Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pamela Anderson Putinə müraciət etdi

Amerikalı aktrisa Pamela Anderson Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb

Anderson Putini Primorsk sularında vəhşi orkaların və ağ delfinlərin ovunun qarşısını almağa çağırıb.

Oxu.Az xəbər verir ki, ingilis və rus dillərində olan müraciətin mətni aktrisanın şəxsi fondunun rəsmi səhifəsində dərc olunub.

“Mən hazırda Rusiyadan gələn xəbərləri diqqətlə izləyirəm, ümid edirəm ki, bu gözəl heyvanlar tezliklə “orka həbsxanasından” azad olacaq və bu qəddar biznes növü tarixə qovuşacaq”, - deyə müraciətdə deyilir.

Aktrisa Rusiya prezidentinin xüsusi nümayəndəsi Sergey İvanovla Kremldə keçən görüşdən xoş təəssüratlarla ayrıldığını qeyd edib. Aktrisanın sözlərinə görə, həmin şəxs amur bəbirlərinin populyasiyasının bərpasına böyük töhfələr verib. Yırtıcılardan birinə Pamela adının verilməsi aktrisaya çox xoş olub.

Bundan başqa, Anderson İvanova müraciət edərək, Rusiyanın okean sularında dəniz qoruqlarının yaradılmasına kömək göstərməsini xahiş edib.

Xatırladaq ki, bundan əvvəl iyul ayında aktrisa amerikalıları rusofobiyada ittiham etmişdi.

“Rusofobiya bizdə artıq bir alətdir, onlarda isə “çeynənmiş” zarafata çevrilib. Rusiyaya səfərdə olanda məndən soruşurlar, “Görəsən, bu dəfə nə etmişik?”, - deyə aktrisa bildirmişdi.

Ötən ilin dekabr ayında Pamela Anderson Kreml səfəri və Vladimir Putinlə keçirdiyi görüş haqda jurnalistləri məlumatlandırmışdı. Aktrisa rusiyalı dövlət başçısı ilə ekoloji problemləri müzakirə etdiyini və Moskvanı bu problemlərin həllində dünya liderinə çevrilməyə çağırdığını diqqətə çatdırmışdı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar