Bazar ertəsi, 16 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Tramp Suriya ilə bağlı qərarından niyə vaz keçir?

Politoloq: “Donald Tramp gözlənilməz, ekskluziv qərarlar müəllifidir. Tramp dəfələrlə düşünülməmiş addımlar atıb”.

“Trampın səhvi növbəti dəfə Rusiyanın növqeyini möhkəmlətdi. Hadisələr də bundan sonra daha çox Rusiyanın ssenarisi üzrə inkişaf edəcək”.

Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Trampın Suriya ilə bağlı mövqeyini dəyişməsini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi ötən ilin son günlərində prezident Donald Tramp ABŞ hərbi kontingentini tam olaraq Suriyadan çıxarmaq barədə fərman imzaladı. Tramp Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla apardığı danışıqlardan sonra həmin gözlənilməz qərarını verdi və yaranan anlaşılmamazlıq səbəi ilə, daha doğrusu Trampın verdiyi qərarın əleyhinə olduğunu nümayiş etdirmək məqsədi ilə ABŞ Müdafiə Naziri və Baş Qərərgah rəisi istefa verdi.

Trampın qəfil qərarı Suriya cəbhəsində ciddi çalxantıya səbəb oldu. ABŞ liderinin bu gözlənilməz qərarı Rusiya, Türkiyə, İranBəşər Əsəd rejimini sevindirsə də, Suriya səhnəsinin digər oyinçularını, xüsusən Suriya kürdlərini çox pis vəziyyətdə qoydu. İsrail də Trampın bu gözlənilməz qərarından məyus olduğunu gizlətmədi. Əslində Trampın bu gözlənilməz qərarı İsraili İranın və Bəşər Əsəd rejiminin qarşısında tək qoyurdu. Türkiyə lideri isə, öz növbəsində Fərat çayının şərq sahillərində “kürd terrorçulara” qarşı ən yaxın zamanda əməliyyatın başlanacağını elan etdi.

“The New York Times” qəzetinin məlumatına görə, ABŞ müdafiə naziri Ceyms Mettis və digər vəzifəli şəxslər Trampı bu fikrindən daşındırmağa çalışıb, onu əmin ediblər ki, hərbi kontingent qısa müddət ərzində bu ərəb ölkəsindən çıxarılsa, bu addım Suriyada İranın nüfuzunun artmasına şərait yaradacaq. Buna baxmayaraq onlar Ağ Ev rəhbərini bu fikirləri təlqin edə bilmədilər və nəticədə Ağ Evdə giriltulu istefalar baş verdi. Maraqlıdır ki, məhz bu istefalardan sonra Trampın mövqeyində dəyişikliklər özünü büruzə verməyə başladı. Sanki Ağ Evin şefi bu istefaların səsləndirilməsini gözləyirdi..

Trampın bu qərarından ən çox kürdlər narazı qalmışdı. Məsələn, başlıca olaraq kürd yaraqlılardan ibarət “Suriya Demokratik Qüvvələri” (SDQ) hərbi koalisiyası ABŞ administrasiyasının bu addımını “arxadan vurulan bıçaq zərbəsi” kimi qiymətləndirmişdi.

Son günlərdə isə ABŞ-ın Suriyadan çıxması ətrafında bir-birini inkar edən məlumatlar yayılmaqdadır. Belə ki, ABŞ hərbiçilərinin Suriyadan dərhal çıxarılacağını bildirən Tramp da indi öz dediyini inkar edir. ABŞ lideri bu məsələ ilə bağlı son açıqlamsında hərbi kontingentin Suriyadan dərhal çıxarılması ilə bağlı əvvəl söylədiyi sözlərdən imtina edib. Demək olar ki, artıq Tramp qoşunlarını Suriyadan çıxartmaqdan vaz keçib. Ağ Evdən verilən məlumatda isə bildirilib ki, ABŞ hərbi kontingetini 4 ay müddətində Suriyadan çıxarılacaq.

Dünən isə ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton İsraildən sonra bu məsələni müzakirə etmək üçün Ankaraya gəlib. İsraildə verdiyi bəyanata görə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Boltonla görüşməkdən imtina edib. Con Boltonla Türkiyə prezidentinin müşaviri İbrahim Kalının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və görüş ümumçilikdə uğursuz keçib.

Bəzi məlumatlara görə Türkiyə ABŞ-ın Suriyadakı 20-dən artıq hərbi bazasını Türkiyə ordusuna verməyi tələb edir. Vaşinqton isə bu bazaları kürd yaraqlılarına verməkdə israr edir ki, bu da faktiki olaraq Türkiyənin milli təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Elə o üzdən də dünən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hər an Suriyada kürd terrorçularına qarşı hərbi əməliyyatlara başlaya biləcəklərini bəyan edib.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “Rusiya çalışacaq ki, ABŞ-ın növbəti səhvindən istifadə edib Suriyadakı vəziyyəti daha çox öz xeyrinə dəyişsin”.

Türkiyənin eyni vaxtda həm ABŞ-ı, həm də Rusiyanı itirə biləcəyini vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, indi Türkiyə Putini Trampdan daha sözübütöv adam hesab edir. Buna görə də təbii ki, Türkiyə Rusiyaya doğru meyllənəcək:

Donald Tramp gözlənilməz, ekskluziv qərarlar müəllifidir. Tramp dəfələrlə düşünülməmiş addımlar atıb. Amma Tramp Suriya ilə bağlı atdığı son addımdan geri çəkilməyində əsas səbəb öz ölkəsində prezident seçkilərinə hazırlaşmasıdır. Tramp keçən seçkilərdə əhaliyə vəd vermişdi ki, ABŞ qoşunlarını dərhal Suriyadan çıxaracaq və bildirmişdi ki, onlarla mübarizə aparmaq bizlik deyil.

Hətta Tramp İŞİD-ın yaranmasının məsuliyyətini Corc BuşBill Klinton hökumətinin, yəni əvvəlki hökumətlərin üstünə atdı. Sonra isə Tramp elan etdi ki, biz Suriyada İŞİD məsələsini həll etmişik və İŞİD-la bağlı problem qalmayıb. ABŞ əsgəri dünyanın qəhrəman əsgəridir.

Mübariz Əhmədoğlu: “ABŞ-ın mövqeyi Suriyada geriləməyə başladı. Bundan sonra da kürd kartı ABŞ-ın əlindən çıxa bilər. Buna görə Tramp qərarın dəyişib və kürdlərə təskinlik verir ki, onları Rusiyadan ayırsın”.

Trampın qoşunları Suriyadan çıxarmaq qərarına Pentaqonun başçısı Ceyms Mettis kəskin reaksiya verdi və istefa verməli oldu. Amma indi Tramp Suriyadan qoşunlarını çıxarmaq istəmir. Çünki Tramp qoşunlarını Suriyadan çıxaracağı təqdirdə Suriyadakı kürdlər hədsiz böyük zərbə ala bilərlər. Buna görə də ABŞ ordusunun Suriyadan çıxarılmasına kürdlər narazı oldu.

Trampın kürd məsələləri üzrə səlahiyyətli nümayəndəsi ordunun Suriyadan çıxarılması qərarından dərhal sonra Kürd Muxtariyyətinin lideri Məsud Bərzanini yanına çağırdı və dedi ki, bu qərar kürdlərin taleyinə pis təsir edəcək. Suriya kürdləri də dərhal Moskvaya üz tutdular. Suriya da Moskvanın göstərişi ilə Mənbiç şəhərini ələ keçirdi. Yəni ABŞ-ın mövqeyi Suriyada geriləməyə başladı. Bundan sonra da kürd kartı ABŞ-ın əlindən çıxa bilərdi. Buna görə Tramp qərarın dəyişib və kürdlərə təskinlik verir ki, onları Rusiyadan ayırsın. Tramp Rusiyanın adın çəmir, amma Türkiyənin adın çekir ki, guya türklər kürdləri qıracaqlar. Buna görə də Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsini yubadır.

Mübariz Əhmədoğlu: “Artıq Türkiyə ABŞ-a ciddi müttəfiq kimi etibar etməyəcək”.

Hesab edin ki, artıq Rusiya psixoloji üstünlük əldə edib. Rusiya çalışacaq ki, ABŞ-ın növbəti səhvindən istifadə edib Suriyadakı vəziyyəti daha çox öz xeyrinə dəyişsin. Heç nədən Mənbiç Suriyanın əlinə keçdi və kürdlərin ABŞ-a inamı hədsiz dərəcədə sarsıldı. O cümlədən artıq Türkiyə də ABŞ-a ciddi müttəfiq kimi etibar etməyəcək.

Həm də yaranan vəziyyətə görə hal-hazırda Ruriya ilə Türkiyə arasında gərginik var. Türkiyə başa düşdü ki, elə vəziyyət yarana bilər ki, eyni vaxtda həm ABŞ-ı, həm Rusiyanı itirə bilər. İndi Türkiyə Putini Trampdan daha sözübütöv adam hesab edir. Buna görə də təbii ki, Türkiyə Rusiyaya doğru meyilənəcək.

Qeyd edim ki, Trampın səhvi növbəti dəfə Rusiyanın növqeyini möhkəmlətdi. Hadisələr də bundan sonra daha çox Rusiyanın ssenarisi üzrə inkişaf edəcək”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...