Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının dostu prezident seçildi

Parisdə YUNESKO ilə tərəfdaş qeyri-hökumət təşkilatlarının beynəlxalq konfransı keçirilib

Konfransda Azərbaycanın dostu fransalı Mari Klaudi Maçon-Honore YUNESKO QHT komitəsinin yeni prezidenti seçilib. O bundan əvvəl "BPW International" təşkilatının YUNESKO-da nümayəndəsi və YUNESKO QHT Komitəsinin idarə heyətinin üzvü olub.

Seçki kampanyasında iştirak edən "Aşıq Şəmşir" Mədəniyyət Ocağının nümayəndəsi Fazil Qasımov bildirib ki, Mari Klaudinin YUNESKO QHT Komitəsinin prezidenti seçilməsi Azərbaycan qeyri-hökumət təşkilatları üçün sevindirici xəbərdir. Çünki fransalı xanım YUNESKO-da Azərbaycan QHT-lərinin mövqelərini gücləndirməyə çalışır.

"Mari Klaudi ilə 2014-cü ildə YUNESKO-nun Bolqarıstanda keçirilən forumunda tanış olmuşam. Həmin vaxtdan etibarən əlaqələrimiz aralıqsız davam edib. Mari Klaudi "Aşıq Şəmşir" Mədəniyyət Ocağını YUNESKO-da akkreditasiyadan keçirmək üçün müraciət etməyi təklif etmişdi. Biz 2016-cı ildə bu işi uğurla həyata keçirdik. Ötən forumların birində onu prezidentliyə namizədliyini irəli sürməsinə təşviq etdim və seçki kampanyasında ona maksimum dəstək göstərməyə çalışdım. Çox sevinirəm ki, dünyanın ən mötəbər QHT-lərini birləşdirən YUNESKO komitəsinə Azərbaycanın dostu prezident seçildi. Hesab edirəm ki, Mari Klaudinin qələbəsi bizim qələbəmizdir. Qeyd edim ki, xanım Klaudi Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir".

Xatırladaq ki, YUNESKO QHT komitəsi 2011-ci ildə qurumun Baş assambleyasında qəbul edilən "YUNESKO -nun QHT-lərlə tərəfdaşlığına dair nizamnamə"yə əsasən yaradılıb. Komitənin idarə heyəti QHT-lərin iki ildən bir keçirilən beynəlxalq konfransında səsvermə ilə formalaşır. Seçkilərdə komitəyə üzv olan 254 QHT iştirak edir.(azərtac)

pia.az


Etiket: Paris YUNESKO

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar