Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Obama ABŞ-da “İlin kişisi” seçilib

Amerika Birləşmiş Ştatlarının ən nüfuzlu “Gallup” ictimai rəyin öyrənilməsi institutunun keçirdiyi sorğu nəticəsində Mişel Obama ABŞ-da “İlin qadını”, Barak Obama isə “İlin kişisi” seçiliblər

CNN xəbər verir ki, Mişel Obama 17 il ard-arda bu ada layiq görülən keçmiş dövlət katibi Hillari Klintonu geridə qoya bilib. Rəy sorğusunda ikinci yeri teleaparıcı və aktrisa Opra Uinfri, sonrakı yerləri Hillari Klinton, ABŞ-ın birinci xanımı Melanya Tramp və Kraliça Yelizaveta tutublar. Böyük Britaniya kraliçası 50 ildir ki, “Gallup”ın rəy sorğusunda ilk onluqda yer alır.

“İlin kişisi” adına isə ABŞ-ın 44-cü Prezidenti Barak Obama layiq görülüb. “Gallup” institutunun siyahısında sonrakı yerləri ABŞ Prezidenti Donald Tramp, sabiq Prezident Corc Buş (oğul), Roma Papası Fransisk və milyarder Bill Qeyts tutublar.

“Gallup” 1946-cı ildən bəri ABŞ-da “İlin qadını” və “İlin kişisi”ni müəyyən etmək üçün rəy sorğusu keçirir. Hazırkı rəy sorğusu dekabrın 3-dən 12-dək ölkənin bütün ştatlarında aparılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar