Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“The Newsweek” jurnalı: ABŞ-da İranla bağlı üç mif necə dağıldı?

İranın bu yaxınlarda nüvə silahı daşımağa qadir ballistik raketi sınaqdan çıxarması Vaşinqtonda populyar olan üç mifi alt-üst elədi

İranla 2015-ci il bağlanmış nüvə sazişi raket hazırlanmasını yasaqlayır; Səudiyyə Ərəbistanının jurnalist Camal Xaşuqcinin ehtiyatsız və qəddarlıqla qətlə yetirməsi regionda Birləşmiş Ştatlara ən böyük hədəni törədir; ABŞ sanksiyaları İranın artan nüvə təhdidini önləyir.

“The Newsweek” dərgisində Çarles Vald və Mixael Makovski yazırlar ki, Vaşinqton bu təhdidi yoluna qoymaqdan ötrü daha güclü yanaşma sərgiləməlidir. Yaxın Şərqdəki tərəfdaşları üçün regional raketdən müdafiə qabiliyyətinin hazırlanması da bu sıradadır.

Senat ötən həftə ABŞ-ın Səudiyyə koalisiyasının Yəməndəki müharibəsinə dəstəyi kəsməyə səs verdi. Bununla da konqresmenlərin jurnalistin qətlini pisləməsi pik nöqtəyə çatdı. Ancaq müəlliflərin fikrincə, sözügedən ritorika və qətnamə sanki Tehran rejiminin İranın daxilində getçəkləşdirdiyi qətlləri kölgədə qoyur. Hələ, Yəməndə, Suriyada, İraq və Livanda öldürülənləri demirik. Bu sıravi adamlar “Washington Post”u yazarları kimi taleli olmayıblar.

İranla nüvə sazişində heç Tehranın raket təhdidindən söz də açılmadı. BMT-nin Təhlükəsizlik Şurasının daha öncəki qətnamələrində deyilirdi ki, İran ballistik raketlər üzərində işləməyəcək. Nüvə sazişinin icrasına dair 2231 saylı qətnamə bu dili yumşaltdı, sadəcə bildirdi ki, İranı bunu etməməyə çağırırlar. İran isə bu çağırışı eşitsə də gözardı etdi”, – məqalədə deyilir.(Azadlıq radiosu)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar