Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məleykə Abbaszadə: “Təhsilin xarakterini dəyişib karyerayönümlü etmək lazımdır”

"Təhsilin xarakterini dəyişib karyerayönümlü etmək lazımdır"

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib.

O bildirib ki, abituriyentlər çox vaxt yalnız ali məktəbə qəbul olmaq üçün sənəd verirlər: "Onlar öz gələcək karyeralarını təsəvvür belə etmirlər. Onlar ancaq elə bilirlər ki, sosial uğur onların ali məktəbə qəbul olmalarıdır. Bu səbəbdən də təhsili karyerayönümlü etmək çox vacibdir".

M.Abbaszadənin sözlərinə görə, Azərbaycanda xeyli şəxs var ki, onlar məktəbi bitirəndən sonra təhsilini davam etdirmir: "Son 5 ilin mənzərəsinə baxsaq bu illərdə müsbətə doğru olan dəyişiklikləri görə bilərik. Məsələn, 2014-cü ildə 19 faiz 9-cu sinifdən məzun olan şagird sonra heç bir təhsil almayıb, təhsilini davam etdirməyib. Bu il isə belə məzunların sayı 14 faizdir. Deməli, 5 il ərzində 5 faiz azalma gedib. Artıq gənclər təhsilini davam etdirməyə daha çox maraqlandırlar. Digər bir statistikaya baxsaq, 2014-cü ildə 11-ci sinfi bitirənlər arasında 22 faiz təhsilini davam etdirməyib, yəni heç bir ali təhsil müəssisəsinə sənəd verməyib. 2018-ci ildə isə bu rəqəm 15 faizdir. Bu da onu göstərir ki, artıq gənclərdə təhsillərini davam etdirmək üçün motivasiya yaranıb".

M.Abbaszadə qeyd edib ki, xüsusilə ali təhsili karyera yönümlü istiqamətdə dəyişmək çox vacibdir: "Təbii ki, bu təhsilin məzmunundan asılıdır. Bu istiqamətdə bizim hələ kifayət qədər görmək üçün işlərimiz var".(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar