Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şarqdə bir addım irəli, iki addım geri: Amerika yeni münaqişə üçün qoşunların yerini dəyişir

Mira Həsənova

regnum.ru, 27.12.2018

ABŞ prezidenti Donald Tramp xanımıyla ciddi gizlilik şəraitində İraqa gəlib. Təhlükəsizlik məqsədilə prezidentin Bağdaddan 200 km aralı Amerika aviabazasına uçduğu haqda təyyarə yerə enəndən iki saat sonra da məlumat verməyi jurnalistlərə yasaqlayıblar.

Bakı politoloqu Tofiq Abbasov deyir: “Belə bir şey artıq olub – Ağ Ev sahibləri və dövlət katibləri gözlənilmədən gah İraqda, gah da Əfanıstanda, ya da daha haradasa olublar. Bu, imic əldə etməyə oynanılan özünəməxsus zərbə önləyici oyundur. Paralel olaraq eyham vurulur ki, biz Yaxın Şərqdən heç hara getmirik, yalnız iştirak qaydamızı taktiki şəkildə yenidən formatlayırıq”.

Trampın özü aviabazada çıxış edərək deyib ki, ABŞ hərbi kontingenti oradan çıxarmağı planlaşdırmır. Bir həftə qabaq cihadçılar üzərində qələbə elan edən və Amerikanın iki minlik kontingentini Suriyadan çıxarmağı bununla əsaslandıran prezident vəd edib: “Əslində, Suriyada nəsə etməyimiz tələb olunacağı halda ondan ön əməliyyat meydanı kimi istifadə edə bilərdik. İŞİD-lə bağlı bizə xoş gəlməyən nəsə baş verdiyini görsək, onlara o qədər sürətlə və güclü zərbə vura bilərik ki, ümumiyyətlə nə baş verdiyini anlaya bilməzlər”.

Bakı politoloqu Məhəmməd Əsədullazadə təsdiq edir: Trampın İraqa səfəri göstərir ki, ABŞ Yaxın Şərqi tərk etmir, yalnız strateji yerdəyişmə aparır. Hətta Suriyadan çıxarılan hərbi kontingentini bir hissəsini İraqa keçirir.

Politoloq proqnozlaşdırır: “Bu gün Vaşinqtonun baş hədəfi “ərəb NATO-su” yaratmaq, Türkiyənin bu bloka cəlb edilməsi və Rusiyaİranın bölgədən sıxışdırılıb çıxarılmasıdır. Bir sözlə, Yaxın Şərqdə yeni düzənin formalaşdırılmasıdır. Tamamilə mümkündür ki, Tramp Türkiyə və İsraili də barışdıracaq və Türkiyə-İsrail-Səudiyyə Ərəbistanı oxu yaratmaqla Rusiya-İran oxuna basqı göstərmək niyyətindədir”.

Abbasov isə hesab edir ki, Tramp əvəzində Vaşiqntonun artıq çoxdan texnika və təlimatçı daşıdığı, hətta cihadçıları Rusiya, İran, Çin və Pakistanın maraq zonası Mərkəzi Asiyaya daha yaxına tələsik təxliyyə etdiyi Əfqanıstanda möhkəmlənməyə vadar olacaq. Ekspert izah edir: “Əfqanıstanın çevrəsindəki məkan tezliklə Suriyadan daha qorxunc səs çıxarmağa başlayacaq. Avrsiyanın aşağısından Şərqə yürüş bütün hallarda tranzitləri nəzarətə götürən anqlosakson elitasının çoxdankı arzusudur. Orada təbii və demoqrafik resurslarla yanaşı əlverişli bazar konyunkturası həmişə formalaşır. Yönəldilənlik partlayış təhlükləli tendensiyaların varlığı halında Qərb siyasi texnologiya mərkəzləri üçün sınanmış parçalamaq və hökm sürmək prinsipinə alışmış güclərdən ötrü tamamilə arzu olunan duruma çevrilir. Əlbəttə, Astana prosesini zəiflətmək, hətta pozmaq cəhdləri olacaq. Türkiyə bu formatda həmişə yad cisim kimi görünüb, özü də başa düşür ki, məcburi inkorporasiya aktoru rolundadır”.

O razılaşır ki, Ankara tezliklə dönüş edəcək, amma Təl-Əvivlə qardaşlaşacağı tərzdə deyil. Abbasov hesab edir: “Bir də səudlarla da yolu bir deyil, ancaq qısa məsafələrdə yanaşı addımlaya bilərlər. Lakin fakt deyil ki, Vaşinqtonun bütün niyyətləri həqiqıdir. Moskva və Tehranı dəyərləndirməmək olmaz. Onlar Ankarasız da rəqiblərinə başsındıran tendensiya verməyi bacararlar – özəlliklə də müdafiə üçün nələrisə olduğuna görə”.

O bu zaman Yaxın Şərq münaqişəsinin başqa yönünü istisna etmir: “İstisna deyil ki, Livanla bağlı durum kəskinləşəcək, bax, orada oynaq eskalasiya ilə ciddi hərbi qızışma mümkündür… Moskva və Tehran orada Qərbə də, İsrailə də, Türkiyəyə də şapalaq vura bilər”.

Hər şeydən göründüyü üzrə, Yaxın Şərqdə, doğrudan da, formalaşmış ittifaq və bloklaırn yenidən formatlanmasıyla yeni durum formalaşır və qarşıdan gələn il bölgə üçün əsla daha da sakit olmayacaq…(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar