Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kütləvi ölümlər mövsümü” başladı - Araşdırma

Dekabrın hər günü az bir adam dəm qazından zəhərlənib

Dekabr ayında az qala hər gün birdən çox adam dəm qazından zəhərlənib. Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudovun verdiyi məlumata görə, dekabr ayının ilk yarısında dəm qazından zəhərlənənlərin sayı 21 nəfər olub.

Baş toksikoloq deyir ki, qış aylarında, havalar soyuyanda dəm qazından zəhərlənmə ilə bağlı müraciətlərin sayı artır. Son iki ay yarımda zəhərlənənlərin sayı 40 nəfəri ötüb.

Bəs, hər il onlarla can alan bu problemin həlli nədir?

Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyinin rəsmiləri adətən dəm qazından zəhərlənmələrin səbəbini vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməmələrində görürlər. Əsas səbəblər kimi də nasaz, standarta uyğun olmayan qaz cihazları, tıxanmış tüstü bacaları göstərilir.

Amma müstəqil eskpertlər zəhərlənmələrə səbəb kimi əsasən onun keyfiyyətsizliyi, tüstü bacalarının yoxlanmaması və qaz nəqlinin xəbərsiz kəsilib, yenidən verilməsini göstərirlər.

Bacaları kim yoxlasın?

Tüstü bacalarının vaxtında təmizlənməməsini adətən ekspertlər də, rəsmilər də vurğulayırlar. O zaman ortaya sual çıxır, tüstü bacalarını kim təmizləməlidir?

Bu sualın cavabı Nazirlər Kabinetinin “Qazdan İstifadə Qaydaların”da var. Həmin qaydaların 2.7-ci bəndində qeyd olunur ki, Fövqəladə Hallar və Energitika nazirliyinin səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəldən məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək üçün həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirməlidirlər.

Bakı sakini Cahangir Məmmədov deyir ki, sonuncu dəfə yaşadığı binanın tüstü bacasının nə vaxt yoxlanıldığını xatırlamır: “Dövlət qurumları sovet vaxtı gəlib tüstü bacalarını yoxlayırdı. Xüsusi qurum var idi, həmişə gəlib baxırdı. Amma indi buraxılıb başlı-başına”.

Gün ərzində Fövqəladə Hallar Nazirliyində suallarımızı cavablayacaq kimsəni tapa bilmədik.

Azəriqaz” İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbalyev isə bildirdi ki, aidiyyatı qurumlar tüstü bacalarına nəzarət edir:

“Tüstü bacalarının yoxlanması “Azəriqaz”ın səlahiyyətində deyil. Amma aidiyyatı qurumlar yoxlamaları aparır. Lakin görülən işlərə baxmayaraq, dəm qazından zəhərlənmə halları baş verir. Bu hadisələr zamanı aparılan araşdırmalar göstərir ki, istehlakçı təhlükəsizlik qaydasına əməl etməyib”.

Fövqəladə Hallar Nazirliyi yalnız xəbərdarlıq edir?

Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qərhərmanlı deyir ki, onun təşkilatı dəm qazından zəhərlənmə hallarını da nəzarətdə saxlayır.

O bildirir ki, adətən hökumət rəsmiləri dəm qazından zəhərlənmələri vətəndaşın üzərinə atır, öz yaxasını isə kənara çəkir. Amma qanunla vətəndaşın evində təhlükəsizlik qaydalarına əməl olunub- olunmamasını yoxlamaq birbaşa dövlət qurumunun, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir.

“Tüstü bacalarının təmizlənməməsi həyatınız üçün təhlükədir!” Bu xəbərdarlığı Fövqəladə Hallar nazirliyi öz saytında edir. Həmin xəbərdarlıqda vurğulanır ki, tüstü bacalarının vaxtlı-vaxtında təmizlənməməsi dəm qazından zəhərlənmə ilə nəticələnə bilər.

Mirvari Qəhrəmanlı iddia edir ki, məhz dövlət qurumlarının səhlənkərlığı ucbatından hər il onlarla istehlakçı dəm qazının qurbanı olur:

“Bu qırğının, müharibəsiz qırğının qarşısı alınmalıdır. Mən bunu cinayət adlandırıram. Çünki hər il dəm qazından ölənlər olur. Bir ailənin bir neçə üzvününü ölməsi halları olur. Zəhərlənmə kütləvi xarakter daşıyır. Amma buna görə nə işindən azad olunan, nə də cinayət məsuliyyətinə cəlb edilən bir kəs olub. Bu da o anlama gəlir ki, bu problemin qarşısını almaq marağı yoxdur. Hər il ölümlərin də səbəbi məhz bu cəzasızlıqdır”.

2018-ci ilin ilk günlərində Zaqatalada ana və iki övladı, mart ayında Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib öldü. Bunlar il ərzində dəm qazından zəhərlənmələrə bir neçə nümunə idi. Mirvari Qəhrəmanlı düşünür ki, dövlət qurumları heç bir addım atmırsa, heç olmasa vətəndaşlar öz təhlükəsizliklərinə bacardıqları qədər diqqət ayrısınlar. Dəm qazından qorunma yollarını öyrənsilər. Onun sözlərinə görə, dövlət qurumları müxtəlif maarifləndirici çarxlar hazırlayıb. Lakin təəssüflənir ki, bu çarxlar əhali arasında yayılmır, televiziyalarda göstərilmir.

Rəsmilər dəm qazından zəhərlənmələri məhz vətəndaşın təhlükəsizlik qaydalarına əməl etməməsində görürlər. “Azəriqazı”n keçmiş əməkdaşı Nüsrət İbrahimov isə deyir ki, bu təhlükəsizlik qaydalarının yoxlanması dövlət qurumlarının işidir, onlar gedib vaxtlı-vaxtında yoxlama aparmalıdır. Əks halda hər il dəm qazı can almaqda davam edəcək və bu hər kəsin başına gələ bilər.(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar