Şənbə, 23 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Əfsanəvi Simpsonlar 30 yaşını qeyd edir

Simpson obrazı qocalmaya bilər, ancaq bu cizgi serialı artıq 30-cu yaşını qeyd edir

Dördüncü onilliyinə başlayan cizgi serialı uzunömürlüyünü qeyd etmək üçün dekabrın 17-si, bazar ertəsi günü Nyu-Yorkun ikonik binası olan Empire State binası Simpsonsun sarı rənginə boyanıb. Empire State binasında keçirilən mərasimi daha da maraqlı etmək üçün cizgi serialının yaradıcıları, obrazları səsləndirən insanlar və kostyum geyinmiş obrazların özü Manhetten küçələrini Spriqfildin bir peykinə çeviriblər.

PİA.AZ "Amerikanın səsi"nə istinadən bildirir ki, televiziya tarixinin ən uzun müddətli skript şousu olan Simpsonlar bu yaxınlarda 600-ci epizodunu qeyd edib.

Bart Simpson obrazını səsləndirən Nensi Kartrayt bildirib ki, cizgi serialının yazarlarının hal-hazırda baş verənlərlə ayaqlaşa bilməsi serialın aktuallığını qoruyur.

"Bilirsiz, məncə, serialın yazıçılarının hazırkı dövrlə ayaqlaşması möhtəşəmdir. Çünki bir seriyanın çəkilməsi səkkiz ay çəkir. Ancaq media hadisələri gündəmdə saxlayır. Buna görə insana elə gəlir ki, sanki indicə baş verir. Bu sadəcə fantastik illuziyadı və bizim xeyrimizədir", - Nensi Kartrayt bildirib.

Bu vaxta qədər Simpsonlar 33 dəfə Emmi mükafatını qazanıb və Peabody mükafatına layiq görülmüş ilk animasiya serial olub. Həmçinin serialın "Ən uzun körpələr evi" adlanan qısa filmi 2012-ci ildə "Oskar" mükafatına namizəd olub.

Serialın əsas personajları filmin yaradıcısı olan Mett Qrouninqin təxəyyülünün məhsuludur. Filmin əsas qəhrəmanlarının adı Mettin ailəsindən götürülüb. Belə ki, Liza və Meggi onun bacıları, Marc onun anası, Homer isə onun atasının adıdır. Bart Simpsonun adı isə ingiliscədə "dəcəl uşaq" mənasına gələn "brat" sözünün anaqramıdır.

Hadisələr ABŞ-da, Sprinqfild adlı şəhərdə cərəyan edir. Əslində, ABŞ-da bu adda bir neçə şəhər var. Məhz buna görə də bu ad əsas şəhər kimi seçilib. Serialın həvəskarları uzun müddət bu şəhərin məhz hansı Sprinqfild olduğunu araşdırmağa çalışsalar da, indiyə qədər bu suala cavab tapa bilməyiblər. Mett Qrouninq isə əslində serialdakı Sprinqfildin onun fantaziyasının məhsulu olduğunu bildirərək bu şəhərin ABŞ-dakı Sprinqfildlərdən heç birinin olmadığını vurğulayıb.

pia.az

Şərh yazın.

loading...