Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“BP-Azerbaijan” Energetika Nazirliyi ilə Memorandum imzaladı

Bu gün “BP-Azerbaijan” şirkəti və Energetika Nazirliyi Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədi ilə Anlaşma Memorandumu imzalayıb

Bu barədə şirkət və nazirliyin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, bu memorandum Azərbaycan Hökumətinin bu yaxınlarda ölkədə bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın formalaşdırılmasına başladığını bəyan etməsi kontekstində imzalanıb.

İmzalanma mərasimində energetika naziri Pərviz Şahbazov deyib ki, Azərbaycanda alternativ və bərpa olunan enerjinin istehsalını artırmaq, enerji təhlükəsizliyinin təminatında bu enerjinin rolunu gücləndirmək bu gün dövlət başçısı tərəfindən qarşıya qoyulan həlli vacib məsələlərdir. Onun sözlərinə görə, bərpa olunan enerji sahəsinin inkişafı üçün hazırda beynəlxalq təcrübə öyrənlir, qanunvericilik bazası yaradılır, beynəlxalq şirkətlərlə məsləhətləşmələr aparılır: “Bu gün imzalanmış bu sənədlə Azərbaycanın indiyə qədər bərpa olunan enerji mənbələri üzrə gördüyü işlər yeni inkişaf mərhələsinə daxil olacaq. İnanıram ki, BP ilə neft-qaz sahəsində möhkəm tərəfdaşlığa əsaslanan əməkdaşlıq təcrübəmiz bərpa olunan enerji sahəsində də faydalı olacaq və biz birlikdə təmiz enerjinin inkişafına töhfə verəcəyik”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, şirkət ölkədə bərpa olunan enerji mənbələri üzrə potensialı başa düşmək və birlikdə araşdırmaq üçün Hökumətlə birgə işləməyə hazırdır və Azərbaycanda bərpa olunan enerji sektoru üçün planlaşdırılan bazanın yaradılmasını dəstəkləyir.

“Biz 20 ildən artıqdır dünya miqyasında bərpa olunan enerji mənbələri sektorunda fəaliyyət göstəririk və Azərbaycanla bölüşə biləcəyimiz böyük təcrübəmiz var. Bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin dünyada ən sürətlə artan enerji forması olaraq qalacağı gözlənilir, çünki istifadə olunan enerji resursları tərkibcə az karbonlu mənbələrə doğru dəyişir. Bu yaxınlarda Hökumətin bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın yaradılması barədə verdiyi bəyanatı alqışlayırıq və bu sahədə ölkənin səylərinə dəstək olmaq üçün bugünkü Anlaşma Memorandumunu imzalamaqdan məmnunuq”,- Q.Counz əlavə edib.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar