Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədəniyyət Nazirliyində 2018-ci ilin yekunu müzakirə olundu

Dekabrın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi Aparatı işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2018-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

İclası mədəniyyət naziri Əbülfəs Qarayev açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. Bildirib ki, gündəliyə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in yekunları, Mədəniyyət Nazirliyinin 2018-ci il ərzində gördüyü işlər haqqında hesabat və Mədəniyyət Nazirliyinin 2019-cu ilin birinci yarısı üçün iş planının təsdiq olunması daxildir.

Əbülfəs Qarayev vurğulayıb ki, bu il nazirliyin kollegiyasının yeni tərkibi təsdiq olunub. Həmçinin nazirliyin kollektivinin üzvlərindən bir neçə şəxs müxtəlif dövlət orqanlarında məsul vəzifələrə təyinat alıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə, nazirliyin şöbə müdiri Vüqar Şıxəmmədov Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yaşar Əliyev Dövlət Attestasiya Komissiyasının Humanitar məsələlər üzrə şöbəsinin müdiri təyin olunub. Təyinatlarla bağlı təbriklərini çatdıran Ə. Qarayev hər üç şəxsə nazirliyin fəxri fərmanlarını təqdim edib.

Sonra gündəlikdəki birinci məsələ ilə bağlı Naxçıvanın mədəniyyət naziri Natəvan Qədimova “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” ilinin yekunları barədə məruzə ilə çıxış edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 2 iyun tarixli sərəncamına əsasən yaradılan müvafiq Təşkilat Komitəsi tərəfindən “İslam Mədəniyyətinin Paytaxtı” ili çərçivəsində tədbirlər yüksək səviyyədə həyata keçirilib. “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018”in internet səhifəsi yaradılıb, poçt markası, buklet, suvenirlər hazırlanıb.

Daha sonra Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin 2018-ci il ərzində gördüyü işlər haqqında hesabatla çıxış edib.

İl ərzində Mədəniyyət Nazirliyinin fəaliyyətinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirildiyini qeyd edən nazir 2018-ci ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, ölkəmizin mədəniyyətinin təbliği istiqamətində görülən işlər, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlərdən ətraflı söz açıb.
Nazir həmçinin dövlət başçısının müvafiq sərəncamınadək, yəni 2018-ci ilin aprel ayınadək olan nazirliyin fəaliyyət dairəsinə daxil olmuş turizminin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, ilin birinci rübündə ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz artım qeydə alınıb.

Nazir mədəni irsimizin təbliği ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirləri xüsusi qeyd edib, Fondun təşkilatçılığı və nazirliyin iştirakı ilə bir sıra beynəlxalq festivalların, layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. Nazir bu sırada sentyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunmuş Nəsimi - şeir, sənət və mənəviyyat Festivalını xüsusi qeyd edib.

Bundan əlavə, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda 7-14 mart tarixində ənənəvi, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı, 18-26 sentyabr tarixində isə Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçirilib. Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi, eləcə də 14-28 oktyabr tarixində Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən ənənəvi Bakı Beynəlxalq Caz festivalı təşkil olunub.

Nazir qeyd edib ki, 2018-ci il tariximizin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlamətdar olub. Azərbaycan prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin “Cümhuriyyət ili” elan olunması haqqında müvafiq sərəncamlarına uyğun olaraq il ərzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə silsilə tədbirlər, həmçinin nazirliyin dəstəyi ilə Azərbaycanda, həmçinin xarici ölkələrdə bir sıra konsert proqramları təşkil olunub. Mayın 28-də bu münasibətilə “Cristal Hall” da möhtəşəm konsert proqramı keçirilib. Nazirliyin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı da Cümhuriyyətin 100 illiyinə həsr olunub.

Diqqətə çatdırıldı ki, ötən illərdə olduğu kimi, 2018-ci ildə də dövlət başçısı bir sıra mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin, eləcə də mədəniyyət ocaqlarının yubileyləri haqqında müvafiq sərəncamlar imzalayıb. Həmin sərəncamların icrası ilə bağlı nazirlik tərəfindən digər aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanaraq həyata keçirilib. Sumqayıt və Mingəçevir Dram teatrlarının 50, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi, Qara Qarayev, Gülxar Həsənova, Mehdi Məmmədov, İmran Qasımovun, Həsən Məmmədov, Həsən Turabov, Elza İbrahimova, İsa Muğanna, Mikayıl Müşfiq, Aşıq Şəmşirin ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq yubileyləri qeyd olunub. Fransanın nüfuzlu “Metso” televiziyasında dahi bəstəkar Qara Qarayevin 100 illiyi ilə əlaqədar silsilə verilişlər, konsertlər nümayiş etdirilib.

Nazir bu günlərdə SSRİ Xalq rəssamı Tahir Salahovun 90 illiyinə həsr olunmuş Bakı Ekspo Mərkəzində böyük sərgisini də ilin mühüm mədəniyyət hadisəsi kimi səciyyələndirib.

Məruzədə milli kinonun inkişafı istiqamətində atılan addımlardan da söz açılıb, bu il ölkə başçısının sərəncamı ilə Azərbaycan kinosunun 120 illik yubileyi çərçivəsində silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb. Nazirliyin dəstəyi ilə keçirilən 9-cu START Beynəlxalq Qısa Filmlər Festivalının müsabiqə proqramına 30 ölkədən 100 film nümayiş olunub. Bu il 7 filmimiz dünyanın 13 ölkəsində keçirilmiş 17 beynəlxalq festivalda 20 dəfə iştirak edərək, 12 mükafat qazanıb. Eyni zamanda Azərbaycanda bir sıra ölkələrin kino günləri keçirilib, bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması işləri davam etdirilib.

Mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışan Əbülfəs Qarayev nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həyata keçirdiyi işlərdən söz açıb. Bildirib ki, bu yaxınlarda Azərbaycan Milli İncəsənət Muzeyinin 3-cü korpusunun təmir-bərpadan sonra açılışı olub. Həmçinin Gəncədə Şah Abbas Karvansarasının, Sabunçu rayonunda Hacı Şəhla məscidində və bir sıra digər mədəniyyət obyektlərində təmir işləri yekunlaşıb, Şəkidə Gileyli məscidində bərpa işləri isə davam etdirilir.

Bu il regionlarda mədəniyyətinin inkişafı, göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılması istiqamətində görülən işləri xatırladan nazir bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar ölkəmizin bütün rayonlarını əhatə edən “Bölgələrdən bölgələrə” incəsənət festivalı böyük əks səda doğurub.

Nazir sonda bir daha diqqətə çatdırıb ki, 2019-cu ildə əsas hədəf bütün sahələrdə müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və göstərilən xidmətləri günün tələbləri səviyyəsinə çatdırmaqdan ibarətdir.

Kollegiya iclasında 2018-ci ilin yekunlarına dair hesabat qəbul edilib. Həmçinin Mədəniyyət Nazirliyinin 2019-cu ilin birinci yarım ilinin iş planı təsdiq olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar