Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stounhencin sirri açıldı

Arxeoloqlar yaşı 4,6 min ilə qədər olan silindrşəkilli qədim daşların təyinatını müəyyən edə bilib

Məlum olub ki, müasir İngiltərənin şimalında yaşayan qəbilələr meqalitik tikililərin, o cümlədən Stounhencin inşası zamanı ondan ölçü aləti olaraq istifadə ediblər.

Bu haqda “Daily Mail” nəşri məlumat yayıb.

Qəliz yivləri olan silindrlər 1889-cu ildə Neolit dövrünə aid uşaq məzarında aşkarlanıb və müntəzəm tədqiqatların obyektinə çevrilib. Ancaq yalnız indi alimlər bu artefaktların hansı məqsədlərlə tətbiq olunduğunu müəyyən edə bilib.

Alimlər hər bir silindrin ətraf uzunluğunu ölçüb və məlum olub ki, böyük silindri yeddi dəfə kəndirlə doladıqda, ölçülmüş uzunluq 3,22 metrə bərabər olur. Orta ölçülü silindri səkkiz, ən kiçik ölçülü silindri isə 10 dəfə doladıqda həmin ölçü əldə olunur.

Arxeoloqların sözlərinə görə, Stounhenc trilitlərinin yaradılması zamanı məhz bu ölçü vasitəsindən istifadə olunub. Qədim insanlar lazımi ölçünü müəyyən etmək üçün, folkton silindrlərinin ətrafına kəndir dolayırdı. Bu texnologiya qədim insanlara tikinti zamanı eyni hündürlükdə olan daş parçalarından istifadə etməyə imkan verib.

Buna qədər Stounhencin qədim insanlar tərəfindən “gözəyarı” – hər hansı ölçü cihazından istifadə olunmadan inşa olunduğu güman edilirdi. (oxu.az)

pia.az


Etiket: Stounhenc

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar