Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərin Evoğlu kənd sakini bu il pambıqdan 10 min manat qazandı

Cari ilin məhsulu üçün 3300 hektar pambıq becərən tərtərli fermerlər və torpaq mülkiyyətçiləri gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını da nümunəvi təşkil edirlər

Ötən il 3123 hektar sahədən 8419,9 ton məhsul tədarük edərək orta məhsuldarlığa görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan Tərtər pambıqçıları bu il də yüksək nəticəyə nail olublar.

Tərtər Rayon İcra Hakimiyyətindən AzərTac-ın bölgə müxbirinə bildiriblər ki, bu günə qədər tarlalardan 8057,3 ton məhsul toplanıb. Hektarın orta məhsuldarlığı 24,4 sentner təşkil edir. Yığılanpambıq “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC-yə təhvil verilir.

“MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev tədarük olunan məhsulun ötən ildəkindən çox olduğunu bildirib: “Bu il 649 fermerlə 1667 hektarda pambıq becərilməsi üçün müqavilə bağlanıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparıldığı üçün hektarın orta məhsuldarlığı da yüksəkdir. Dövlətimizin başçısı da Nazirlər Kabinetinin iclasında bu məsələyə toxunaraq, məhsuldarlığın artırılmasını əsas vəzifə kimi müəyyənləşdirdi. Odur ki, biz də məhsuldarlığın yüksək olmasına çalışırıq. Ötən il hər hektardan orta hesabla 28,9 sentner məhsul götürmüşdük. Bu il isə məhsuldarlıq artıq 32,5 sentnerdir. Builki nəticələrimizdən ruhlanaraq növbəti ildə pambıq əkinlərini daha da genişləndirməyi nəzərdə tutmuşuq".

Pambıq qəbulu məntəqəsinə məhsul təhvil verən Evoğlu kənd sakini Şahin Axundov ötən il olduğu kimi, bu il də yüksək məhsuldarlıq əldə etdiyini bildirib: "Keçən il 3 hektar sahədə pambıq becərdik. Qazancımız yaxşı oldu. Bu il isə pambıq əkini sahəsini bir qədər də genişləndirib, 5 hektara çatdırdım. Düzgün aqrotexniki xidmət sayəsində bol məhsul əldə etdik. Hər hektardan 37 sentner məhsul götürdük. Bu isə hər hektardan iki min manat gəlir deməkdir. Qazancımdan razıyam. Odur ki, fermerlərə də pambıq bitkisini becərməyi tövsiyə edirəm".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar