Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

17 yaşlı Günel Dadaşovanı Rusiyada niyə öldürdülər...

Rusiyanın İrkutsk vilayətinin Nijneudinsk şəhərində müstəntiqlər 17 yaşlı azərbaycanlı məktəbli Günel Rəhim qızı Dadaşovanın qətlini araşdırır

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qız dekabrın 6-da evdən çıxıb və itkin düşüb. Hüquq-mühafizə orqanları cinayət işi qaldırıblar və Günelin axtarışına başlayıblar.

Axtarışa hüquq-mühafizə orqanlarının çağırışı ilə yerli sakinlər də qoşulub. İstintaq Komitəsi bildirib ki, qız evdən çıxarkən boz rəngli paltoda, qara şalvarda və papaqda olub.

Günelin axtarışları bir həftədən çox davam edib. Onun meyitini ancaq dekabrın 14-də aşkarlamaq mümkün olub-Günelin üzərində zorakılıq əlamətləri olan meyiti Nijneudinskdəki Uda çayında adalardan birində, kolluqda aşkarlanıb.

Günelin “Vkontakte” sosial şəbəkəsindəki hesabı isə dekabrın 18-i, saat 4.59-a qədər aktiv olub. Belə görünür ki, valideyinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları qızın axtarışları və ya ehtimal olunan qatillərin tapılması üçün sosial şəbəkə hesabındakı yazışmaları araşdırıblar.

Günelin ölümünə görə şübhəli şəxs qismində əməliyyatçılar 15 və 17 yaşlarında olan iki yeniyetməni saxlayıblar. Onların barəsində qrup halında əlbir olaraq qəsdən adam öldürmək maddəsi ilə cinayət işi qaldırılıb. Dindirmə zamanı yeniyetmələr cinayəti etiraf ediblər. Müstəntiqlər aydınlaşdırıblar ki, məktəblilər Güneli aldatma yolu ilə mənzillərdən birinə aparıblar, orada ona çoxsaylı bıçaq zərbələri vurublar və cəsədi kolluğa atıblar.

Yerli nəşrlərdən biri yazır ki, Günelin qatillərindən biri onun sinif yoldaşıdır. Hansı ki, həmin yeniyetmə cinayətdən əvvəl qızdan 70 min rubl borc alıbmış. Pul ona totalizatorda stavka üçün lazım imiş. Bir müddət sonra Günel başqa şəhərdə yaşayan atasına kömək etmək üçün pulunu geri istəyir. Amma sinif yoldaşının həmin vaxt pulu olmur və qərara alır ki, qızı öldürsün və beləliklə də borcunu qaytarmasın.

Dekabrın 6-da o, 15 yaşlı dostu ilə birlikdə sinif yoldaşını evlərinə çağırır, aldadır ki, pulu şəxsən qaytarmaq istəyir. Amma mənzilə daxil olanda cinayətkar qızın kürəyindən bir neçə bıçaq zərbəsi vurur və Günel aldığı zərbələrdən yerindəcə ölür. Daha sonra yeniyetmələr bir neçə gün ərzində cinayətin izini itirməyə çalışırlar. İddialara görə cinayətin ört-basdır edilməsinə 17 yaşlı qatilin anası da yardım edib. Onlar birlikdə Günelin meyitini politelen kisəyə qoyublar və Uda çayındakı adacıqlardan birində kolluğa atıblar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar