Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEK dağılacaq? - Proqnoz

Dünyanın istehlak səbətində neft və qaz 60%-dən çox paya malikdir. Bu 60%-ə ciddi zərbə dəyəcəyini, dünyanın ən böyük neft istehsalçısının (OPEK) ləğv olunacağını düşünmək çox çətindir

Bunu Trend-ə energetika məsələləri üzrə analitik Mehdi Hüseyni deyib.

Onun sözlərinə görə, OPEK yalnız dünya səviyyəsində böyük üzvlərin təşkilatı tərk etməsi nəticəsində dağıla bilər: "Bu isə mümkün deyil. Çünki OPEK-in üzvlərindən heç biri bu təşkilatdan zərbə görməyib. Bazarın neftə ehtiyacı var. Neftə tələb iqtisadiyyatın inkişafına görə artır".

Enegetika eksperti deyib ki, OPEK təşkil olunduğu gündən enerji bazarlarında iqtisadi böhranlar, neftin qiymətinin destabil olması, 1990-cı illərdən başlayaraq İran, İraq və Liviya əleyhinə sanksiyaların şahidi olub. Təşkilata üzv ölkələr bütün bu eniş-yoxuşlardan keçiblər. Bazarda OPEK-in payı hələ də böyük paydır.

Analitikin sözlərinə görə, ötən il enerji istehlakı maksimum səviyyədə idi: "Neftə tələb ötən iki ildəki tələbdən 50% çox idi. İstehsalçıların fikrincə, ötən il "qızıl dövr" idi. Lakin hazırda bazarda qiymətlərdə eniş var. Səbəbi isə bazara siyasi və fiziki müdaxilələrdir. Hazırda ABŞ 13 milyon, Rusiya 11 milyon barel neft istehsal edir. Səudiyyə Ərəbistanı da öz istehsalını maksimuma çatdırıb. Bu ölkələrin təyin etdikləri siyasi məqsədlər uzunmüddətli deyil".

pia.az


Etiket: OPEK

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar