Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniya kinematoqrafı prokatdan 100 milyon avrodan çox gəlir götürüb

İspaniya Mədəniyyət Nazirliyinin ilkin proqnozlarına görə, 2018-ci ildə İspaniya filmlərinin kassa yığımı 100 milyon avrodan çox olacaq

Bu, onu göstərir ki, prokatda belə bir məbləği böyük büdcəli filmlər çəkmədən, yaxud Hollivud ulduzlarını cəlb etmədən də toplamaq mümkündür. Məsələn, ispan rejissoru Xavyer Fesserin ictimaiyyəti komediya janrı ilə maraqlandırmaq bacarığı onun ispan kinolentlərinin beşillik uğurunu davam etdirən "Çempionlar" adlı filminə böyük şöhrət qazandırıb. Ötən il 19,5 milyon avrodan çox gəlir gətirən "Çempionlar" filmi "Goya Awards" milli kino mükafatının favoritidir. Bu film 11 nominasiyada mükafata təqdim edilib.

Rejissor Xavyer Ruis Kalderanın "Superlopes" filmi mövsümün digər ən gəlirli filmidir. İspaniyada kinoafişalardan hələ də düşməyən bu film təkcə istirahət günləri 400 min avrodan çox gəlir gətirir.

ABŞ-da ispan rejissoru Xuan Antonio Bayon tərəfindən ekranlaşdırılmış və 2018-ci ilin sonu üçün İspaniya prokatında 24 milyon avro gəlir toplamış film barədə ayrıca danışılmalıdır. Söhbət məşhur "Yura dövrünün parkı" filminin davam olan "Yura dövrünün parkı: krallığın süqutu" filmindən gedir.(azərtac)

pia.az


Etiket: Prokat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar