Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ermənistanı Bolqarıstan vasitəsilə silahlandırır...

Rusiya mənşəli “EADaily” saytı bu gün sensasion məlumat yayıb

Saytın informasiyasına görə, Bolqarıstandan Ermənistana iki aydan çoxdur ki, silahla dolu yüklər göndərilir. İl-62 yük təyyarəsi İrəvan-Burqas-İrəvan marşrutu ilə gündə bir dəfə uçaraq burada müvafiq yükün boşaldılmasını həyata keçirir.

Sayt silah satışının ABŞ-ın təşəbbüsü ilə baş tutduğunu və bunun Rusiya ilə Ermənistan arasındakı 100 milyon dollarlıq müqavilənin pozulması məqsədilə həyata keçirildiyini bildirir.

Məlumatda son bir həftə ərzində Bolqarıstanın “Rada Airlines” hava şirkətinə məxsus İl-62 təyyarəsinin “EW-450TR” registrasiya nömrəsi altında Ermənistana uçduğu göstərilir.

Təyyarənin izləyici cihazlarını söndürməsinə rəğmən rusların naviqasiya portalı onun Ermənistandakı hərəkət marşrutunu izləməyə müvəffəq olub.

“EADaily” həmçinin İsrailin “Haaretz” qəzetinin ingilisdilli verisyasının redaktoru Avi Şarfın “Rada Airlines” şirkətinin Burqasdakı təyyarələrinin Ermənistana uçuşu barədə məlumat verdiyini xatırladır.

Bundan əlavə türkiyəli bloger Yürük İşıq da “Flightradar 24” naviqasiya proqramının köməyi ilə 8 gündə Burqasdan Ermənistana 8 təyyarənin uçduğunu xəbər edib. Həmin təyyarələrin Türkiyə hava məkanını yandan dolanaraq İrəvanın “Zvartnots” hava limanına düşdüyü qeyd olunur.

Xəbərdə Bolqarıstanın ABŞ-ın xeyir-duası olmadan belə miqdarda silahı Ermənistana daşımasının mümkün olmadığı vurğulanır.

Gələn informasiyalarda Bolqarıstandan Ermənistana 40 ton yük göndərildiyi bildirilir. Bunların içində 1700 minaatan və onlara əlavə edilən 5 min sursatın olduğu deyilir. Əgər bu vaxta qədər 11 reysin artıq həyata keçirildiyi düşünülsə, o zaman bu rəqəm 10 dəfə artır.

Yazıda Ermənistanla Bolqarıstan arasında hərbi əməkdaşlığın genişləndiyinə diqqət çəkilir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatın əsasən bu il noyabrın sonunda iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq proqramı imzalanıb. Həmin ayın ortalarında isə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davutyan Bolqarıstana rəsmi səfəri zamanı Bolqarıstanın müdafiə naziri Krasimir Karakçanov və baş qərargah rəisi, general Andrey Botsevlə görüşüb. Erməni general Bolqarıstanın hərbi zavodlarına da baş çəkib.

Bu vaxta qədər isə Ermənistan Bolqarıstanın hərbi-sənaye kompleksi üçün kiçik müştəri saylıb. Məsələn 2017-ci ildə Ermənistan Bolqarıstanla 19,7 milyon dollarlıq saziş imzalasa da, sadəcə 637 min avroluq silah alıb. BMT-nin silah ixracı reyestrinin məlumatlarına əsasən Bolqarıstan 2017-ci ildə Ermənistana 1094 əl pulemyotu verib.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar