”-u Nikita Xruşşov hədiyyə etmişdi. Avtomobil parkında xarici markalar da olub. Cangüdənin iddiasına görə, Kuba inqilab liderinin daha çox özünün “Mercedes”indən xoşu gəlirdi.

Geyimlərinə gəldikdə, Kastro gəncliyində xalq qarşısına, adətən hərbi kitel və kepka, geniş sipərli xaki ilə çıxardı. O, ahıl vaxtında idman kostyumu geyinməyə başlayıb. Lakin Sançesin iddia etdiyinə görə, bu o demək deyildi ki, komandante bahalı aksessuarları xoşlamırdı. Onun məlumatına görə, komandantenin İsveçrənin dəbdəbəli “Rolex” saatının böyük kolleksiyası var idi. 1963-cü ildə Sovet İttifaqına səfəri zamanı Kastronun qolunda iki bahalı “Rolex” olub. Yeri gəlmişkən, o zaman jurnalistlərə bunun yalnız məcburi tədbir olduğunu izah ediblər: saatlarından biri Havana vaxtını, digəri Moskva vaxtını göstərib.

Həmçinin kitabda qeyd edilir ki, komandante ölkədə istehsal olunan Kuba romuna yox, Şotlandiya viskisinə üstünlük verib. Doğrudur, yerli siqarları xoşlayıb: hara fırlatsan da Kuba siqarından heç yerdə yoxdur. Onun siqar qutusunda guya qiymətli Anqola almazları saxladığı da iddia edilir.

Qaçaq cangüdənin fikrincə, Kastronun ona tabe olan sadə kubalılardan gizlində belə dəbdəbəli həyat sürməsi qaçaqmal kokain və marixuanadan gələn pullar hesabına ola bilərdi. Kuba narkotik tacirləri üçün yükboşaltma məntəqəsi idi: narkotik Latın Amerikasından gətirilib sonra ABŞ-a göndərilirdi. Sançes əmindir ki, komandante şəxsən adadakı bu prosesə rəhbərlik edib. Onun xeyir-duası ilə Floridaya narkotik daşıyan narkotik işbazları varidatı bölüşməkdən ötrü Kastronun yanına gəliblərmiş.

Fidel Kastro varlı plantasiyaçı ailəsindən idi. Uşaqlıqdan öz silahdaşlarının çoxundan fərqli olaraq lüt-üryan böyüyən Fidel solçu ideyaları ilə Havana universitetinin hüquq fakültəsinə daxil olub. Stalin, Lenin və Trotskinin kitablarını acgözlüklə oxuyan Kastro Amerika səfirliyi qarşısındakı nümayişlərdə iştirak edib, yoxsul kəndlilərin məhkəmədə müdafiəsinə başlayıb.

Kasrto Dominikanın diktatoru Truxilyonu devirməyə cəhd edir, lakin buna nail ola bilmir. Tamamilə təsadüfən üsyan zamanı Kolumbiyanın paytaxtı Boqotaya gələn Kastro iki şeyi başa düşür: xalq dəhşətli gücə malik ola bilər və əgər xalqa kimsə rəhbərlik etmirsə, o necə tez sönəcək.

1950-ci ildə çevriliş nəticəsində Kubada hakimiyyətə diktator Fulxensio Batista gəlir. Kastro yoldaşları ilə Batistaya qarşı üsyan törətmək istəyir, ancaq əməliyyat baş tutmur. Məhkəmə gələcək komandanteni 15 il azadlıqdan məhrum edir. O, məhkəmədə sonradan özünün məşhur sitatlarından birinə çevrilən sözlərini söyləyir: “Tarix mənə haqq qazandıracaq”. Lakin Batista rejimi fərqli düşünənlərə qarşı həddindən artıq mərhəmətli olur: Fidel 2 il sonra amnistiyaya düşərək azadlığa çıxır.

Azadlığa çıxan Kastro Meksikaya gedir. Orada dərhal əllərində silah Kubaya yollamaq üçün tərəfdarlarının dəstəsini yaradır. O, 1956-cı ildə tərəfdarlarının kiçik dəstəsi ilə birmotorlu Granma yaxtası ilə qayıdıb bir neçə aylığına ölkədə hakimiyyəti ələ keçirə bilib. O, özünün “Bir nömrəli manifest” siyasi proqramında torpağın kəndlilərə verilməsini, sənayeləşməni, sənayenin milliləşdirilməsini və pulsuz təhsil elan edirdi. Hakimiyyətə gələn Fidel qanuna uyğun olaraq ABŞ ilə küsüşərək Sovet İttifaqı ilə dost olub, eləcə də öz anlayışında adada “ədalət dövləti” quracağını deməklə bütün Kubanı silkələyib.

Şahidlərin sözlərinə görə, Kastro heyrətamiz insan idi: o, kütləni ilk sözü ilə həyəcanlandıra və sonra saatlarla onun diqqətini özünə cəlb edə bilərdi. Bununla belə, komandante təbii ki, pasifizm tərəfdarı olmayıb və dissidentlərə qarşı Batistanın hakimiyyəti zamanındakından fərqli olaraq laqeyd münasibəti ilə fərqlənməyib.

Kommunistlərin Kubada hakimiyyətə gəlişindən sonra onun minlərlə (Kastronun əleyhdarlarının sözlərinə görə, on minlərlə) siyasi opponentləri, üsyançı kəndlilər və Batista rejiminin tərəfdarları güllələnib.

Yeni hakimiyyəti müdafiə etmək lazım idi: məsələn, 1961-ci ildə Donuzlar körfəzində məşhur əməliyyat keçirilib, o zaman Nikaraquadakı hərbi düşərgələrdə hərbi təlim keçmiş kubalı mühacirlərdən təşkil olunan 1,5 min nəfərlik desant amerikalıların dəstəyi ilə Kuba sahillərinə çıxarılıb. Görünür ki, bu, Birləşmiş Ştatların təşkil etdiyi “kəşfiyyat döyüşü” idi: Amerika komandantenin rəhbərliyi ilə, yeni dövrün Çapayevi kimi, kubalıların desantları qırdığını görüb. Komandante özü sovet motorlu topunun belində hücuma keçəndə, onlar geri çəkiliblər. Amerikalılar 1962-ci ildə Kuba əleyhinə sanksiya tətbiqini tələb edir, ancaq iş iqtisadi təzyiqdən o tərəfə keçmir: SSRİ Xruşşovun simasında özünə arxayın şəkildə nüvə başlıqlı raketləri nümayiş etdirir, beləliklə “Karib böhranı” həll olunur.

Fidel Kastronu dəfələrlə öldürməyə cəhd ediblər: amerikalıların hesablamasına görə, 100-ə yaxın cəhd olub, kubalılar 600-dən çox sayıblar. Onu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin öz agentlərini təchiz etdiyi güllə, zəhər və partlayıcılarla məhv etməyə cəhd göstərilib. Lakin əla sağlamlığı və taleyi komandanteni qoruyub.

Fidel Kastronun hakimiyyətdə olduğu illərdə cəmiyyətin təbəqələşməsi fəlakətli həddə çatıb. Adada yalnız turizm sənayesi (o cümlədən, fahişəlik və insan alveri ilə məşğul olan qadınlar və kişilər), hakimiyyət təbəqələrinin nümayəndələri normal həyat sürürdülər və indi də belədir. Bununla belə, Kastro vəd verdiyi kimi, pulsuz tibbi xidmət və təhsil tətbiq edib, sovet vaxtı gənc kubalıların bəziləri SSRİ-də təhsil alırdı.

Son zamanlar Kuba tədricən dəyişir. Kubalılarda internetə çıxışı olan mobil telefon peyda olub, indi küçələrdə yalnız amerikalıların 50-60-cı illərdə nadir avtomobilləri şütümür (Fidelin zamanında əhali ancaq Kastronun hakimiyyətə gəldiyi vaxta qədər buraxılan maşınlara və sovet “Jiquli”sinə sahib ola bilərdilər), yüksək keyfiyyətli müasir avtomobillər də görmək olar.

ХХ əsrin ən mühüm tarixi fiqurlarından biri – Fidel Kastro 2016-cı ildə 90 yaşında ölüb. O, bundan 10 il əvvəl, səlahiyyətlərini kiçik qardaşı, buna qədər onun sağ əli və etibar etdiyi şəxs olan Raula verib.

Bir çox ölkələrdə, xüsusilə Latın Amerikası ölkələrində, Kastro hətta ölümündən sonra (səs-küylü dəfni də beynəlxalq miqyaslı hadisəyə çevrilib) sevimli olaraq qalır. Mübahisələr isə hələ də onun kim olması ilə bağlıdır: qanlı diktator, yoxsa böyük və demək olar Amerika imperializmi ilə təmənnasız mübariz. Yəqin ki, hələ uzun müddət də bu mübahisələr səngiməyəcək.(Reyting.az)

pia.az


Etiket: Fidel Kastro

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar