Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2019-cu ildə həyatımızda nə dəyişəcək?

2019-cu ilin başlaması ilə Azərbaycanda bir sıra qanun və qaydalarda dəyişikliklər qüvvəyə minib

Sizi bu dəyişiklərin bəziləri ilə tanış edirik.

1. Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, 2019-cu il yanvarın 1-dən etibarən, qeyri neft-qaz və dövlət sahəsində işləyənlər 8000 manata kimi əmək haqqından gəlir vergisi ödəməyəcəklər.

8 min manatdan yuxarı əmək haqqı alanlar isə 8 mindən artıq hissəsindən 14 faiz gəlir vergisi ödəyəcəklər.

Eyni zamanda dövlət və neft sektoru da daxil olmaqla bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

Hazırda 2500 manata kimi olan əmək haqqından 14 faiz, 2500 manatdan yüksək olan əmək haqqından 25 faiz gəlir vergisi tutulur.

Gələn il yanvarın 1-dən tətbiq ediləcək dəyişiklik isə 7 illik bir dövrü nəzərdə tutur və bu təklifin tərəfdarları hesab edirlər ki, belə bir vergi mühiti əmək haqlarının "ağardılması"na, qeyri-leqal məşğulluğun leqallaşdırılmasına, əmək müqavilələrinin geniş tətbiqinə, "kölgə iqtisadiyyatı"nın payının azalmasına səbəb olacaq.

2. Bu il Azərbaycanda ehtiyac meyarı 143 manat, yaşayış minimumu isə ölkə üzrə 180 manat olacaq.

Yeni ildən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq olunub. 2019-cu il üçün yaşayış minimumu isə ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

3. 2019-cu ildən Azərbaycana gətirilən minik avtomobillərinə mühərrikindən asılı olaraq tətbiq edilən aksiz dərəcələri artırılır.

Vergilər Məcəlləsinə edilmiş və 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, bu ildən ölkəyə idxal olunan avtomobillərin mühərrik həcmindən asıl olaraq, hər kubsantimetr üçün aksiz vergisi artırılıb.

Mühərrikinin həcmi 2 litrə kimi olan qənaətcil avtomobillərdə hər kubsantimetrə görə artım 20 qəpikdən 30 qəpiyə, mühərrikinin həcmi 5 litr və ondan artıq olanlar üçün hər kubsantimetrə görə aksiz vergisi 40 manatdan 70 manata artırılıb.

4. Sadələşdirilmiş vergi ödəyiciləri artıq 2019-cu ildən 2 faizlə vergi ödəyəcəklər.

2018-ci ilə kimi bu vergi Bakı şəhəri üzrə 4, digər rayonlar və Naxçıvan MR-da 2 faiz olub.

Amma yeni qayda bütün sadələşdirilmiş vergi ödəyicilərinə aid deyil.

Vergilər Məcəlləsinin 218.1.2 və 218.4 maddəsinin şamil olunduğu sadələşdirilmiş vergi ödəyiciləri 2 faizlik vahid vergi tarifinin dairəsinə salınmayıb.

Eyni zamanda, sadələşdirilmiş vergini tətbiq edə bilən şəxslərin dairəsi məhdudlaşdırılıb. Bunlar işçi sayı 5 nəfərdən çox olan istehsalçılar, topdansatış ticarət fəaliyyəti, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər və sairədir.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan şəxslər növbəti ildən mənfəət, yaxud gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.

3. Pərakəndə satış nöqtələrində, market və dükanlarda alış-veriş zamanı kassa qəbzi alan müştərilər ödədikləri Əlavə Dəyər Vergisini (ƏDV) geri qaytaracaqlar.

Alış-veriş zamanı kassa qəbzi alanlar borcunu nağd ödədikdə ƏDV-nin 10 faizi, nağdsız ödədikdə 15 faizini geri alacaq.

Vergilər Nazirliyindən BBC News Azərbaycancaya deyirlər ki, müştərilər alış-veriş zamanı onlara verilən barkodla (alınan malların əks olunduğu kağız) yanaşı kassa qəbzini də tələb etməlidirlər ki, sonradan ödədikləri ƏDV-ni geri qaytara bilsinlər.

Ancaq Vergilər Nazirliyi bu məbləğin müştəriyə sonradan necə qaytarılacağı prosedurunu hələ açıqlamayıb. Verigilər Nazirliyindən bildirilib ki, bu dəyişiklik üçün hazırlanacaq qaydalar 2019-cu il müddətində təqdim olunacaq.

4. Kiçik sahibkarlıq üçün yeni dəyişiklik olunan Vergilər Məcəlləsində bir sıra güzəştlər nəzərdə tutulub.

Kiçik və orta biznes (KOB) təbəqəsinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər.

Üstəlik, KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilir.

Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlar tərəfindən göstərilmiş xidmətlərdən əldə edilən gəlirlərin əsaslı xərclərə yönəldilmiş hissəsi 7 il müddətinə gəlir vergisindən azad edilir.

Kiçik subyektlər üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi də daxildir.

Onlar həm də əmlak vergisindən azad edilirlər.

Dəyişikliyə görə, kiçik sahibkarlıq fəaliyyətilə məşğul olan startaperlər startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir.

5. Alkoqollu içkilərə və tütün məmulatlarına aksiz vergilər artırılır.

Aksiz vergisi tətbiq olunan malların siyahısı genişləndirilib.

Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir.

O cümlədən, tütün məmulatlarının da aksiz dərəcələri artırılır.

Bu ildən ali məktəblərə qəbul qaydalarında yeni model tətbiq olunacaq.

Yeni qaydalara görə, orta məktəblərdən buraxılış və ali məktəblərə qəbul imtahanları ayrı-ayrı keçirilsə də, toplanan ballar cəmləşdiriləcək.

Birinci mərhələdə abituriyent maksimum 300, ikincisində isə maksimum 400 bal yığmalıdır.

Bu ballar ali məktəblərə qəbul müsabiqəsində cəmlənib abituriyentin ümumi balını göstərəcək.

Orta məktəbin buraxılış imtahanında abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

İkinci mərhələdə abituriyentlər I-IV ixtisas qrupları üzrə isə artıq yalnız uyğun fənlərdən imtahan verəcəklər.

Bu ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.(BBC News Azərbaycan)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar