Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülləkeçirməz şüşənin 1 kvadratını Bakıda 550 manata satırlar

Quraşdırılma xərcləri də astronomikdir - 1 kvadratı 250 manata

Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində sabiq deputat Hacı Qalib Salahzadənin adı keçən üzləşdirmə zamanı maraqlı məlumat üzə çıxıb. Sabiq deputat onunla üzləşdirilən zərərçəkən Ələkbər Quliyevə deyib ki, Bilgəhdəki 7 mərtəbəli imarətinin şüşələri gülləkeçirməyəndir. Həmin şüşələri İtaliyada sifariş edib. Ə.Quliyevin qardaşı, iş üzrə digər zərərçəkən Seymur Quliyev bu haqda “Yeni Müsavat”a açıqlamasında Hacı Qalib həmin gülləkeçirməyən şüşələrə görə 4 milyon avro xərclədiyini bildirib. Bəs Azərbyacanda güllə keçirməyən şüşə istehsal olunurmu və həmin şüşənin kvadrat metrinin qiyməti neçəyədir?

Bu və digər suallara aydınlıq gətirmək üçün məlumat toplayarkən məlum oldu ki, ölkəmizdə belə şüşə istehsalı ilə məşğul olan şirkət var.

Həmin şirkətin nümayəndəsi “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində deyib ki, qiymət 1 kvadrat metr üçün 350 manatdan başlayır və 550 manata qədər arta bilər. Bu qiymətə şüşənin quraşdırılması daxil deyil.

Quraşdırılma xidmətinə və əlavə materiallara görə hər kvadrat üçün 150-250 manat alına bilər. İrandan alınan şüşələr Türkiyə istehsalı olan plyonka ilə işlənməklə gülləkeçirməz hala gətirilir. Daha ucuz plyonka Çindən gətirilir və qiyməti bir qədər aşağı olur.

Bəs keyfiyyət, uyğunluq sertifikatları varmı?

Şirkət nümayəndəsi deyir ki, gülləkeçirməz şüşələr əsasən 3-5 atəşə davamlılığa hesablanıb. Bundan sonrası isə Allahın ümidinədir. Yəni atəşə tutulan şəxs qaçıb canını qurtarana qədər şüşə sınıb sıradan çıxmır. Şirkət şüşələrə uyğunluq sertifikatı verir. Şüşələrin istifadə müddəti atəş açılana qədərdir. Şüşə bu halda da sınmır, sadəcə, çiliklənir, içindəki plyonkanın hesabına dağılıb yerə tökülmür.

Şirkət nümayəndəsi İtaliyadan Azərbaycana gülləkeçirməz şüşə gətirilməsi ilə bağlı məlumatsız olduğunu deyib. Bildirib ki, İtaliyada da keyfiyyətli gülləkeçirməz şüşələr istehsalı var.

Şirkət nümayəndəsi deyib ki, Azərbaycanda hazırlanan gülləkeçirməz şüşələrin sınağı “Armor Test” Sertifikatlaşdırma və Tədqiqatlar Mərkəzində həyata keçirilib və uyğunluq sertifikatı təqdim olunub. Zirehli şüşələr güllədən müdafiə qabiliyyətinə görə siniflərə bölünür.

Ən yüksək sinif üçüncü müdafiə sinfi sayılır.

Bu sinfə aid olan şüşələr AKM (Kalaşnikov avtomatı) tipli avtomatdan açılan (57-H-231 güllə , kalibr 7,62 mm) gülləyə davam gətirir.

9 mm kalibrli 57-H-181C patronlarla PM(Makarov pistoleti) tapançasından atəş açan zaman gülləyə davamlılıq üzrə qorunmanın birinci dərəcəsi (polad özəkli PST gülləsi)

7,62 mm kalibrli 57-H-134C patronlarla TT tapançasından atəş açan zaman gülləyə davamlılıq üzrə qorunmanın ikinci dərəcəsi (polad özəkli PST gülləsi)

7,62 mm kalibrli 57-H-231 patronlarla (istiliklə möhkəmləndirilmiş polad özəkli PC gülləsi) AKM avtomatından atəş açan zaman və 5,45 mm kalibrli 7H6 patronlu (istiliklə möhkəmləndirilmiş polad özəkli PC gülləsi)

AK-74 avtomatından atəş açan zaman gülləyə davamlılıq üzrə qorunmanın üçüncü dərəcəsi.

Bəs hansı məsafədən açılan atəş zirehli şüşəni dəlib keçmir?

Şirkət nümayəndəsi deyir ki, kvadratı 550 manata satılan şüşə 200 metr məsafədən “Kalaşnikov” avtomatından açılan 3-4 atəşə davam gətirə bilir.

Bəs bir daraq güllə atılsa necə, şüşə davam gətirəcəkmi?

Şirkət nümayəndəsi “bunu yoxlayan olmayıb” cavabını verib. Bildirib ki, gülləyədavamlı şüşələr maksimum 5 atəşə hesablanıb. Texniki möhkəmləndirilmiş şüşələrə verilmiş sertifikatlarda 1 və ya 10 gülləyə davamlı olması göstərilmir. Sadəcə, gülləyədavamlı texniki möhkəmləndirilmiş şüşə olması qeyd olunur. Şirkət nümayəndəsi Azərbaycanda istehsal olunan şüşənin Rusiyada test edildiyini də vurğulayıb.

Hacı Qalib üzləşmə zamanı zərərçəkənə dedikləri doğrudursa, onun Bilgəhdəki 7 mərtəbəli imarətinin 3 mərtəbəsi belə gülləyədavamlı şüşələrdəndirsə, qiymət məsələsi də deməli uyğundur - 4 milyon avro. Bəs Hacı Qalib yerli istehsal olan gülləyədavamlı şüşələr sifariş etsəydi, nə qədər vəsaitə qənaət edə bilərdi? Bu sual hazırda açıqdır. Çünki Qalib Salahzadənin 7 mərtəbəli imarətinin eni və uzunu haqda əlimizdə dəqiq məlumatlar yoxdur...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar