Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə-ABŞ əlaqələrində qarışıqlıq dönəmi

Konqres Trampın xarici siyasti üzərindən xətt çəkə bilər

Stiven Rayt

“Əl-Cəzirə”, 08.01.2019

Bu il ABŞ xarici siyasət tarixinin mühüm bir ildönüm qeyd edilir.

Əlli il bundan əvvəl, 1969-cu ildə ABŞ prezidenti Riçard Nikson öz doktrinasını elan edib. “Nikson doktrinası”na əsasən, ABŞ, öz bölgələrində təhlükəsizlik məsuliyyətini boynuna götürən dost ölkələrə vurğu edərək onlara hətərəfli dəstək verir. Bu, İranSəudiyyə Ərəbistanını Körfəzin “əkiz sütunlar”ı halına gətirib çıxardı və əsas diqqət İrana yönəldildi.

Sözügedən iki ölkə Sovet İttifaqının təsiri altında sosializmin regional yayımına qarşı çıxmalı və neftin Körfəzdən qlobal bazarlara axınını təmin etməli idi.

On il sonra İslam inqilabı mühafizəkar İran rejimini devirdikdə, Səudiyyə Ərəbistanı ABŞ-ın bölgədə strateji maraqlarının yeganə sütunu və sonrakı 40 ildə onun əsas regional ortağı olaraq qaldı. Ancaq 50 illik yubileyinə yaxınlaşdığımız “Nikson doktrinası”na əsaslanan xüsusi əlaqələr dramatik şəkildə aşılanmağa başlayıb.

2018-ci ildə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın (MBS) bir sıra xarici siyasət səhvləri – Yəmən münaqişəsi, qonşu Qətərin blokadası və Körfəz Əməkdaşlıq Şurasının süqutu ilə bağlı narahatlıqlar artıb. MBS, getdikcə daha çox impulsiv və şüursuz şəxs olaraq görülür və onun taxt-taca layiqliyi şübhə doğurur.

Şahzadənin Səud Evində ənənəvi kollektiv qərarvermə və hakimiyyət balansını pozan, hakimiyyətin mərkəzləşdirilməsinə yönələn hərəkətləri daxili sabitliyin və Səudiyyə Ərəbistanının mühüm iqtisadi inkişaf proqramının – “Vision 2030”-un potensialına dair narahatlıqları artırıb.

Səudiyyə Ərəbistanı konsulluğunda jurnalist Camal Xaşuqcinin qətlə yetirilməsindən sonra Konqresdə bu narahatlıqlar görünməmiş səviyyəyə çatıb. Respublikaçı senator Lindsi Qraham, MBS-i Xaşuqci cinayətinin günahkarı elan edib və onun dəyişdirilməsinə çağırıb, yəni Riyad əleyhinə hərəkətə keçmək üçün addım atılıb.

2019-cu il ABŞ-Səudiyyə əlaqələrində yeni bir dinamikanın başlanğıcı olacaqmı?

Bu sualın cavabı əsasən ABŞ Konqresinə bağlıdır.

ABŞ Konqresi xarici siyasəti müəyyən edə bilər

ABŞ-da xarici siyasət qərarlarını qəbul etmək üstünlüyü, Konstitusiyaya əsasən, prezidentə aiddir. Bununla belə, Konqres xarici siyasət məsələləri üzrə qanunvericiliyi təmin edə bilər və buna görə də, xarici siyasət gündəmini diktə etmək potensialına malikdir.

Bundan əvvəllər də belə hallar baş verib.

1990-cı illərdə, məsələn, Konqres Klinton administrasiyasının İrana yanaşamasnı dəyişdirməyi bacarıb. Lobbiçi qruplar həm demokratlar, həm də respublikaçılar arasında anti-İran əhval-ruhiyyəsini gücləndirməyə müvəffəq olublar.

Nəticədə, İran əleyhinə xarici sanksiyalar haqqında 1995-ci il tarixli Qanun qəbul olunub; 1996-cı ildə İrana və Liviyaya, İranın energetika sektoruna 20 milyon dollardan çox sərmayə qoymuş beynəlxalq şirkətlərə qarşı sanksiya tətbiq edilib.

Prezident Bill Klinton, sonradan prezident Barak Obamanın etdiyi şəkildə, İranla praqmatik əlaqələr qurmaq istəyib. Ancaq həm demokratlar, həm də respublikaçıların dəstəklədiyi bu iki qanun layihəsini imzalamaq məcburiyyətndə qalıb. Klinton administrasiyası Körfəzin təhlükəsizliyini təmin etmək məqsədilə həm İrana, həm də İraqa qarşı sərt “ikili mühafizə” strategiyasını qəbul etməi olub.

Beləliklə, Klinton İran prezidenti Xatəmi tərəfindən təklif olunan əlaqələrin daha da inkişaf etdirilməsinə üstünlük verə bilməyib.

Konqres həm də xarici siyasət məsələlərində üçdə iki səs çoxluğu ilə prezident vetolarını aşa bilər. Obamanın ikinci rəhbərliyi dövründə, konqresmenlər əsasən, 9/11 qurbanları ailələrinin Səudiyyə hökumətinə qarşı məhkəmə iddialarına imkan verən Terrorizmə Qarşı Mübarizə Qanunun qəbuluna nal olublar. Obama dərhal qanun layihəsinə veto qoyub, lakin həm Nümayəndələr Palatası, həm də Senat vetonun ləğvi lehinə səs verb.

Bu, Konqresin narahatlıqları olduqda ABŞ-ın xarici siyasət gündəmini təyin etmə potensialını göstərir.

Tramp örtüyü

Sələfləri kimi, prezident Donald Tramp da Yaxın Şərqdə Konqresin qarşısını ala biləcəyi müəyyən xarici siyasət yolunu davam etdirməyə qərarlıdır.

Tramp Səudiyyə Ərəbistanı ilə əlaqələri mühüm sayır və üç yoldan faydalanmağa çalışır: Səudiyyənin silah satın alması, Səudiyyənin Fələstinə dair “əsrin müqaviləsi”ni dəstəkləməsi və Səudiyyə Ərəbistanının anti-İran oxunda iştirakı – Obama mirasını ləğvi.

O, ABŞ-Səudiyyə münasibətlərinin ənənəvi sütunlarına, o cümlədən müdafiə sahəsində əməkdaşlıq, kəşfiyyat məlumatlarını bölüşdürmə və neft hasilatına az diqqət yetirir. ABŞ, Səudiyyə Ərəbistanının artıq dünyanın ən böyük neft istehsalçısı olmadığını nəzərə alır; prezident Riyadın dünya neft qiymətlərinə çox az təsir etdiyini də bilir.

Riyad və xüsusilə MBS ilə yaxşı münasibətləri davam etdirməkdə gördüyü faydanı nəzərə ala Tramp bu günə qədər xarici siyasət səhvlərini qınaması şərti ilə, gənc tacdar şahzadəni örtüklə təmin edib. Lakin bu vəziyyət dəyişə bilər.

Tramp öz qərar və öhdəlikləri ilə bağlı səbatlı olmadığını isbatlayıb. Dekabr ayında onun rəhbərliyi ABŞ qoşunlarının Suriyadan çıxarılmasını bəyan edib. Bu qərar yalnız ABŞ-ın kürdlərə aid öhdəliklərinə deyil, həm də anti-İran oxunun maraqlarına ziddir.

Daha önəmli budur ki, o, artıq xarici siyasətlə bağlı Konqresin təzyiqinə boyun əyir. 2017-ci ildə KonqresRusiya, Şimali Koreya və İranı hədəfləyən sanksiya aktları, məsələn, Rusiya prezidenti Vladimir Putinlə əməkdaşlığı məhdudlaşdırb. Tramp qanun layihəsinin icra hakimiyyəti orqanının danışıqlar aparmaq səlahiyyətini mənimsəməsindən şikayətlənib. Lakin prezident Konqresin veto perspektivini nəzərə alaraq, qanunu imzalamalı olub.

Konqres artıq Səudiyyə Ərəbistanına dair ilk addımlar atıb. 2018-ci ilin noyabrında ABŞ Senatı iki qeyri-icbari qətnamə qəbul edib. Birinci qətnamə Trampdan Yəməndəki hərbi əməliyyatlarda iştirakdan çəkinməyə çağırır. İkincisi isə MBS-i Xaşuqci cinayəti ilə bağlı ittiham edir.

Önümüzdəki aylarda nəzərdən keçiriləcək bir sıra qanun layihələri və qətnamələrin məzmunu da bəllidir. Bunlara Senatın qanunları daxildir: Səudiyyə Ərəbistanına hərbi yardımın qadağan edilməsi, həmçinin 2018-ci ildə OPEK və Rusiya tərəfindən istehsalın azaldaılmasına dair qərar nəzər alınmaqla, neft istehsalı və ixracatı kartelləri barədədir.

Bu tədbirlər, ehtimal ki, MBS-i cəzalandırmaq üçün ikitərəfli konsensusla irəli sürülür. Şahzadənin varislikdən məhrum edilməsi Konqresin hərəkətinin qarşısını ala bilər, ancaq Səudiyyə rəhbərliyi buna meyilli deyil.

Beləliklə, 2019-cu il ABŞ-Səudiyyə əlaqələrində yeni bir dinamikanın başlanğıcı ola bilər, amma onu prezident yox, Konqresin müəyyənləşdirməsi və formalaşdırması mümkündür.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar