Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqonun mətbuat xidmətinin əməkdaşları iş vaxtı rəhbərlərinə kolqotka alırmışlar 

Pentaqonun mətbuat katibi Dana Uayt işçiləri ilə iş etikasından kənar davrandığı üçün istefaya göndərilib

O, özünün "Twitter" mikrobloqunda ABŞ Müdafiə Nazirliyinin əməkdaşlarına vida məktubu da yazıb.

Avqust ayında xanım Uaytın iş vaxtı öz işçilərinə vəzifə öhdəliklərinə aidiyyəti olmayan tapşırıqlar verdiyi məlum olub. Məsələn, onun xahişi ilə əməkdaşlar mətbuat xidmətinin rəhbəri üçün kolqotka alıblar, əşyalarını kimyəvi təmizləməyə veriblər, qida sifarişi ediblər.

Bundan əlavə, Dana Uayt dəfələrlə şəxsi səfərlərinin planlaşdırılmasında kömək istəyib və işçilərini övladlığa uşaq götürmək üçün qəyyumluq idarəsinə zəng vurmağa məcbur edib.

Bildirilir ki, mətbuat xidmətinin rəhbəri onun sözünə baxmayan dörd nəfəri işdən qovub. Pentaqonun daxili qaydalarına görə, əməkdaşlar öz işçilərindən rəsmi iş vaxtı şəxsi istəklərinin yerinə yetirilməsini tələb edə bilməzlər.(virtualaz.org)

pia.az


Etiket: Dana Uayt

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar