Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilər

Baş qərargahı Londonda olan nüfuzlu “Henley & Partners konsaltinq” firması özünün internet saytında dünya “pasportlarının indeksini” dərc edib

Bu indeks reytinqində ölkələrin yeri onların vətəndaşlarının vizasız gedə biləcəkləri başqa ölkələrin sayı ilə müəyyən edilib.

“Azadlıq” radiosu xəbər verir ki, bu reytinqdə birinci yeri Yaponiya tutub. Onun vətəndaşları dünyanın 190 ölkəsinə vizasız səfər edə bilərlər.

İkinci yeri tutan Sinqapur və Cənubi Koreya Yaponiyadan “cəmi bir ölkə” geridə qalır.

Üçüncü yeri Almaniya və Fransa tutur. Bu ölkələrin vətəndaşları vizasız pasportla 188 ölkəni gəzə bilərlər.

Böyük BritaniyaABŞ-ın pasport indeksindəki yeri son illər enməyə başlayıb. Bu iki ölkə indi pasport reytinqində 6-cı yeri tutur, halbuki 2015-ci ildə 1-ci yeri bölüşürdülər. Ekspertlər bunu sözügedən ölkələrdə “bağlı qapılar” siyasətinin güclənməsi ilə izah edirlər.

Rusiya 119 ölkə ilə 48-ci yeri tutub. Rusiya vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələrin siyahısına ötən il ərzində daha 9 ölkə daxil olub.

Bu indeksdə Ukrayna Rusiyadan irəlidə, 41-ci yerdədir. Onun vətəndaşları 128 ölkəyə vizasız gedə bilərlər.

Belarus və Qazaxıstan müvafiq olaraq 66-67-ci yerləri tuturlar. Onların vətəndaşları üçün 77 və 76 ölkənin qapıları açıqdır.

Keçmiş SSRİ respublikaları arasında ən nüfuzlu pasportlar 11-ci yeri tutan Latviya və Litvadadır. Bu ölkələrin vətəndaşları vizasız dünyanın 180 ölkəsinə gedə bilərlər.

12-ci yerdə 179 ölkə ilə Estoniya gəlir.

Keçmiş sovetlər arasında ən “keçərsiz” pasportu türkmənlər daşıyırlar. Bu pasport yalnız 53 ölkəyə vizasız gediş imkanı verir.

Mərkəzi Asiya ölkələri arasında pasportlarının nüfuzuna görə Qazaxıstandan sonra Tacikistan və Özbəkistan gəlir. Bu ölkələr pasport reytinqində 58 ölkəyə sərbəst girişlə 80 pillədədirlər.

Cənubi Qafqazda ən keçərli pasporta gürcülər malikdirlər. Gürcüstan pasport indeksində 51-ci yeri tutur. Gürcüstan vətəndaşları 114 ölkəyə vizasız gedə bilirlər.

Azərbaycan Filippin və Tunislə birlikdə 76-cı yeri bölüşür. Bu ölkələrin vətəndaşları yalnız 66 ölkəyə vizasız səfər edə bilərlər.

Ermənistan 61 ölkəyə vizasız girişlə 79-cu yeri tutur.

96-cı yerdə olan İranın pasportu 42, 52-ci yerdə olan Türkiyənin pasportu 111 ölkəyə vizasız gediş-gəliş haqqı verir.

Reytinq cədvəlində sonuncu - 104-cü yeri Əfqanıstan və İraq tutur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar