Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyədə sovetsayağı dəyişiklik prosesi

“Əl-Cəzirə”

Səudiyyə Ərəbistanı kralı Salman yeni xarici işlər naziri təyin edib. Dekabrın 27-də çıxarılan kral qərarı ilə baş diplomat Adil əl-Cubeyr dövlət naziri mövqeyini İbrahim əl-Asəfə təhvil verib.

Cümə axşamı baş verən yerdəyişmələr oktyabrın 2-də Türkiyənin İstanbul şəhərindəki Səudiyyə Ərəbistanı Krallığı konsulluğunda jurnalist Camal Xaşuqcinin öldürülməsindən sonra ilk təyinatdır.

Cinayət, həmçinin Səudiyyə hökumətinin dəyişən obrazı ilə beynəlxalq qəzəbə səbəb olub və Riyadın Qərb müttəfiqləri ilə əlaqələrini təhlükə altına alıb.

Türkiyə və Qərb kəşfiyyat idarələri ya kral Salmanın oğlunu birbaşa ittiham edib, ya da vəliəhd şahzadə Məhəmməd bin Salmanın səudiyyəli jurnalistin qətlinin arxasında durduğunu söyləyiblər, amma monarx varis portfelini dəyişikliyə məruz qoymayıb.

Ərəb Tədqiqat və Siyasi Araşdırmalar Mərkəzinin siyasi təhlil şöbəsinin rəhbəri Mərvan Kabalan deyib ki, əl-Cubeyr 2015-ci ildə dünyasını dəyişən Səudiyyə kralı Abdullah dövründən qalıb, bunu nəzərə alsaq, təyinat sürpriz olmayıb.

“Əl-Cübeyrin hələ jurnalistin qətlindən əvvəl istefaya göndəriləcəyi gözlənilirdi. Lakin indi ondan qurbanlıq keçi kimi istifadə olunur”.

Qeyd edək ki, rəsmi Riyad hökumət tənqidçisinin gizli əməliyyatda öldürülməsinə etiraf edib.

“Düşünürəm ki, əl-Cubeyri şahzadə Məhəmməd bin Salmanın nüfuzunu bərpa etmək üçün yola salınıb. Dediyim kimi, tacdar şahzadə kimisə qurbanlıq keçi kimi istifadə etmək və məsuliyyəti onun boynuna qoymaq istəyir. Çünki İstanbuldakı Səudiyyə konsulu Xaşuqcinin öldürülməsinə cəlb edilmişdi və əl-Cubeyrin adı da bu işdə hallanırdı”.

Beyrutdakı Amerika Universitetinin jurnalistika fakültəsinin professoru və Harvarddakı Kennedi Məktəbinin baş elmi işçisi Rami Xuri deyib ki, dəyişiklik sadəcə görünüş yaradır.

“Bu, dünyaya siyasətdə dəyişikliklərin getdiyini göstərmək üçündür, amma bizə gözləmək və izləmək qalır”.

Xuri əlavə edib ki, Səudiyyə Ərəbistandakı “qərar qəbuletmə” mexanizmi 1960-cı illərdə Sovet İttifaqına baş verənlərə bənzəyir.

“Bir qərar qəbul edildikdən sonra bir neçə həftə və ya bir neçə ay nə baş verdiyini həqiqətən bilmirsiniz”.

Əl-Cubeyrin vəzifəsindən uzaqlaşdırıldığına toxunan Xuri, keçmiş baş diplomatın işdən çıxarılmasını məsuliyyətin bölüşdürülməsi hesab etmir.

“Üstəlik, onların daha etibarlı adama ehtiyacı vardı və Səudiyyə Ərəbistanına onilliklər ərzində xidmət etmiş əl-Asəfi vəzifəyə gətirdilər”.

Keçmiş maliyyə naziri əl-Asəf şahzadə Məhəmmədin göstərişi ilə 2017-ci ilin noyabrında “korrupsiyaya qarşı təmizlənmə” əməliyyatı əsnasında tutulan onlarla kral ailəsi üzvü, hökumət səlahiyyətlisi və tanınmış iş adamları arasında idi.

O, iki ay sonra azad olunub, dövlət neft nəhəngi “Aramco”-da idarə heyəti üzvü və kral Salmanın məsləhətçisi vəzifəsinə qayıdıb.

Şahzadə Abdullah bin Əbdüləzizin Milli Qvardiyanın rəhbəri olan şahzadə Mütəyb bin Abdullahın əvəzinə təyin edilməsi də dəyişikliklər sırasına daxildir.

General Xalid bin Qirar əl-Harbi də ümumi təhlükəsizlik şefi, Müsaid əl-Ayban isə milli təhlükəsizlik məsləhətçisi təyin edilib.(Tərcümə: Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar