Hacıqabul rayonunda baş verən avtoqəzada 3 nəfər xəsarət alıb
Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin yoldan çıxaraq aşaması nəticəsində 3 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslərdən biri Bakı şəhərinə, digər 2 nəfər Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə FHN-in n xilasediciləri cəlb edilib, avtomobildə sıxılmış yaralı sərnişin xüsusi avadanlığın köməyi ilə çıxararaq təcili yardım xidmətinə təhvil verilib.
Xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.(Report)
pia.az