Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

22 saylı Uşaq Musiqi Məktəbi Beynəlxalq Muğam Mərkəzində konsert verib - Fotolar

Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert verib

Dekabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində yeni yaradılmış “Sehirli simlər” violinçilər ansamblının debüt konserti keçirilib. Konsert Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Hənrəylik Gününə həsr olunmuşdu. Ansamblın bədii rəhbəri, Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinin direktoru, əməkdar müəllim İlhamə Ağayevadır.

Konsertdə giriş sözü ilə açan İ.Ağayayeva mədəniyyətin inkişafına ölkə başçısı zati-aliləri İlham Əliyev, o cümlədən, Birinci Vitse-Prezident Mehirban Əliyeva tərəfindən ölkə mədəniyyətinin inkişafına göstərilən yüksək qayğı və diqqətdən danışıb, eyni zamanda dünya azərbaycanlılarını birləşdirən musiqi dəyərlərinə verilən əhəmiyyətli dəstəkdən söz açıb.

Sonra dinləyicilərə biri- birindən gözəl musiqi əsərləri təqdim olunub.
Gənc iştirakçıları səhnədə müşayiət edən Respublika və beynəlxalq müsabiqələr laurantı Ləman Hüseynova və Fəqan Həsənlinin ifaları yüksək professionallığı ilə seçilib.

Ansambl V.Adıgözəlovun “Laylay” , Azəraycan xalq mahnısı “Sarı Gəlin” , E.Elqarın “Salut ol, Amur”,O.Farresin “Quizas” və bir sıra başqa əsərlərini ifa edərək dinləyicilərin musiqi zövqünə rəng qatıb. Gənc musiqiçilərin sehrli simlərindən çıxan əsrarəngiz musiqi tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Sonda Bekmanın “Yoloçka” və Pyerpontun “Cingle Bells” əsərlərindən parçalar hamının ürəyincə olub.

Konsertdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin işçiləri, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Bakı şəhər Uşaq Musiqi Məktəbinin direktorları və digər qonaqlar iştirak edib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar