Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

8 yaşlı uşaqdan fantastik qazanc: 1 ilə 22 milyon

Artıq Yutub sayəsində pul qazanılıb-qazanılmadığı mübahisələrinin əvəzinə, dünyanın hər yerində yutuberlərin gəlirlərinin nə qədər olduğu haqda mübahisə və müzakirələr yaşanır

Bu ilin ən çox qazanan yutuberinin isə cəmi 8 yaşı var. Bəs, o, bunu necə bacarıb?

Bu suala aşağıdakı bəndlərlə cavab verməyə çalışacağıq.

Yaradıcı olmaq

Yutub yaradıcı, hər gün nəyisə kəşf edə bilən beyinlərə böyük bir şans tanıyır. Bir neçə saniyəlik qısa videolar, bir neçə dəqiqəlik qısa filmlər və ya fərqli videoroliklər... Bura hər an yeni videolar, hər an yeni ulduzlar və hər an yeni məzmunlarla qarşılaşmağın mümkün olduğu bir dəryadır.

Heç də asan deyil, onlarla yeni məzmun lazımdır

Bu video platformasının içində fərqlənməyin özü ən böyük qabiliyyətdir. Belə ki, geniş bir arxivə sahib olan yutubda, fərqli iş ortaya qoymasan, heç bir nəticəyə nail ola bilməyəcəksən.

Bunun yolu isə durmadan yeni məzmunlu videolar yükləmək, hər gün yeniliklərlə özünə izləyici yığmaqdır.

Uşaqlar və gənclərlə bağlı videolar daha çox pul və izləyici qazandırır

"Yutub okeanı"nda ən çox izlənən videolar uşaqlarla bağlı olan videolardır. Cizgi filmləri, fərqli-fərqli animasiyalar, oyuncaqların təqdimatı, uşaq mahnıları geniş izləyici kütləsi yığmağa səbəb olur.

Burada əsas məsələ məzmunun doğru seçilməsidir. Bu isə öz növbəsində videoların təkrar izlənməsinə gətirib çıxarır. Artıq belə bir deyim də var:

"Dünyanın hər yerindən olan uşaqlar yutubda bir araya gəlirlər."

8 yaşlı uşaq bütün bunları necə bacardı?

8 yaşında olan Ryan yutub kanalından 22 milyon dollar qazanıb. Ryan bu fantastik məbləği özünün "Ryan ToysReview" kanalı vasitəsilə 1 ilə qazanıb.

Abunə sayı 17 milyondan çox olan "Ryan ToysReview" kanalı 2015-ci ildən fəaliyyət göstərir. Açıldığı vaxtdan bu günə qədər kanala yüklənən hər videoya 1 milyondan çox baxış sayı gəlib.

Ryan bu kanalda nələrdən bəhs edir?

8 yaşlı Ryan kanalında sadəcə, yeni çıxan oyuncaqlar haqda məlumatlar verir. O, aldığı oyuncaqları qutusundan çıxarır, oyuncağın funksiyalarından danışır və onu kanalı vasitəsilə izləyicilərinə təqdim edir.

Bundan 3 il əvvəl, 5 yaşındaykən başladığı və sadəcə, bəsit oyuncaqların təqdimatını edən Ryan hazırda milyonlarla dollar qazanır.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar