Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Olimpiya mükafatçısı dopinq testindən sonra oyunlardan kənarlaşdırılıb

Olimpiya mükafatçısı dopinq testindən sonra oyunlardan kənarlaşdırılıb

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Beynəlxalq Olimpiya Komitəsi tərəfindən keçirilmiş növbəti dopinq sınağından sonra 2012-ci ilin London Olimpiadasında Azərbaycanı təmsil etmiş bürünc mükafatçı Valentin Xristovu və London Olimpiadasının çempionu, ukraynalı Aleksey Toroxtini oyunlardan müvəqqəti kənarlaşdırıb.

Bu barədə IWF-in rəsmi saytında bildirilir.

London Olimpiadası ağırlıqqaldıranlarının sınaqlarının təkrar analizindən sonra onlarda qadağan edilmiş deqidroxlormetiltestosteron maddəsi aşkar edilib. Toroxti Londonda 105 kq-a qədər çəki kateqoriyasında qalib gəlib, Xristov isə 56 kq-a qədər çəki kateqoriyasında üçüncü olub.

Bundan başqa, IWF Özbəkistanın nümayəndəsi, Londonda 105 kq-a qədər çəkidə dördüncü yeri tutmuş Ruslan Nurudinovu da kənarlaşdırıb. Yenidən sınaq yoxlamasından sonra onda da deqidroxlormetiltestosteron və stanozolol aşkarlanıb.

Nurudinov Rio-de-Janeyroda keçirilmiş Olimpiya oyunlarının çempionudur və 2013-cü ildə keçirilmiş dünya çempionatının qalibidir. Həmçinin Avropanın ikiqat çempionu Meline Daluzyan (Ermənistan) və belaruslu Nikolay Novikov da oyunlardan kənarlaşdırılıb.(Report)

pia.az

 


Etiket: Dopinq İdmançı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar