Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhalimiz Gürcüstandan 2, Ermənistandan isə 3 dəfə çoxdur

Təəssüf ki, bəzi qorxulu statistikalar da var...

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin sayı 69,645 min nəfər artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Noyabr ayının 1-nə respublika əhalisinin sayı 9 mln. 967,73 min nəfər təşkil edir.

Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 115 nəfərdir.

Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.

Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1005 qadın düşür.

Yanvar-oktyabr aylarında ölkə üzrə 116,365 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Doğulan körpələrin 53,3%-i oğlan, 46,7%-i isə qız uşaqlarından ibarətdir. Körpələrin 2,236 mini əkiz, 96-sı isə üçəm doğulanlardır.

Qeyd olunan dövrdə 48,186 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 5,9 təşkil edib.

Azərbaycan növbəti yüz il ərzində demoqrafik göstəricilərə görə Cənubi Qafqazda lider mövqeyini qoruyacaq. Bunu ötən ay BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev deyib. Onun sözlərinə görə, Azərbaycan demoqrafik inkişaf baxımından Cənub Qafqazda ən dinamik ölkədir və ölkə əhalisi Gürcüstandan iki dəfə, Ermənistandan isə 3 dəfə çoxdur.

F.Babayev vurğulayıb ki, proqnozlara əsasən, yaxın 30 il ərzində Azərbaycan əhalisi hər onillik üçün 500 mindən çox artacaq. 21-ci əsr ərzində Azərbaycan əhalisi 3 milyondan çox artacaq, bu artımın 70 faizi isə əsrin birinci yarısının payına düşəcək. Onun sözlərinə görə, Azərbaycan əhalisinin artımı əsasən təbii artım hesabına təmin olunur. F.Babayev əhali sayının artmasına xarici miqrasiyanın təsirini kifayət qədər mühüm hesab etmədyini deyib. Onun fikrincə, son onilliklərdə Azərbaycan əmək qabiliyyətli əhalinin sayı sürətlə artır. BMT-nin orta müddətli proqnozlarına əsasən, bu cür artım sayəsində 2018-ci ilədək 20-59 yaş arası qadınların və 20-63 yaş arası kişilərin sayı 6 milyon nəfərə çatacaq. F.Babayevin sözlərinə görə, 21-ci əsrin birinci yarısında Azərbaycanda 18-20 yaş arasında əhali kateqoriyasının əmək bazarına çıxması ilə işçi qüvvəsi artımı müşahidə olunacaq.

Təəssüf ki, rəsmi statistikada boşanmalarla bağlı vəziyyət çox pisdir. 10 ay ərzində ölkədə qeydiyyat şöbələri tərəfindən 50,822 min nikah (ötən ilin analoji dövrü ilə müqayisədə azalma 2,3% - İF) və 12,396 min boşanma halı qeydə alınıb (artım 1,7% - İF).

“Son 10 ayda 50882 evlənmə, 12396 boşanma qeydə alınıb”. Bu statistik məlumatları isə hüquqşünas Ələsgər Məmmədli açıqlayıb. Ə.Məmmədli qeyd edib ki, 4 il öncə bir proqrama dəvət olunub.

“O zaman xırda bir araşdırma aparmış, ölkədə boşanmanın çox yüksək sürətlə artdığı, evliliyə nisbətdə boşanmanın 13,5% olduğunu görmüşdüm. Bu gün tənbəllik etməyib, son 10 ilin statistikasını tapıb, qarşılaşdırdım. Statistika çox ciddi artıb və trend sürətlə yüksəlməkdədir. 2008-ci ildə ölkədə 79964 evlilik, 7933 boşanma qeydə alınıb. Yəni boşanmanın evliliyə nisbəti 9,92% olub. 2018-ci ildə bu nisbət 24,36%-dək yüksəlib.

10 il öncə hər qurulan 10 ailənin 1-i boşanma ilə nəticələnirdisə, bu il hər 4 ailənin biri boşanma ilə sonlanıb. Qısacası, 10 ildə boşanma 146% artıb. İllərə görə də artımın sürətini aydın görmək mümkündür.

2008-9,92%

2009- 9,97%

2010- 11,44%

2011- 12,19%

2012- 14,02%

2013- 14,23%

2014- 13,50%

2015- 18,55%

2016- 19,64%

2017- 23,06%

2018- 24,36%

Evliliyin sayı 2007-ci ildə 81738-dən, 2017-ci ildə 62923-dək, yəni 23,01% geriləyib. Boşanma 2008-də 7933-dən, 2017-də 14514-dək yəni 83% yüksəlib.

Əslində ciddi araşdırma mövzuları var. Sosioloqlar, psixologlar bunu çoxyönlü araşdırıb, səbəbləri sıralamalı, toplumu bilgiləndirməlidir. Məsələn, mənim üçün maraqlıdır internet və sosial şəbəkə istifadəsi nisbətinin son 10 ildə artımı ilə boşanma nisbətinin artımı arasında bir əlaqə varmı, varsa nədir?"(“Yeni Müsavat”)

pia.az


Etiket: Əhalinin sayı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar