Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bazarlarda yeni nəzarət sistemi qurulacaq

Qida Təhlükəsizliyi Agentliyində 30-dan çox bazar tipli ticarət mərkəzinin rəhbəri ilə görüş keçirilib

Agentlikdən verilən məlumata görə, məqsəd bazar tipli ticarət mərkəzlərində qida təhlükəsizliyi nəzarətinin təkmilləşdirilməsidir.

Görüşdə sahibkarların diqqətinə çatdırılıb ki, Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir. Bazar tipli ticarət mərkəzlərinin rəhbərləri də bu istiqamətdə öz fəaliyyətlərini təkmilləşdirməli və məhsulun təhlükəsiz satışını təmin etməlidirlər.

Qida Təhlükəsizliyi Agentliyinin Sədrinin müavini Rəşad Mafusov sahibkarlara Agentliyin əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bazar tipli ticarət mərkəzlərinin rəhbərləri də bu prosesə qoşulmalıdır. Həmçinin, bu tipli ticarət mərkəzlərində yeni nəzarət sisteminin qurulması təmin edilməlidir.

Sonda bazar tipli ticarət mərkəzləri rəhbərlərinin problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Bakının bir çox bazarlarında antisanitariya, natəmizlik hökm sürür. Məsələn, “8-ci km bazarı” və digər bazar tipli ticarət mərkəzlərində ət, balıq və digər məhsullar açıq havada, toz-torpağın içərisində satılır. Ayrı-ayrı vaxtlarda apardığımız reportajlar göstərir ki, nəinki kənd təsərrüfatı məhsulları, həmçinin bəzi qida məhsulları – o cümlədən, yağ, pendir də bu şəraitdə satılır.

pia.az


Etiket: bazar AQTA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar