Kürdəmir rayonunda yol qəzası baş verib
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Əhliman Ənvər oğlu Ömərovun idarə etdiyi "VAZ-21214" markalı minik avtomobili "İsuzu" markalı yük maşınına çırpılıb. Nəticədə Ə.Ömərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az