Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton bu şəxslərə qarşı sanksiyaların müddətini uzatdı – Siyahı

Amerika Birləşmiş Ştatları Özbəkistan, Rusiya, Ukrayna və digər ölkələrdən hökumətə bağlı şəxslərə maliyyə və səyahət sanksiyalarının müddətini uzadıb

PİA.AZ Azadlıq Radiosuna istinadən bildirir ki, bu addım Birləşmiş Ştatların dünyada insan haqlarını pozanlara, korrupsioner məmurlara qarşı qanunu çərçivəsində gerçəkləşdirilir. Dekabrın 19-da verilmiş qərarla Özbəkistanın mərhum prezidenti Islam Kərimovun böyük qızına, Rusiyanın Baş prokuroru Yury Çaykanın oğluna, Ukraynanın çevik polis komandirinə və digər şəxslərə sanksiyaların vaxtı uzadılıb.

Həmin sanksiyalar ötən il, ilk dəfə olaraq “Qlobal Magnitski Aktı” çərçivəsində tətbiq olunub. 2016-cı ildə qəbul olunmuş bu qanun 2012-ci ildə ancaq rusiyalıları hədəfə alan başqa bir qanunun əsasında hazırlanıb. Rusiyalı vəkil Sergei Magnitski 2009-cu ildə həbsxanada dünyasını dəyişib. O, özünün ifşa etdiyi vergidən yayınma sxemində iştirakda ittiham olunub.

SİYAHIDA KİMLƏR VAR

Moskva sanksiyaları pisləyib. Özbəkistanın mərhum prezidentinin böyük qızı Gulnarə Kərimova uzun illər atasının varisi hesab olunub. Jurnalistlər və avropalı müstəntiqlər onun beynəlxalq nəhəng telekommunikasiya şirkətlərinə qarşı irimiqyaslı rüşvətxorluq və pulqoparma sxemində iştirakını üzə çıxarandan sonra durum dəyişib. Ötən il Özbəkistan Baş Prokurorluğunun Kərimovaya ittiham irəli sürdüyü bildirilir.

Rusiya Baş prokurorunun oğlu Artyom Çayka da siyahıdakı tanınmış isimlərdəndir. O, atasının vəzifəsindən yararlanaraq özünün nüfuz dairəsini yaratmaqda ittiham olunur. “Magnitski Aktı” 2012-ci ildə qəbul olunandan bir neçə ay sonra Rusiya Prezidenti Vladimir Putin rusiyalı uşaqların amerikalılar tərəfindən övladlığa götürülməsini yasaqlayan qanunu imzalayıb.

2016-cı ildə “Magnitski Aktı”nın qlobal versiyasının hazırlanması yönündə iş getdiyi bir dönəmdə Vaşinqtonda gizli lobbiçilik kampaniyası işə düşdü, Magnitskinin üzə çıxardığı sxem, onun ölümü barədə deyilənlərə zərbə vurmağa çalışdı.

Bu kampaniyanı qismən Çayka ilə əlaqələri olan biznesmen maliyyələşdirirdi. 2016-cı ilin iyununda Prezident Donald Trampın böyük oğluyla görüşmüş vəkil Natalia Veselnitskaya da bu işin içində idi. Hazırda ABŞ-da xüsusi prokuror Robert Mueller Trampın seçki kampaniyası ilə Rusiyanın mümkün işbirliyini araşdırır.

pia.az


Etiket: Vaşinqton


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar