Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz Məmmədov ARDNF-in Müşahidə Şurasını topladı

Fondun büdcə layihəsi Prezidentə göndərildi

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri, ARDNF-nin Müşahidə Şurasının Sədri cənab Novruz Məmmədovun sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi müzakirə olunub.

Müşahidə Şurası tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının rəyi nəzərə alınmaqla ARDNF-nin 2019-cu il üçün büdcə layihəsinə, o cümlədən ARDNF-nin idarə edilməsi ilə bağlı xərclərə dair ARDNF-nin İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, ARDNF-nin 2019-cu il büdcəsinin gəlirlərinin 15 450,1 mln manat, xərclərinin 11 595,2 mln manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 mln manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayıldı və müvafiq olaraq ARDNF-nin büdcə layihəsi, o cümlədən ARDNF-nin vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və ARDNF-nin idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib və ARDNF-nin 2019-cu il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

İclasda eyni zamanda “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar” ında təklif edilən dəyişikliklər məqbul sayıldı və bu dəyişikliklərin təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edildi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar