Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Ordusu Fəratın şərqində keçirəcəyi əməliyyatın bəzi detallarını açıqladı

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Fərat çayının şərqində keçirəcəyi birgə antiterror əməliyyatının hazırlıq işlərini başa çatdırıb

Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, əməliyyatda 23-24 min hərbçi və Azad Suriya Ordusunun üzvləri iştirak edəcəklər. Bölgənin terrorçu PKK/YPG-PYD qruplaşmasından təmizlənməsinin ilk mərhələsi 2 ay sürəcək. Bu mərhələdə terrorçuların işğalı altında olan 10 nöqtəyə giriləcək.

Fəratın şərqindəki əməliyyata ordu generalı İsmail Metin Temel komandanlıq edəcək.

Əməliyyat nəticəsində 17 min kv. km-lik ərazinin terrorçulardan təmizlənməsi nəzərdə tutulub.

Vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun bu əməliyyatına mane olmaq üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bölgəyə yeni bir heyət göndərib. Heyət ABŞ-ın Suriyadakı mülki və hərbi məsul şəxsləri, ərəb tayfalarının və terrorçu PKK qruplaşmasının dəstəbaşçıları ilə görüşüblər. Onlar “Körfəz heyəti 3” başlıqlı yeni fəaliyyət planı irəli sürüblər. Bu yol xəritəsinə əsasən, Suriyanın Haseke, Menbiç, Rəsulayn, Tel-Abyad, Rakka və Kamışlı istiqamətində “peşmərgə” adlanan kürd silahlıları ilə birlikdə Körfəz dövlətləri və Misirdən gətiriləcək hərbçilər yerləşdiriləcək. Heyətin tərkibindəki Faruk əl-Maşi, Məhəmməd Bennavi və Əbu Adil adlı şəxslər terrorçu PKK başçıları ilə görüşdüklərini etiraf ediblər.

Bütün hazırlıqları başa çatdıran hərbçilər və ASO əməliyyatın başlaması əmrini gözləyir.

Qeyd edək ki, Türkiyə ABŞ-dan Fəratın şərqində yerləşən terrorçu PKK/YPG-PYD qruplaşmasını çıxarmasını istəyir.(“Report”)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar