Bazar ertəsi, 15 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

İlham Əliyev Putinlə görüşlərinin nəticələri barədə danışdı - Video

“Bu il Rusiya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edib. Prezident Vladimir Vladimiroviç Putinlə altı dəfə, o cümlədən mənim Rusiyaya rəsmi səfərim və onun Azərbaycana səfəri, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük”

Bu barədə prezident İlham Əliyev “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, həmin görüşlərin hər biri uğurla nəticələnib. “Şadam ki, bu gün azərbaycanlı investorlar kimi, rusiyalı investorlar da ölkələrimizin iqtisadiyyatına sərmayə yatırır, mal dövriyyəsinin artırılması, birgə istehsalların yaradılması üçün çox güzəştli şərtlər yaradılır”, - prezident qeyd edib.

İlham Əliyev bildirib ki, qarşılıqlı münasibətlərin müxtəlif istiqamətlərinin inkişafı üzrə yol xəritələri hazırlanıb.

“Düşünürəm ki, nəqliyyat sahəsində birgə təşəbbüslərimiz ikitərəfli ticarətin inkişafına ciddi təkan verəcək. “Şimal-Cənub” layihəsi artıq həyata keçirilir. Yalnız bu il biz Azərbaycan vasitəsilə tranzitin on dəfə artmasını müşahidə edirik”, - dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, Bakı və Moskva ikitərəfli münasibətlərin inkişafına kompleks şəkildə yanaşırlar: “Münasibətlərimizə kompleks şəkildə yanaşırıq. Bunun özülü isə tarixi dostluğumuzdur. Həmin özül üzərində biz siyasi münasibətlərin çox ciddi bazasını qurmuşuq”, - İ.Əliyev deyib.

pia.az


loading...