Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Amerikanın Suriyada qurduğu terrorçu dövlət Türkiyə və Yaxın Şərq üçün təhlükədir”

Serkan Üstüner

Haber7 (Türkiyə), 16.12.2018

 

Prezident Ərdoğanın Suriyada Fəratdan şərqə münasibətdə “bir neçə günün içində əməliyyata başlayacağıq” bəyanatının ardınca bütün diqqət Rusiyanın Suriyanın hava məkanını açıb-açmayacağı haqda məsələyə yönəldi.

Asiya polis təşkilatının (ASIAPOL) qurucularından biri, Rusiya “Milli təhlükəsizlik akademiyası” rəhbərinin yardımçısı Talat Çetin Türkiyənin Suriyada Fəratdan şərqdə mümkün əməliyyatına yanaşmada Rusiyanın mövqeyini şərh edib. İctimaiyyəti hər şeydən çox maraqlandıran baş suallardan biri: Rusiya Suriyanın hava məkanını açacaq? Çetin bunu cavablandıraraq önəmli açıqlama verib.

Terrorizm Rusiyaya da, Türkiyəyə də təhlükədir

Türkiyənin Suriya əməliyyatlarının heç biri Rusiyasız keçirilməyib. “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları keçirilərkən terrorizmin onlar üçün eyni bəla, terrorizmin Rusiya və Türkiyənin maraqlarına qarşı olduğunda uzlaşan iki ölkə bu problemi həll edib. Rusiya bu məsələlərdə Türkiyə üçün dəstəyini əsirgəməyib. Türkiyənin bu bölgədə hər hansı hərbi, ya da logistik resurslara ehtiyacı yoxdur. Yeganə məsələ Rusiyanın Suriya hava məkanını açıb-açmayacağı və böyük bir dövlət kimi Türkiyənin tərəfini saxlayıb-saxlamayacağıdır. Biz milli maraqlara baxsaq, söhbət ümumi təhlükədən gedir. Rusiya da bu üzdən Fəratdan şərqdə keçiriləcək əməliyyatda Türkiyəyə hər cür dəstək verəcək. Bu əməliyyat ABŞ-ın ikili və ikiüzlü mövqeyinə görə getdikcə uzanırdı.

Təhlükəsizlik üzrə toplantıda Putin də vurğulayıb

ABŞ-ın indiyədək gördüyü bütün iş bizi aldatmaq olub. Biz bunu onun ritorikasında gördük və praktikada sınadıq. Türkiyə indi ABŞ-ın 20 min yük maşını sulah verdiyi, maliyyələşdirdiyi, öyrətdiyi, guya onlar terrorçu deyilmiş kimi obrazını yatarmaq cəhdiylə elə hey adını dəyişdirdiyi terrorçu quruma qarşı hərəkətə gəlməyi kəsdirib. Rusiyanın baxımından yanaşanda belə bir durum müşahidə olunur. Lavrov bu yaxında önəmlıi açıqlama verib: “ABŞ-ın Fəratdan şərqdə yaratmaq istədiyi terrorçu dövlət son dərəcə təhlükəlidir. Buna heç kim yol verməməlidir”. Rusiya prezidenti Putin də milli təhlükəsizlik üzrə son toplantılardan birində bu problemdən danışıb. O deyib ki, bu durum Türkiyəni və Yaxın Şərqi təhdid edir.

Suriyanın hava məkanı Türkiyə üçün açıq olacaq

Rusiya XİN rəsmi təmsilçisinin “bizim bu məsələdə Türkiyənin mövqeyi ilə uyğunsuzluğumuz var” sözlərinə sıradakı sayaq yanaşmaq gərəkdir. Bu, oradakı adamlar üçün deyilmiş sözlərdir. Bunlar terorçular deyil, mülki əhalidir. Rusiya və Türkiyənin üz tutduqları isə ABŞ-ın 200 dollara tutduğu şəxslərdir. Rusiya bu bölgəyə müdaxiləni tam dəstəkləyəcək. Başqa sözlə, tamamilə dəqiq demək olar ki, Suriyanın hava məkanı Türkiyə üçün açıq olacaq.

Oxucuların şərhləri:

ahmet yalçın: Qoy ABŞ bunu görsün (❤Rusiya).

mustafa: Rusiya müttəfiq deyil. Əksinə, Bosfor və Dardanel boğazlarına göz dikib. Gəlin, bunu unutmayaq. Biz indi bir yerdəyiksə, yalnız buna görədir ki, konyunktura tələb edir. Nəhayət, hər ölkənin öz marağı var. hava mava: Ruslar qoy əvvəlcə Təl-Rifətdə qoruduqları PKK/YPG yaraqlılarını versinlər. Hava məkanı hökmən açıq olacaq.

kaptan: Rusiya da çox yaxşı bilir ki, ABŞ Suriyada yeni İsrail qurur. Və bu terrorçu struktur ABŞ-ın köləsinə dönüb. ABŞ Suriyanı bölmək qəsdilə, eləcə də İsrailə dəstək vermək, həm də indi olmasa da, perspektivdə Türkiyəni parçalamaq üçün əməliyyatda istifadə edəcəyi yerüstü güc formalaşdırır ki, Əsədin, yəni Rusiyaİranın nüfuzunu sarsıtsın. Yəni əsas təhlükə ABŞ-ın özüdür.

kaptan: Və daha bir önəmli məsələ. ABŞ-ın yemlədiyi və bizə zidd olaraq inadla qorumağa çalışdığı PKK/ YPG üzündən əsil müttəfiqi Türkiyəni özündən böyük həvəslə uzaqlaşdırır. Bunu görən Rusiya ABŞ-a əks tarazlıq olaraq bölgədə belə güclü Türkiyəni qazanmaq üçün siqnal verir: “Biz sizə dostuq və bizə inana bilərsiniz”. ABŞ ümumi düşmənə çevriləndə siyasət başqa formalar alır.

Murat: Rusiya Fəratdan şərqdə yoxdur, Amerika var. Nəticədə hava məkanına Rusiya deyil, ABŞ göz qoyur. Rusiyanın hərbi təyyarəsi hətta ora girə bilmirsə, bizə hava məkanını necə aça bilər?

T.C. Vatandaşı: Rusiya, doğrudan da, dost və müttəfiqdir. Etibarlıdır. ABŞ isə bu şansı buraxıb. Bu, bir Türkiyə vətəndasşı kimi mənim baxışımdır. Mən öz ölkəmi sevirəm. Rusiya ilə dostluq inam aşılayır. Allah eləsin, mən yanılmayım.

Bir dost: Ölkələr arasındakı münasibətlərdə dostluq olmur. Rusiya dost deyil, çox ehtiyatlı olmaq gərəkən bir ölkədir.

Gerçekçi…: Tanrım… Ruslarla dostluq yoxdur. Onların hədəfi bizi NATO-dan ayırmaqdır. Ruslar I Pyotrun vəsiyyətinə dəqiq əməl edirlər. Rusiyanın dünya ağalığı xülyasına yol Türkiyənin aradan qaldırılmasından keçir. Onlar buna sadiqdirlər. Ayıq olmaq gərəkdir.

Murat osmanoglu: Mən şəxsən Rusiyaya güvənməyə meylliyəm. ABŞ 20 üzlü əsil iblisdir. Yaxşı olardı ki, İncirlikdə ABŞ deyil, Rusiya olaydı. Onda terrorçular Suriyada, İraqda sığınacaq tapa bilməzdilər. Ali: Rusiya ABŞ-dan fərqli olaraq yalançı deyil. Bütün tarix boyu qonşumuz olub.

vatansever: Rusiya – dost?.. Tarixi oxuyun.. O bizim çoxəsrlik düşmənimizdir. Və Ermənistanın ürək dostudur … Rusiya bütün tarix boyu bizə arxadan zərbə vurub… Krımı yaddan çıxarmayın… Ruslar Dağlıq Qarabağda azərbaycanlıları qətlə yetiriblər… Türkün türkdən savayı dostu yoxdur… “Türkəm” deyən necə xoşbəxtdir…

erdaş: Rusiya Türkiyə müsəlman dünyasının yardımıyla təkbaşına öhdəsindən gələ bilmədiyi Amerika təhlükəsinə son qoymaq və öz ağalığına zamin yaratmaq istəyir. Plan işləyəndə bunu da gözə almaq gərəkdir.

Tərcümə Strateq.az-ındır.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar