Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyi hər beş diplomdan birini tanımır

Azərbaycanlılar ən çox Türkiyədə təhsil alırlar

“Bu il Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə 3570 yeni müraciət daxil olub. Bu da ötən illərin dinamikası ilə eynidir”.

Bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən və təhsil nazirinin müşaviri Həsən Həsənli deyib. O bildirib ki, həmin müraciətlərin 20 faizinə mənfi rəy verilib: “Bunun da bütün səbəbləri aydın şəkildə göstərilib. Şəxslərin böyük əksəriyyəti problemsiz sənədlərin tanınmasına nail olub. Azərbaycan vətəndaşları ən çox Türkiyə universitetlərində təhsil alırlar. Bu il həmin ölkənin məzunları içərisində diplomu tanınmayan olmayıb. Mənfi rəy alanlar, əsasən, Rusiya, Ukrayna və Gürcüstanın bəzi universitetlərini bitirənlərdir”.

H.Həsənli qeyd edib ki, diplomlarının tanınmasının gecikmə səbəbləri müxtəlifdir: “Səbəblərdən biri müvafiq təşkilatlarla işləməklə bağlıdır. Daha bir səbəb məzunlarla müsahibələrin təşkili ilə əlaqədardır. Çünki müsahibə üçün vaxtın təyin olunması lazım gəlir və bu, asan olmur. Həmçinin müraciətlərin əksəriyyəti təhsilini bitirib gəldikdən sonra hərbi xidmətə gedənlərlə bağlıdır. Onların müsahibələrə gəlməsi də vaxt alır”.

O əlavə edib ki, müsahibə etməkdə məqsəd məzunun dil biliklərini yoxlamaq, yaxud terminləri soruşmaq deyil: “Əgər həmin şəxs təhsil aldığı ölkənin dilini bilmirsə, faktiki olaraq ixtisas biliklərinə yiyələnməsi mümkün deyil. Hər bir şəxsin ixtisasına uyğun biliklərini yoxlamağa kifayət qədər resurs yoxdur. Limit olaraq ən yaxşılarını müəyyən etmək bizim işimiz deyil. Bunu bazar, işə götürənlər müəyyən etməlidir”.(Report.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar