Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

“Microsoft” korporasiyası bayram günləri ərzində istifadəçilərin təhlükəsizliyini təmin edəcək siyahı tərtib edib

Bu barədə “Report”a Şirkətin Azərbaycan nümayəndəliyindən bildirilib.
Məlumata görə, istirahət və bayram günləri çox vaxt rəqəmsal təhlükəsizlik təhdidləri riski ilə müşayiət olunur: “Hədiyyələr, səyahətlər və bu kimi digər təkliflər üzrə onlayn reklamların və elektron poçta gələn məktubların sayı artır. Təəssüf ki, bu təkliflərin çoxu qənaət əvəzinə pulun və ya əmlakın itirilməsinə və istifadəçinin şəxsi məlumatlarının oğurlanmasına səbəb ola bilər. Bütün bunları nəzərə alan “Microsoft” korporasiyası bayram günləri ərzində istifadəçilərin təhlükəsizliyini təmin edəcək siyahı tərtib edib”.

Korporasiya tövsiyə edir ki, şirkətlər təhlükəsizliyinə əmin olduqları saytlara daxil olmalıdır:

“Bəzən “ən yaxşı təkliflər” gizli zərərli proqram təminatı vasitəsilə gəlir. Təhlükəsizliyi təmin etmək üçün yalnız nüfuzlu və etibarlı saytlar (saytların “https” ilə başlamasından və qarşısında kilid işarəsi olduğundan və şəxsi məlumatları daxil edərkən ödəmə metodlarının təhlükəsizliyindən əmin olun) və rəsmi mağazalarından yüklənən tətbiqlər vasitəsilə alış-verişinizi həyata keçirin, məsələn, www.microsoft.com/store. Aylıq bank çıxarışlarınızı diqqətlə izləyin və fırıldaq ödənişlərin olmamasında əmin olmaq üçün onlayn və fərdi alış-verişlərinizi yoxlayın. Siz tərəfdən edilməyən hər hansı ödəniş müşahidə edən kimi dərhal bankla əlaqə saxlayın. Bir çox fırıldaqçılıq növündən ənənəvi olaraq fəal şəkildə insanların xeyriyyəçiliklə məşğul olan zaman istifadə edilir. Kimsə sosial mühəndislik vasitəsilə sizin şəxsi məlumatlarınıza müdaxilə etdiyi zaman vaxtında xəbərdar olmanız vacibdir. Fişinq kimi fırıldaq sxemlərini və onlardan yan keçmək üsullarını öyrənməyə çalışın”.

Həmçinin internet istifadəçiləri ikifaktorlu autentifikasiyanı aktivləşdirməlidirlər: “İkifaktirlu autentifikasiya (2FA) hesabın təhlükəsizliyini artıran əlavə səviyyədə yoxlamanı təmin edir. 2FA həm korporativ, həm də elektron poçt, sosial şəbəkələr, bank əməliyyatları kimi şəxsi hesablar üçün əlçatandır.

Yalnız uçot məlumatları tələb edən Wi-Fi şəbəkələrindən istifadə edin. Ödənişsiz və ya ictimai Wi-Fi şəbəkəsindən istifadə etdikdə şəxsi və gizli məlumatlarla paylaşmayın. Təhlükəsiz Wi-Fi bağlantısı əldə edənədək gözləyin və ya məlumatlara daxil olmaq və online alış-veriş etmək üçün mobil internet məlumatlarınızdan istifadə edin.

Evdən uzaq olmağınız haqqında məlumat oğruların sizə zərər vurması üçün yeganə səbəb ola bilər. Risk etməyə dəyməz.

Diqqətli olun! Cihazlarınıza nəzarət edin və onları gözdən buraxmayın. Onların daxilində sizin bank məlumatlarınız, sosial media və elektron poçt hesabları, parollar və bu kimi şəxsi məlumatlar ola bilər".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar