“Facebook” sosial şəbəkəsi “WhatsApp” messenceri vasitəsilə pulköçürmələri üçün kriptovalyuta layihəsi üzərində işləyir
“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, mütəxəssislər öncə Hindistan bazarını hədəfləyən layihənin strategiyası üzərində çalışırlar.
Ümumdünya Bankının məlumatına görə, Hindistan pulköçürmələri üzrə dünyada liderdir. Yalnız 2017-ci ildə ölkədə həyata keçirilmiş pulköçürmələrinin məbləği 69 milyard dollar təşkil edib.
Bu səbəbdən ilk hədəf olaraq Hindistan seçilib.
pia.az