Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mən yaşamaq istəmirəm! - Son ümidim dövlətim və Prezidentimdir

"Məni və ailəmi bu məhkəmələrin ədalətsiz qərarlarından xilas edin"

Üzləşdiyi haqsızlıqlar, ədalətsizliklər səbəbindən özü və qızı canına qəsd edən, oğlu günahsız yerə həbs edilən Nərimanov rayonu Molla Cümə küçəsi 7, mənzil 34 ünvanında yaşayan İbrahimova Mina Nazim qızı saytımız vasitəsilə ölkə prezidenti cənab İlham Əliyevə,, birinci vitse prezident Mehriban xanıma, Daxili İşlər naziri Ramil Usubova, Baş Prokuror Zakir Qaralova müraciət edərək kömək istəyir.

Şikayətçi bildirir ki, Orucovlar ailəsi neçə müddətdir ki, onların həyatını sözün əsl mənasında cəhənnəmə döndərib. Adı çəkilən ailənin üzvləri Mina İbrahimovanın yaşadığı mənzilin pəncərəsinin altında avtomobil yuma məntəqəsi (Moyka) açıblar. Elə o gündən də İbrahimovlar ailəsinin narahat, əzablı günləri başlayıb. Artıq evdə yaşamağın mümkünsüzlüyünü görən ailə üzvləri nə qədər xahiş etsələr də Orucovlar nəinki Moykanı bağlayıblar, əksinə ailəni təhdid və təhqir etməyə, qorxuzmağa başlayıblar.

“ Bizim həyatımızı cəhənnəmə döndərən Orucovlar artıq heç bir qanuna məhəl qoymurlar. Qanunsuz işlədilən yuyucu məntəqənin bağlanması tələbilə 13 məhkəmədə qalib gəlsək də qarşı tərəf öz bildiyini edir. Yaranan səs-küydən, antisanitariyadan evimizdə otura bilmirik. Dözə bilməyən qızım 5 dəfə intihara cəhd edib. Lakin, bizim səsimizi eşidən, haqqımızı qoruyan yoxdur. Vəsilə Əhmədova bizi təhqir edir, şantaj yolu ilə qorxudur, söyür. O deyir ki, gərək mən öləm ki, qardaşımın moykasını kimsə bağlasın.Vəsilə Əhmədova oğlumu şantaj etmək üçün onun gizlin şəkillərini, videolarını çəkir, haqqında böhtan xarakterli məlumatlar yayır. Onun üçün qanun, haqq-ədalət anlayışları yoxdur, Bilmirəm hansısa yollarla hüquq-mühafizə orqanlarının əməkdaşlarını da ələ almağı bacarıb və istədiyini edir."

Şikayətçi bildirir ki, "2018-ci il iyunun 20-də Nərimanov rayon Polis İdarəsinin əməkdaşı İlqar Həmidov məni şöbəyə dəvət edərək bildirdi ki, hamımız Vəsilə Əhmədovanın əlindən bezmişik. Onu susdurmaq üçün cinayət işi başlamalıyıq ki, səsini kəssin. Mən bildirdim ki, latın əlifbası ilə yazıb oxumaq bilmirəm. Lakin, İ. Həmidov mənim avamlığımdan istifadə edərək narahat olmamağımı bildirdi və bütün sənədlərə qol çəkdirdi. Mən öz polisimizə inanıb o sənədlərə qol çəkdim. Ancaq İlqar Həmidov mənim öz əleyhimə olan sənədləri imzalatmaqla məni aldadıb. Bu hansı haqq-ədalətə, qanuna, insafa sığır?
İmzaladığım sənədlərlə tanış olan vəkilim bildirdi ki, səni aldadıb sənədlərə imza atdırıblar. Beləcə məni aldadaraq Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə barəmdə cinayət işi başladılıb. Aldadıldığm barədə dəfələrlə ərizə yazsam da heç kim mənim səsimi eşitməyib.

Nərimanov rayon Prokurorluğuna, Bakı şəhər Prokurorluğuna müraciət etsəm də heç kim mənə kömək etmək istəmir. Bakı şəhər Prokurorluğunda İlqar Abbasovun qəbuluna düşmək üçün dəfələrlə cəhd etsəm də məni qəbula buraxmayıblar. Prokuorluğun əməkdaşı Elnur Cəfərov məni qəbul edərkən ona bildirdim ki, Vəsilə Əhmədova deyir ki, Bakı şəhər Prokurorluğu məni arxayın edib ki, narahat olma, Minanı da, oğlunu da həbs etdirəcəyəm. Elnur Cəfərov dedi ki, əcəb eləmişəm, mən Nərimanov rayon Prokurorluğuna tapşırmışam ki, səni də, oğlunu da həbs etsinlər. Tezliklə səni də, oğlunu da həbs etdirəcəyəm.
Çox çətinliklə olsa da İlqar Abbasovun qəbuluna düşdüm və E. Cəfərovun dediklərini ona çatdırdım. İ. Abbasov hirsləndi ki, mən belə bir söz deməmişəım, hər şey obyektiv olmalıdır. Lakin, bütün proses qeyri-obyektiv aparılıb, Vəsilə Əhmədova hansısa yollarla prokurorluq əməkdaşlarını ələ alaraq öz bildiyini edir.

18-ci Polis bölməsinin rəisi Bayram Alıyev məni şöbəyə apararaq 3 saat orda saxladı və hədə-qorxu gəldi ki, Vəsilə Əhmədovanın moykası işləməsə sənə də rahatlıq yoxdur. Nə qədər ərizə versən də xeyri yoxdur, mən nə qədər burdayam səni də, oğlunu da həbs etdirəcəyəm.

Vəsilə Əhmədova hər gün mənə hədə-qorxu gəlir ki, İlqar Həmidov sənə cinayət işi başlayacaq, bacısının həyat yoldaşı Samir isə səni həbs edəcək. İlqar Həmidovdan bacısının həyat yoldaşı Samirin məhkəmədə işlədiyini soruşanda isə o bunu təsdiq etdi. Həqiqətən də mənə CM-nin 221.1 maddəsi ilə cinayət işi başlanılır və iş gəlir çıxır Samir müəllimə. Vəkilim Eyvaz Məmmədov bildirdi ki, biz əvvəlcədən prosesin Samir müəllim tərəfindən aparılmasına etiraz ərizəsi vermişik və proses Samir müəllim tərəfindən aparıla bilməz. İş yenidən geriyə qaytarıldı.

Vəsilə Əhmədova isə bildirdi ki, elə bilmə ki, işi Samir müəllimdən aldın qurtardı. Samir müəllim kolleqasına tapşıracaq və oğlunu həbs etdirəcəyəm."
Beləcə hər şey Vəsilə Əhmədovanın planına uyğun olaraq davam etdirilir. "Oğluma 510-cu maddə ilə inzibati cəza verilir və 50 manat cərimə olunmasına qərar verilir. Lakin işi yenidən polisə qaytarılır. V. Əhmədova özü dediyinə görə gedib sifariş verir ki, bu iş cərimə ilə yekunlaşa bilməz. Mütləq həbs olunmalıdır. Nəticədə Nərimanov rayon Prokurorluğu heç bir əsas olmadan işi məhkəməyə göndərdi. 18 dekabr tarixində Nərimanov rayon Məhkəməsində işə baxıldı. Məhkəməyə daxil olanda dərhal hiss etdim ki, oğlumu həbs edəcəklər. Çünki hər bir hazırlıq görülmüşdü. Otuzdan çox polis əməkdaşı məhkəməyə gəlmişdi.Sanki çox ağır bir terrorçunu mühakimə edəcəkdilər. Məhkəmənin hakimi Gültəkin xanım heç üzümüzə baxmadı, vəkilimizin dəlillərini dinləmədən oğlumun 10 sutka həbs olunması barəsində qanunsuz qərar çıxardı. Bütün proses Vəsilə Əhmədovanın yazdığı ssenari üzrə aparıldı və nəticədə heç bir əsas olmadan, günahsız yerə mənim oğlum Anar İbrahimov 10 sutka həbs olundu. Məgər qanunlarımız Vəsilə Əhmədova və onu himayə edənlərdən gücsüzdürmü? Məgər Polis, Prokurorluq, Məhkəmə orqanları haqq-ədaləti qorumaq üçün deyilmi? Belədirsə niyə görə mən və ailəm qorxu içərisində, ölüm təhdidləri altında yaşamalı, oğlum günahsız yerə həbs olunmalıdır. Məgər Vəsilə Əhmədova bu ölkənin vətəndaşıdır, mən başqa planetdənmi gəlmişəm?

Üzləşdiyimiz haqsızlıqlara dözməyən qızım intihara cəhd edərək zəhər içib və hazırda toksologiya mərkəzində ağır vəziyyətdə müalicədədir. Özüm də bu haqsızlığa, ədalətsizliyə dözməyərək bıçaqla özümü öldürmək istədim, qarnıma 6 zərbə vurmuşam. Əgər qanunlar, hüquq-mühafizə orqanları günahkarı müdafiə edirsə, onun diqtəsi ilə hərəkət edirsə mən yaşamaq istəmirəm!
Mənim son ümidim dövlətim və Prezidentimdir. Cənab Prezident, siz hər zaman deyirsiniz ki, hər bir azərbaycanlının prezidentisiniz. Amma, sizin adınızdan istifadə edən məmurlar buna əməl etmirlər. Mən də, Vəsilə Əhmədova da bu ölkənin vətəndaşıyıq. Bəs nə üçün onu hər vasitə ilə qoruyurlar, mənim isə halal haqqımı tapdalayır, günahsız oğlumu həbsə atdırırlar.

Bir ana kimi Mehriban xanıma müraciət edirəm. Mənim səsimi eşidin, harayıma hay verin. Məni və ailəmi bu məhkəmələrin ədalətsiz qərarlarından xilas edin".(Rubrika.az )

pia.az


Etiket: şikayət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar