Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda peyda olan “qara maskalılar” - aksiyadırmı...

Bakı küçələrində ağzına qara maska taxan insanlar çoxalır

Fransada “sarı jiletlilər”in başladıqları etiraz dalğası digər bir sıra Avropa dövlətlərinə də sıçrayıb. Keçmiş postsovet məkanındakı respublikalarda hələ buna bənzər aksiyalar müşahidə edilmir.

Belə bir vaxtda diqqəti Bakı şəhərində ağzında qara maska olan insanların çoxalması cəlb edir. Son vaxtlar Bakıda qara rəngli ağız maskaları taxanların sayının artdığı müşahidə edilir. Maraqlıdır ki, hökumət orqanlarının qarşısında aksiya keçirən şəhid ailələrinin üzvləri də etiraz əlaməti olaraq ağızlarını qara maskalarla örtürlər.

Şəhərdə qara rəngli maskalarla gəzənlərin sayının artması, müşahidə olunanlar Azərbaycana “qara maska aksiyası”nın gətirilməsi proyektinin əlaməti sayıla bilərmi? Məsələn, “sarı jiletlilər” kimi?

AMİP katibi, siyasi ekspert Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, hansısa qruplar müxtəlif simvollarla etiraz aksiyaları keçirmək fikrinə düşə bilərlər. Lakin konkret olaraq şəhərdə ağzına qara maska taxmış insanların məhz belə bir proyektin tərkib hissəsi olması inandırıcı deyil: “Hazırda həmin qara maskalar apteklərdə satışdadır. İnfeksiyadan və digər müəyyən kənar təsirlərdən qorunmaq üçün istifadə olunan adi ağ maskalar ki var, bu da onların sadəcə qara rənglilərindəndir. Soyuq havalarda dişini çəkdirən, müalicə etdirən, boğaz ağrıları və ya qripi olan insanlar indi də qara rəngli maskaları taxmağa üstünlük verirlər. Bu bir yenilik olduğu üçün ilk baxışda qeyri-adi görünə və insanlarda başqa fikirlər, mülahizələr yarada bilər. Odur ki, məncə, ölkəyə ”qara maska aksiyası" gəldiyindən narahat olmağa dəyməz.

Hökumət orqanları qarşısında aksiya keçirən şəhid ailələrinin üzvlərinin də etiraz əlaməti olaraq ağızlarını qara maska ilə örtmələrinə gəlincə, bəli, bu bir etiraz formasıdır. Bu cür priyomlar etirazı daha effektli edir. Bəzən susmağa məcbur edilmək kimi halların cəmiyyətə bu formada çatdırılması diqqəti özünə cəlb etməklə yanaşı, bəzi fikirləri də çatdıra bilir. Şəhid ailəsinin üzvlərinin, ümumiyyətlə, etiraz aksiyasına vadar edilməsi hökumət və dövlət adına xoşagəlməz haldır. Bu kateqoriyadan olan insanlar dövlət qayğısı ilə hərtərəfli əhatə olunmalıdırlar. Onların haqq və hüquqları yüksək səviyyədə qorunmalıdır. Hökumət tərəfindən həlli çətin olmayan məsələ bilərəkdən belə mürəkkəbləşdirilirsə, utancverici vəziyyət aradan qaldırılmırsa, o zaman etirazın daha təsirli olmasının başqa üsullarına da əl atılacaq. İnsanlar çatdırmaq istəyir ki, onların səsini eşitmirlər, ancaq susmalarını istəyirlər".

Ekspert qeyd etdi ki, xaricidə və daxildə təxribatçı qüvvələr ola bilər. Həmin qüvvələrə fürsət verməmək üçün sosial etirazlarla bağlı konkret və vaxtında qəti addımlar atılmalı, problemlər həll edilməli, qabaqlayıcı tədbirlər görülməlidir: “Səsləri və etirazları rahat kabinetlərdə oturan hökumət nümayəndələrinə çatmırsa, ağızlarını qara parça ilə bağlayıb ”sus" yazan şəhid ailələrinin üzvləri kimə müraciət etməlidir? Bu insanlar heç vaxt ölkəmizə qarşı hansısa layihənin tərkib hissəsi ola bilməzlər. Çünki onlar Vətən və Torpaq üçün qurbanlarını veriblər. Dövlət isə onlara öz borcunu ödəməlidir. Bunu ödəmək çox asan və mümkündür".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar