Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zindandakı və İrəvandakı mürtəd ermənilər - cinayət dosyesi

Robert Köçəryan və Serj Sərkisyan Ermənistanda deyil, Azərbaycanda və hətta beynəlxalq cinayət məhkəməsində məsuliyyətə cəlb olunmalıdır

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hazırda törətdiyi cinayətlərə görə İrəvanda istintaq təcridxanasında saxlanılır. Erməni mediası növbəti hədəfin onun xələfi, yəni 3-cü prezident Serj Sərkisyan olduğunu xəbər edir.

Lakin vaxtilə Azərbaycan SSR vətəndaşları olmuş, sonradan Dağlıq Qarabağda separatçı hərəkata rəhbərlik edən bu canilər həm də Azərbaycanın hüquq-mühafizə orqanlarının təqibindədirlər.

Ölkəmiz terror fəaliyyətindən tutmuş soyqırıma qədər beynəlxalq cinayət hüququnda nəzərdə tutulan əməlləri törədən bu iki şəxsin və onların əlaltılarının beynəlxalq -hüquqi məsuliyyətə cəlb olunması və Haaqa məhkəməsi önündə cavab verməsi üçün çalışır.

Musavat.com müxtəlif saytlardan və sənədlərdən götürülən materiallara istinadən Robert Köçəryan və Serj Sərkisyanın törətdiyi cinayətləri bir daha yada salır.

1954-cü il avqustun 31-də Xankəndində dünyaya gələn Robert Köçəryan komsomol sıralarında yetişib. O, 1981-1985-ci illərdə Xankəndi (o vaxtkı Stepanakert) Komsomol təşkilatının 2-ci katibi olub. 1986-cı ildə isə Xankəndi ipək fabrikində partiya təşkilatına başçılıq edib. Elə həmin vaxtdan başlayaraq kombinatda çalışan azərbaycanlılar müxtəlif bəhanələrlə bir-birinin ardınca işdən qovulublar. 1988-ci ildə artıq kombinatda azərbaycanlı işçi qalmayıb. R.Köçəryan 1988-ci ildə millətçi ‘’Krunk" təşkilatının fəallarından biri idi və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı yaradılan “Miatsum” təşkilatına rəhbərlik edirdi.

Alınmış məlumata görə, R.Köçəryan Xankəndində komsomol komitəsində işlədiyi müddətdə onun iş otağı həmin vaxtlarda ermənilər tərəfindən “Daşnaksütyun” və “Krunk”un fəal dayaq nöqtəsi kimi istifadə olunurdu. 1988-ci il fevralın 12-də azərbaycanlılara qarşı ilk mitinq məhz Köçəryanın rəhbərliyi altında təşkil edilib. Hadisələrin ilk aylarından Xocalı şəhərinin girəcəyində 4 evin yandırılması və azərbaycanlı ev sakinlərinin bir neçəsinin yaralanması ilə nəticələnən təxribat aksiyası konkret olaraq R.Köçəryan, Serj Sarkisyan, Arkadi Qukasyanın təşkilatçılığı və bilavasitə rəhbərliyi altında törədilib.

R.Köçəryan ipək kombinatında işləyərkən tokar sexini odlu silahlar və partlayıcı maddələr düzəltmək sexinə çevirib və müxtəlif döyüş sursatları hazırladıb. R.Köçəryan həmin dövrdə şəxsən özü odlu silah və döyüş sursatı hazırlayıb.

Dağlıq Qarabağ hadisələri başlayan vaxtdan ermənilər azərbaycanlı müəllim heyətinə hədə-qorxu gəlməklə ərizələrini yazaraq işdən getməyi tələb ediblər. Könüllü iş yerini tərk etməyən müəllimlər isə fiziki işgəncələrə və təqiblərə məruz qalıblar.

R.Köçəryan 1988-1989-cu illərdə qatı millətçi-separatçı fəaliyyətini Xankəndindəki bütün təşkilatlarda ardıcıl surətdə həyata keçirib. Azərbaycanlıların öz doğma əraziləri olan Xankəndi və Qarabağın digər yaşayış məntəqələrindən kütləvi qovulmalarında R.Köçəryan, S.Sərkisyan, A.Qukasyan, Samvel və Karo Babayanların fəal rolu olub.

Köçəryan, Arkadi Qukasyan və Serj Sərkisyanın təşkilatçılığı ilə Xankəndi İpək Kombinatının tokar sexində hazırlanan silahlarla yaraqlanan erməni bandası 1988-ci il fevralın 18-də Xocalıya ilk hücum təşkil edib. Bu basqın nəticəsində Xocalının girəcəyindəki 4 ev qarət olunaraq yandırılıb. Bir neçə dinc əhali odlu silahdan atəş açılması nəticəsində yaralanıb.

Xocalıdan sonra Köçəryan eyni ssenari ilə növbəti qırğını 1988-ci il sentyabrın 16-da Xankəndində törədib. İstintaq materialları və arxiv sənədlərindən, şahid ifadələrindən bəlli olur ki, Sərkisyanın, Qukasyanın, Samvel və Korol Babayan qardaşlarının terrorçu, ekstremist bandasının başında dayanan Köçəryanın təlimatı ilə 1988-ci il sentyabrın 16-da Xankəndində azərbaycanlılara məxsus 50 ev qarət olunaraq yandırılıb.

Sonra bu silahlı erməni bandası tərəfindən qarətçilik, talançılıq hərəkətləri genişləndirilir və irimiqyaslı terror aktları törədilir. Ağdam-Şuşa marşrutunda hərəkət edən avtobusun əvvəlcə daş-qalaq edilməsi, daha sonra atəşə tutulması nəticəsində 25 nəfər mülki vətəndaşın qətli, 1989-cu ildə Ağdamdan Şuşaya uçan “Mİ-8” vertolyotunun vurulması, Malıbəyli kəndində ilk hücumun da Köçəryanın başçılığı altında törədildiyi Azərbaycanın hazırladığı istintaq materialında öz təsdiqini tapır. Bütün bu sadalanan cinayət faktları Köçəryanın, Serj Sərkisyanın və bu qəbildən olan erməni millətçi kəsiminin Qarabağda törətdiklərinin başlanğıcıdır.

Müharibə ocağını alovlandıran bu insanların əməlləri nəticəsində 1992-ci il fevralın 26-da Xocalıda törədilən soyqırımdan sonra II Qarabağ müharibəsi başladı.

1992-ci ilin 8 mayında Şuşa şəhəri işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən zəbt olunan zaman Şuşa avtobazasının həyətində Zirehli Transpartyorun (ZTP-in) üzərində Ermənistan bayrağının dalğalandığı və bayrağın yanında R.Köçəryanın fəxrlə durduğu müşahidə edilib.

Qarabağ canisi 1992-ci ilin avqustundan qondarma rejimin “Müdafiə komitəsinin” sədri və “baş naziri”, 1994-cü il noyabrın 24-də isə qondrama “DQR”in “prezidenti” olub. 1997-ci ilin martında isə Köçəryan keçmiş prezident Levon Ter-Petrosyan tərəfindən Ermənistanın baş naziri təyin edilir. Cəmi bir il sonra isə Ter-Petrosyanın yerinə prezident vəzifəsində oturur.

Köçəryan kimi Serj Sərkisyan da Xankəndində anadan olub (30 iyun 1954) və komsomol kökənlidir. S. Sərkisyan 1981-1988-ci illərdə Xankəndi komsomolunda 1-ci katib vəzifəsinə qədər yüksəlib. 1988-ci ildə isə o, Azərbaycan SSR Kommunist Partiyasının Dağlıq Qarabağ Muxtar Vilayət Təşkilatının 1-ci katibi Henrix Poqosyanın köməkçisi olub.

Serj Sərkisyan da 1988-ci ildən Dağlıq Qarabağ ermənilərinin separatçı hərəkatına fəal şəkildə qoşulanlardandır.

Sərkisyan “Krunk” və “Daşnaksütyun”un fəallarından olub. Xankəndində yaşayan ermənilərin silahla təmin edilməsi, azərbaycanlıları daşıyan Ağdam-Şuşa marşrutunda işləyən avtobusların əvvəlcə daş-qalaq edilməsi, sonra odlu silahla atəşə tutulması nəticəsində 25 nəfərin qətlə yetirilməsini, 1989-cu ildə Ağdamdan Şuşaya uçan “Mi-8" vertolyotunun vurulmasını, Malıbəyli kəndinə ilk hücumu, Əsgəran-Ağdam rayonlarının sərhədində iki azərbaycanlının qətlə yetirilməsini konkret olaraq S.Sərkisyan təşkil edib. Həmin dövrdə S.Sərkisyan Ermənistandan odlu silahın və döyüş sursatlarının gətirilməsi və Dağlıq Qarabağda yaşayan ermənilərə paylanılması ilə məşğul olurdu. (”Erməni cinayətləri (sənədlər əsasında)", Milli Təhlükəsizlik Nazirliyi, Bakı, “Vətən”, 2004 kitabının materialları əsasında 1905.az)

O, 1992-1993-cü illərdə qondarma rejimin “müdafiə naziri”olub. S.Sərkisyan Şuşa, Laçın, Kəlbəcər və ətraf rayonların işğal olunmasına rəhbərlik edən şəxslərdən biridir. Onun həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə qırılmasına başçılıq etməsi müxtəlif sənədlərlə təsdiq olunub.

Serj Sərkisyan bu cinayətləri törətdiyini heç vaxt gizlətməyib və hətta bunu qürurla bəyan edib.

Bu məqam britaniyalı jurnalist Tomas de Vaalın 2000-ci ilin dekabr ayında sabiq Ermənistan prezidenti olan Serj Sərkisyandan götürdüyü müsahibədə daha qabarıq özünü göstərir. Həmin vaxt Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Sərkisyan heç nədən çəkinmədən stenoqramının rus versiyası Karneqi Fondunun saytında yerləşdirilmiş müsahibədə Xocalıda soyqırımı bilərəkdən törətdiklərini etiraf etmişdi.

Beləliklə, Serj Sərkisyan həmin vaxta qədər hətta Azərbaycanda belə təzadlı fikirlərə səbəb olan mübahisələrə son qoymuşdu. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilərək 613 nəfər dinc sakinin ölümü ilə nəticələnmiş soyqırımın məsuliyyətini Ermənistan ordusunun üzərinə götürmüşdü: “Bilirsiniz, belə şeylər barədə yüksəkdən danışmırlar. Nə mümkündür, onu danışırlar. Mən də belə davranıram”, - deyə bildirmişdi.

Müsahibədən açıq görünür ki, Oiuaeu nieaugiu ttp://www.khojaly.org.az/nın əsas təşkilatçılarından olan Serj Sərkisyan bu faciədə iştirakını qəhrəmanlıq sayır və bu “qəhrəmanlığını” başqaları ilə bölüşmək istəmir: “Azərbaycanın keçmiş rəhbəri (Ayaz Mütəllibov - red.) deyir ki, onlar (qatillər - red.) ermənilər yox, azərbaycanlılar olub. Amma mən deyirəm, həqiqət başqa cür ola bilər. İstənilən halda, Xocalı bütün Qarabağı boğaza yığmışdı. Çünki orada aeroport vardı, hava nəqliyyatı bizim Ermənistanla yeganə əlaqəmiz idi. Orada OMON (xüsusi təyinatlı milis dəstəsi - red.) vardı və orada adamları yoxlayırdılar, çox sayda adamı həbs etmişdilər”.

Amma Serj Sərkisyan həqiqətin bunda da olmadığını etiraf edir və soyqırımı törətməkdə məqsədlərinin Qarabağın dinc azərbaycanlı sakinləri arasında panika yaymaq olduğunu gizlətməyib:

Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, onlar (ermənilər - red.), sadəcə, zarafat edirlər. Azərbaycanlılar bu fikirdə idi ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu fikirləri dağıtmaq lazım idi”.

Bu “xidmətləri” müqabilində Serj Sərkisyan keçmiş prezident Levon ter-Petrosyan tərəfindən 1993-cü il avqustun 21-də Ermənistanın müdafiə naziri təyin edilir.

Serj Sərkisyan Ermənistanda 1995-1996-cı illərdə əvvəlcə dövlət təhlükəsizliyi departamentinin başçısı, daha sonra milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. Növbəti 3 ildə isə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olub. 2000-2007-ci illər arasında yenidən müdafiə naziri işləyib. 4 aprel 2007-ci ildən 19 fevral 2008-ci ilə qədər baş nazir, 19 fevral 2008-ci ildən 2 mart 2018-ci ilədək isə Ermənistan Respublikasının prezidenti olub.

Ən sonda, bu canilərdən birinin ermənilərin özlərinin başlarına açdığı oyunlara görə tutulması özü də tarixin acı istehzasıdır. Lakin onlardan əsl hesab sorması gərəkən Azərbaycan xalqı, onun dövləti, hüquq-mühafizə orqanlarıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar