Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklər biznesə necə təsir edəcək?

İqtisadçı ekspert: “Vergi Məcəlləsinə dəyişikliklər edilməsi artıq zərurətə çevrilmişdi. Çünki Azərbaycanda vergi yükü kifayət qədər çoxdur”

“Vergi Məcəlləsinə edilən dəyişikliklər gözlənilən səviyyədə deyil, yəni gözləntilər daha artıq güzəştlərin verilməsi və təşviq mexanizmlərinin hazırlanması istiqamətində olsa da, amma açıqlanan və təsdiq edilən məcəllə bu gözləntiləri tam doğrultmadı”.

Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərin orta və kiçik biznesə təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

2019-cu ilin başlaması ilə Azərbaycanda bir sıra qanun və qaydalara dəyişikliklər qüvvəyə minib. Bunlardan biri də ötən ilin sonlarında Vergi Məcəlləsinə edilən dəyişiklərdir. Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, 2019-cu il yanvarın 1-dən etibarən, qeyri neft-qaz və dövlət sahəsində işləyənlər 8000 manata kimi əmək haqqından gəlir vergisi ödəməyəcəklər. 8 min manatdan yuxarı əmək haqqı alanlar isə 8 mindən artıq hissəsindən 14 faiz gəlir vergisi ödəyəcəklər.

Eyni zamanda dövlət və neft sektoru da daxil olmaqla bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

Hazırda 2500 manata kimi olan əmək haqqından 14 faiz, 2500 manatdan yüksək olan əmək haqqından 25 faiz gəlir vergisi tutulur.

Kiçik sahibkarlıq üçün yeni dəyişiklik olunan Vergilər Məcəlləsində bir sıra güzəştlər nəzərdə tutulub.

Kiçik və orta biznes (KOB) təbəqəsinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər.

Üstəlik, KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilir.

Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlar tərəfindən göstərilmiş xidmətlərdən əldə edilən gəlirlərin əsaslı xərclərə yönəldilmiş hissəsi 7 il müddətinə gəlir vergisindən azad edilir.

Kiçik subyektlər üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi də daxildir. Onlar həm də əmlak vergisindən azad edilirlər. Dəyişikliyə görə, kiçik sahibkarlıq fəaliyyətilə məşğul olan startaperlər startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir.

Bu dəyişikliklər 2019-cu ildə biznesə, xüsusən orta və kiçik biznesin inkişafına necə təsir edəcək?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Rəşad Həsənov: “Qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdə tutulan dəyişikliklər icra olunarsa, bu zaman biznesin vergi yükünün azalması ehtimal olunur və bu da təbii ki, müəyyən inkişafa yol aça bilər”.

Qanunvericilikdə nəzərdə tutulduğu kimi Vergi Məcəlləsinin icrasının təmin olunacağına ümid edən iqtisadçı ekspert vergi orqanlarının fəaliyyəti ilə bağlı ictimaiyyətdə narazılıqların hər zaman olduğunu xatırladıb:

“Əslində Vergi Məcəlləsinə dəyişikliklər edilməsi artıq zərurətə çevrilmişdi. Çünki Azərbaycanda vergi yükü kifayət qədər çoxdur. Eyni zamanda iqtisadiyyatın əhəmiyyətli bir hissəsi qeyr-qanunidir. Yəni gizli iqtisadiyyatın miqyası geniş yayılıb. Hər iki istiqamətdə nəticənin əldə olunması, eyni zamanda Azərbaycanda qeyri-neft sektrorunun inkişafının təmin olunması məqsədi ilə Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi bir çağırışdır.

Amma onu da vurğulamaq istəyirəm ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər gözlənilən səviyyədə deyil, yəni gözləntilər daha artıq güzəştlərin verilməsi və təşviq mexanizmlərinin hazırlanması istiqamətində olsa da, amma açıqlanan və təsdiq edilən məcəllə bu gözləntiləri tam doğrultmadı.

Bununla yanaşı bir sıra istiqamətlərdə müəyyən müsbət məqamlar var. Məsələn əmək bazarının leqallaşdırılması məqsədi ilə gəlir vergisinin tətbiqinin məhdudlaşdırılması, 8 min manata qədər gəlirlərin vergidən azad edilməsi, sadələşdirilmiş verginin ölkə üzrə 2% həcminə salınması və s. demək olar.

Qeyd edim ki, sadələşdirilmiş verginin ölkə üzrə 2% həcminə salınması Bakı şəhərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil olunacaq. Ölkə iqtisadiyyatının əhəmiyyətli bir hissəsinin Bakıda olduğu üçün sahibkarların da böyük əksəriyyəti Bakıda fəaliyyət göstərir. Buna görə də imkanlardan yararlanan sosial qurup çox olacaq.

Rəşad Həsənov: “Onlara şərait yaradılır ki, öz xərclərini rəsmi şəkildə sübut etməklə dövriyyələrinin həcmini azaldıb vergi bazasını kiçildə bilsinlər”.

Həmçinin əlavə gəlir vergisinin geri qaytarılması mexanizmin də qeyd edim. Burada əsas hədəflərdən biri ondan ibarətdir ki, vətəndaşdan sahibkara doğru bir mexanizm formalaşsın. Çünki artıq burada vətəndaş maraqlı tərəflərdən birinə çevrilir. Yəni vətəndaş öz istehlak etdiyi etdiyi malların sənədlərini rəsmi şəkildə tələb edir. Bu isə sahibkarın fəaliyyətinin leqallaşmasına gətirib çıxardan metodlardan biridir.

2019-cu ildən etibarən sadələşdiriliş vergi ödəyiciləri üçün də müəyyən mexanizmlər tətbiq olunmağa başladı. Artıq onlar da xərclərini əks etdirməklə öz vergi yükünün bir qismini azalda bilərlər. Məsələn hesablamaya görə sadəcə gəlir vergisinin tətbiqinin məhdudlaşdırılmasından dövlət büdcəsinə daxil olmalar 320 milyona yaxın azalacaq. Yəni digər sahələrin də təsirlərini nəzərə alsaq sahibkarlığın inkişafı və eyni zamanda vergi yükünün azalması ilə bağlı istiqamətlərdə müəyyən qədər effektlər olacaq.

Onu da qeyd edim ki, bəzi istiqamətlərdə qiymət artımı olacaq. Bu sferada fəaliyyət göstərən sahibkarlar üçün çətinliklər yaranacaq. Çünki bazarın alıcılıq gücü zəif olanda və belə bir vaxtda bazarda qiymət artımı təbii ki, son nəticədə sahibkarın fəaliyyət imkanlarını məhdudlaşdırır.

Rəşad Həsənov: “Bir sıra kateqoriyaya daxil olan sahibkarlar artıq sadələşdirilmiş vergi ödəyicisi kimi deyil, əlavə dəyər vergisi ödəyicisi olaraq fəaliyyət göstərmək məcburiyyətində qalacaqlar”.

Vergi Məcəlləsinə yeni dəyişikliklərə sadələşdirilmiş vergi ödəyicilərinin miqyasının əhəmiyyətli dərəcədə azalmasımasını daxil edə bilərik. Bir sıra kateqoriyaya daxil olan sahibkarlar artıq sadələşdirilmiş vergi ödəyicisi kimi deyil, əlavə dəyər vergisi ödəyicisi olaraq fəaliyyət göstərmək məcburiyyətində qalacaqlar. Bundan başqa hüquqi şəxslərə xidmət göstərən fiziki şəxslər isə sadələşdirilmiş vergi ödəyicisi olmayacaqlar. Onlar 20%-lik vergi ödəyicisi olacaqlar. Əvvəlki dövrlərdə onlar sadəcə 4% ödəyici idi, indi ümumi dövriyyənin 75% gəlirlərdən vergidən azad olunmasını nəzərə alındığına görə onlar ümumi dövriyyənin 5%-i həcmində vergi ödəyəcəklər. Amma digər tərəfdən onlara şərait yaradılır ki, öz xərclərini rəsmi şəkildə sübut etməklə dövriyyələrinin həcmini azaldıb vergi bazasını kiçildə bilsinlər.

Ümid edirik ki, qanunvericilikdə nəzərdə tutulduğu kimi Vergi Məcəlləsinin icrası təmin olunacaq. Vergi orqanlarının fəaliyyəti ilə bağlı ictimaiyyətdə narazılıqlar hər zaman olub. Qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdə tutulan qanunvericilik icra olunarsa, bu zaman biznesin vergi yükünün azalması ehtimal olunur.

Amma digər tərəfdən biznesin qanuniləşdirilməsi ilə bağlı tələblər sərtləşdirilib. Bu tələblər bir tərəfdən vergi yükünün azalması ilə sahibkarın maliyyə öhdəliklərini azaldacaqsa, digər tərəfdən dövriyyənin leqallaşması istiqamətində təzyiqlər onun xərclərini artıracaq. Yəni bu ikisi arasında ən optimal səviyyənin tapılmasına ehtiyac var idi.

Mən düşünmürəm ki, hazırkı məcəllə məhz bunu tam əhatə edə bilib. Amma buna baxmayaraq Vergi Məcəlləsinə edilən dəyişiklərdə müəyyən müsbət effertlər gözləniləndir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar