Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun qohumu sahibkarları prezidentə qarşı qaldırır

“Royal-Estate” şirkətinin icraçı direktoru Anar Novruzovun rəzaləti pik nöqtəsinə çatıb

Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə yerləşən 80 mağazanın icarədarları vaxtilə nəqliyyat naziri olmuş Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus “Real Estate” şirkəti ilə bağladıqları müqavilə əsasında fəaliyyət göstərirdilər. Sonradan Ziya Məmmədovun çox yaxın qohumu Anar Novruzov icraçı dikretor vəzifəsinə gətirildi. Elə onun burada peyda olduğu gündən etibarən icarədarların qara günləri də başladı. Belə ki, heç bir səbəb olmadan Anar Novruzov daima icarə qiymətlərini artırmaq siyasətini yürüdür və beləcə, süni şəkildə bahalaşma müşahidə olunur. Bakıda, şəhərin tən mərkəzində ən ucuz qiymətlərə mallar Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddəki mağazalarda satılır. Əldə etdiyimiz məlumatlara görə, Anar Novruzov 2019-cu ildə aylıq icarə haqlarını 4 min manata qaldırmaq istəyir.

Peşəkar hüquqşünaslar qanunsuzluqlara göz yummayacaqlar

Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə 80 mağazanı işlədən kiçik sahibkarlar Respublika Vəkillər Kollegiyasının üzvü olan vəkillərə müraciət ediblər. Vəkillər isə yaranmış durumla və qanunsuzluqlarla bağlı müvafiq sənədləri hazırlamağa başlayıblar. “Google” sosial araşdırmalarından da bəlli olub ki, “Royal Estate” şirkəti İngiltərənin Virginia adasında “Montgomery İndustreis” LTD şirkətinin törəməsi olaraq “ofşor” bölgə qeydiyyatına malikdir. Ona görə də “Royal-Estate” bir şirkət olaraq, Azərbaycanda strateji əhəmiyyət daşıyan obyektlərin özəlləşdirilməsində iştirak edə bilməz. Bütün dünyada olduğu kimi, Azərbaycanda da yeraltı keçidlər və körpülər özəlləşdirilə bilməz. “Royal-Estate” şirkəti isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “seriya PX” və “№0041927” saylı çıxarış əldə edib. Bunun mənası Cəfər Cabbarlı Meydanındakı yeraltı keçidin özəlləşdirilməsi deməkdir.

22 sentyabr 2012-ci ildə Ziya Məmmədovun “at oynatdığı” bir dönəmdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisi Ş. Şahvələdov və qeydiyyat icraçısı F. Babayevin imzaladığı sənədə əsasən yeraltı keçiddəki 3 min 445.4 kvadrat metr ərazi qanunsuz olaraq özəlləşdirilib. Peşəkar hüquqşünaslar bu sənədlə tanış olduqdan sonra belə bir ümumi rəyə gəliblər ki, yeraltı keçidin özəlləşdirilməsi tamamilə qanunsuzdur. Vaxtilə bu keçid təbii fəlakət və terror olayları zamanı vətəndaşlar üçün sığınacaq məkanı kimi inşa edilib. Ona görə də belə məkanlar dövlət üçün daim strateji məkan kimi qalmalıdır.

2009-cu il aprel ayının 30-da Cəfər Cabbarlı Meydanının düz yaxınlığındakı Dövlət Neft Akademiyasında baş verən terror olayı zamanı bu məkandan minlərlə vətəndaş sığınacaq kimi istifadə etmişdi.

Bəzi hüquqşünasların və hüquq müdafiəçilərinin fikrincə, Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə icarə əsasında fəaliyyət göstərən mağazalarda “Royal Estate” şirkətinin icra haqlarını qaldırması təəccüb doğuran amillərdən biridir. Axı ölkədə hansısa iqtisadi və ya maliyyə böhranı yoxdur. Belə süni bahalaşmaların yaradılması ölkə prezidentinə və işadamlarına qarşı sabotajdır. Sahibkarları və əhalini prezidentə qarşı qaldırmaqla Ziya Məmmədovun və onun biznes sektorundakı çetesinin qisasçılıq hissləri yenidən alovlanıb. Ölkənin vaxtilə baş oliqarxlarından olan Ziya Məmmədov sonda biabırcasına tutuğu vəzifəsindən uzaqlaşdırılıb. Ancaq hikkəsindən əl çəkənə oxşamır.

300 min manata “Gelandewagen” alan Anar Novruzov

Sabiq nazirin adamları ölkə KİV-lərini və eləcə də rəsmi hakimiyyəti aldadaraq son vaxtlar belə bir informasiya dövriyyəyə buraxıblar ki, guya “Ziya Məmmədova məxsus biznes şəbəkəsi tamamilə onun nəzarətindən çıxıb. Bu sektorda əl dəyişməklə daha iriçəkili oliqarx tərəfindən həmin biznes şəbəkəsi idarə olunur”. Halbuki, bu yalanlarla kölgəyə çəkilərək daha iri miqyasda gəlir əldə etmək üçün gecə-gündüz baş sındırırlar.

“Royal Estate” şirkətinin icraçı direktoru Anar Novruzovun əməlləri də sübut edir ki, Ziya Məmmədov və onun çetesi nə kimi işlərlə məşğuldurlar.

Son günlər Anar Novruzovun 300 min manat dəyərində aldığı yeni “Gelandewagen” vaxtilə dövlət əmlakını dolayı yolla ələ keçirmiş Ziya Məmmədovun biznes imperiyasında icarəyə verilən obyektlərdən bazar qiymətlərindən dəfələrlə artıq toplanılan vəsaitin sayəsində əldə olunub. Bunu Anar Novruzovu yaxından tanıyanlar da etiraf edirlər. Bununla kifayətlənməyən Anar Novruzov Daxili İşlər Nazirliyinin “Xüsusi Dövlət Obyektlərinin Mühafizəsi İdarəsi”nin xidmətindən də yararlanır. Ona görə ki, A. Novruzovun nəzarətindəki ticarət obyektlərini məhz bu idarə qoruyur. Halbuki, mülki sahə sayılan ticarət obyektləri özəl mühafizə şirkətlərinin xidmətindən faydalansa, bu daha ucuz və yararlı qiymətə başa gələr.

Bütün bunlar azmış kimi, Anar Novruzov Ziya Məmmədovun oliqarxiyanın zirvəsində olduğu dönəmlərdəki kimi xüsusi kortejlə gəzir. Bu əməlini xüsusi əda ilə nümayiş etdirməkdən zövq alırmış kimi davranmağı da unutmur.

İngiltərədəki ofşor şirkətin qaranlıq tərəfi

“Royal Estate” şirkəti İngiltərədə “Montgomery İndustreis” LTD şirkətinin törəməsi olaraq qeydiyyatdan keçib. Adətən ofşor bölgələrdə qeydiyyatdan keçmiş şirkətlərə biznes sahəsində işadamları ciddi yanaşmırlar. Ona görə ki, ofşor şirkətlərin əsas gəlir mənbəyi “çirkli pulların yuyulması”, “vergi qaçaqçılığı”, “qara bazarda qanunla yasaq hesab olan biznes” sayılır. Biz “Royal Estate”nin nə kimi işləklərinin olduğunun fərqində deyilik. Tək onu bilirik ki, Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə inhisara aldığı mağazalar şəbəkəsində kiçik sahibkarlara od vurmaqla məşğuldur. Dövlət büdcəsi hesabına təmir olunan 80 mağaza şəbəkəsini öz halal malı kimi ələ keçirməklə ilk zamanlar 800-1000 manat arasında icarədarlardan vergi tuturdu. Daha sonrakı illərdə rəsmi qaydada ayda 1000, qeyri-rəsmi əlavə olaraq 1500 manat vergi tutmağa başladı. Əgər əvvəllər icarə haqqında kommunal xərclər də daxil idisə, indi icarə haqqından əlavə, icarəçilər əlavə vergilər də ödəmək zorunda qalıblar.

Bütün bu müsibətlərə canlarını dişlərinə sıxaraq birtəhər dözən kiçik sahibkarları 2019-cu ildə daha acı aqibət onları gözləyir. Ona görə ki, Anar Novruzov bütün müqəddəs qanunlara tüpürərək, Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə icarədarlardan ayda 4 min manat vergi almaq qərarına gəlib.

Şirkətin qaranlıq işlərindən biri də burada alınan vergilər haqqında icarədarlara heç bir hüquqi sənədin verilməməsidir. Görəsən, maliyyə fırıldaqlarına qarşı mübarizə aparan Dövlət Audit Palatası, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və digər müvafiq dövlət strukturlarının Anar Novruzovun əməllərindən xəbərləri varmı? Respublika Prokurorluğunun əmlakla bağlı strateji obyektlərin qanunsuz özəlləşdirilməsi proseslərini nədən araşdırmır?

Buradakı hər bir mağazanın orta hesabla ümumi sahəsi 36 kv.m-dir. Bundan əlavə, bu obyektdə işçilər üçün xüsusi təmir olunmuş yeməkxana ləğv edilərək, onun yerində 4 mağaza açılıb. Yerin altında, bir qədər də havasızlıq şəraitində icarədarlardan ayda bu qədər vergi yığılması feodalcasına rəzalətin pik nöqtəsi hesab olunur.

Qorxulu “qorxu” siyasəti

“Royal Estate” şirkətinin icraçı direktoru Anar Novruzov Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə icrarə əsasında mağazaları işlədən kiçik sahibkarları daim qorxu altında saxlamaqdan da çəkinmir. Burada illərlə işləyən işadamları ilə qısa müddətli icarə anlaşması imzalamaq taktikası ilə hərəkət edərək, onun sözündən çıxana şəqsə qarşı dərhal müqaviləni ləğv etmək siyasətini yürüdür. Burada çalışanların hər biri çox yaxşı dərk edir ki, Anar Novruzov üçün həyatda puldan savayı müqəddəs heç nə yoxdur. Ona görə də işadamları, yəni kiçik sahibkarlar onun nazı ilə oynamaq zorunda qalıblar. Mağazanı işlədən hər bir icarədar iş rejimindən sonra müəyyən təmir işi görmək, ya da mallarını çeşniləmək istədiyində Anar Novruzov dərhal obyektin açıq olmasına görə hər gün üçün icarədarlardan 300 manat əlavə ödəniş tələb edir.

Hər hansı bir icarədarla sözü çəp gəldiyində dərhal müqaviləni pozmaqla yanaşı, yeni icarədarla müqavilə imzalanmamışdan öncə, “təmirli mağaza” adı ilə onlardan 30-50 min manat arası əlavə ödəniş alınır. Halbuki, bu mağazaların hamısı dövlət büdcəsi hesabına təmir olunub və abadlaşdırılıb. 30-50 minlik ödənişi (rüşvət) alandan sonra aylıq icarə haqları alınır. Faktiki olaraq, burada çalışan kiçik sahibkarların hamısı ayrı-ayrı bankalara hələ də faiz ödəyirlər. Ona görə ki, mağazanı icarəyə götürəndə əlavə 30-50 min manat ödənişi vermək üçün bu addımı atmaq zorunda qalıblar.

İcarəçilər ölkə prezidentinə müraciət etməyə hazırlaşırlar

Anar Novruzovun qanunsuz əməlləri və qeyri-insani davranışlarından usanan kiçik sahibkarlar bu barədə ölkə prezidenti İlham Əliyevə müraciət üçün müvafiq sənədləri hazırlayıblar. Bu məsələdə peşəkar hüquqşünaslar da onlara yardımçı olurlar. Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə yaşanılan rəzalətin aradan qaldırılmasına çalışılır. Ona görə ki, növbəti icarədarlar onlardan əvvəlki kiçik sahibkarlalrın aqibətini yaşamasınlar.

Həyatda zülm edənə heç bir zaman yaxşı münasibət olmayıb. Elə götürək keçmiş baş oliqarxlardan biri, keçmiş nəqliyyat naziri Ziya Məmmədovu. Vaxtilə çox yaxşı tanıdğı vağzal oğrularını “nəqliyyat müfəttişi” statusu ilə hərəkətə gətirərək taksi sürücülərinin, yük daşıyanların başına minbir rəzalət çamurunu yağdırırdı. Gözləri puldan qoymayan Ziya Məmmədov özü kimilərini ona məxsus biznes şəbəkəsində çeteləşdirərək istədiyi kimi at çapırdı. Sonunda prezident də onun yaramaz əməllərindən boğaza yığılaraq tutduğu vəzifəsindən qovdu. İndi ara bir qədər sakitləşdiyi üçün, yenidən onun çetesi açıq şəkildə iqtisadi sabotajlara keçib. Biz sadəcə olaraq, həmin çetenin ən başında oturanlardan birini, “Royal Estate” şirkətinin icraçı direktoru olan Anar Novruzuovun qanunsuz əməllərini, qaranlıq işlərini gündəmə gətirdik. Yerdə qalanı isə, dövlət strukturlarının buna reaksiya verməsinə bağlıdır.(Hurriyyet.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar