Bazar ertəsi, 25 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Kremlin mart gözləntiləri...

Doğrusu, şəxsən məni indi hər şeydən çox Ermənistandakı yeni proseslər - “inqilabi hökumət”in qurulması və onun Dağlıq Qarabağla bağlı siyasətinin konturlarının aydınlaşması daha çox maraqlandırır

Bu heç də o demək deyil ki, bununla bağlı çox böyük gözləntilərim var, yox, sadəcə, məsələ hər iki tərəfdən bizə müəyyən perspektivlər vəd edir. Burada bir neçə variant mümkündür.

Birincisi, Paşinyan Rusiyaya qarşı sərt siyasət yürüdür, amma Dağlıq Qarabağ siyasətində sələfləri Koçaryan-Sərkisyan cütlüyünün kursunu davam etdirir.

İkincisi, Paşinyan Rusiyaya qarşı kəskin siyasət yürüdür, amma Qarabağ müstəvisində də pozitiv dəyişikliklər edir.

Üçüncüsü, Paşinyan Rusiya ilə siyasətə ciddi dəyişikliklər etmir, amma Qarabağ siyasətini də olduğu kimi davam etdirir.

Dördünsücü, Paşinyan Rusiyaya yönəlik siyasəti saxlayır, amma Dağlıq Qarabağ məsələsində də konstruktivlik nümayiş etdirir.

Bu dörd ssenarinin hər birində bizim maraqlarımıza uyğun siyasət qurmaq olar, üstəlik, bu ssenarilərin fərqi onda olacaq ki, biz bir halda öz siyasətimizin “ağırlıq mərkəzi”ni Moskvaya, digər halda isə İrəvana yönəltməli olacağıq.

Amma bu kiçik yazıda mən başqa bir məsələyə də toxunmaq istəyirəm - o, da özlüyündə Rusiyanın bir imperiya kimi gücünə təsir edən amillərdən biridir, fəqət, onu da etiraf edirəm ki, bu, həm də Moskvanın qəzəbini artırmaq gücündə olan çox ciddi faktordur.

Məsələ bundadır ki, növbəti Milad bayramı Kremlə düşmədi, Kreml əhlinin qanını əməlli-başlı qaraltdı. Bəli, elə bu günlərdə xəbər gəldi ki, bəs İstanbul patriarxı Varfolomey Ukrayna Pravoslav kilsəsini tanıyıbdı.

Yadınıza salım ki, bir müddət idi ki, Rusiya ilə Ukrayna arasındakı savaşa kilsələrin də davası əlavə olunmuşdu, döyüşən, çəkişən təkcə hərbçilər və siyasətçilər deyildi, heç keşişlər də onlardan geri qalmırdılar. Hətta belə baxanda siyasətçilər və hərbçilər daha insaflı və konstruktiv görünürdülər - hər halda, hətta rus generalları belə Ukrayna üçün müəyyən ərazi və suverenlik nəzərdə tuturlar.

Amma keşişlər daha davakar təsir bağışlayırdılar. Ötən ilin son günlərində rus pravoslav kilsəsinin patriarxı Kirillin qısa müsahibəsinə qulaq asdım. Belə məlum oldu ki, çox hörmətli Kirill ata ukraynalı qardaşlarına, ümumiyyətlə, güzəşt etmək və yaxud da onların da haqqını tanımaq fikrində bulunmur.

Fəqət, Dünya təkcə patriarxların və ya papaların duaları ilə idarə olunmur, dini kanonlara görə artıq Ukrayna pravoslav kilsəsini reallıq kimi qəbul etmək lazım gəlir - bir az əvvəldəcə qeyd etdim ki, İstanbul patriarxı artıq “kobzar”lara yaşıl işıq yandırdı.

Bəli, biz pravoslav kilsəsi haqda, onun strukturu və kanonları ilə bağlı elə də məlumatlı deyilik, gəl, düşünürük ki, İstanbul kilsəsinin ardınca digər pravoslav dünyası da belə edəcəkdir.

Bu isə o deməkdir ki, Ukrayna ilə Rusiya arasındakı uçurum bir az dərinləşdi, çünki kilsələrin ayrılması hətta Avropa Birliyilə imzalanmış Assosiasiya sazişindən də çox ciddi məsələdir, əslində onu Ukraynanın öz müstəqilliyini elan etməsilə bağlı qərarına bərabər tutmaq olar. Odur ki, bir daha deyirik ki, bu Milad Kreml əhlinə düşmədi.

Güman ki, məhz buna görə onlar artıq indidən Ukraynadakı seçkiləri ciddi-cəhdlə araşdırmaqla məşğuldurlar. Halbuki, Ukraynada prezident seçkiləri hələ mart ayının 31-də olacaq.

Yenə də öz fantaziyalarına meydan veriblər; ümid edirlər ki, bəlkə Ukraynada Rusiya yönümlü siyasətçi gəldi hakimiyyətə və onları belə üzücü vəziyyətdən qurtardı - Putin türk dövlətlərinin əhatəsində yaman sıxılır, onun ən çox da canını sıxan budur ki, Rusiyanın bütün layihələri hazırda yalnız türk dövlətlərinin sayəsində - Özbəkistanın, Qırğızstanın, Türkmənistanın və Qazaxıstanın hesabına baş tuta bilir. Düzdür, ortada bir Belarus da var. Amma olmsaydı, daha yaxşı olardı, çünki Putin onu MDB-də yox, Rusiyanın tərkibində görmək istəyir. Beləcə, çox qəliz bir mənzərə yaranıb - axı rəhmətlik Z.Bjezinski daim qeyd edirdi ki, Kiyevsiz Moskvanın imperiya ambisiyaları tamamilə mənasız bir şeydir!

Ən çox da prezident P.Poroşenkonun seçilməməsini istəyirlər, çünki ona “Maydan adamı” kimi baxırlar.

Poroşenko isə heç bunun fərqində belə deyil, qurmaq onun əlindən gəlməsə də dağıda - dağıda gedir və çox düz də edir, çünki Rusiya ilə Ukrayna arasındakı çox əsrlik bağlılığı aradan qaldırmağın başqa yolu yoxdur. Buna əslində bağlılıq yox, buxovlar demək daha düzgün olardı.

Onu da əlavə edək ki, P.Poroşenko seçkidə iştirak edib - etməyəcəyini hələ də bəyan etməsə də artıq kampaniyasını başlayıbdır və şüarı da çox maraqlıdır: “Ordu! Dil! Din!”. Ukrayna pravoslav kilsəsinin tanınması o deməkdir ki, şüarın bir bəndi reallaşdı...

Hüseynbala Səlimov

pia.az

Etiket:

Şərh yazın.

loading...