Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın atom elektrik enerjisinə ehtiyacı var?

Enerji məsələləri üzrə ekspert: “İndi Azərbaycan valyuta ehtiyatının yarısın xərcləməlidir ki, atom elektrik stansiyası olsun və adı hansısa siyahıya yazılsın?”

“Atom elekrtik stansiyasını ənənəvi elektrik stansiyaları ilə müqayisə etmək olmaz”.

Bu fikirləri enerji məsələləri üzrə eskpert İlham Şaban Azərbaycanda AES tikməklə bağlı təklifi PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyanın “Rosatom” dövlət korporasiyası Azərbaycan prezidenti İlham Əliyevə ölkədə Atom Elektrik Stansiyasının tikintisi də daxil olmaqla nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq təklif edib.

Bunu “Rosatom”dakı mənbə açıqlayıb. “Azərbaycanda nüvə sənayesi var, amma atom elektrik stansiyası yoxdur. Azərbaycan tərəfi düşünür. İki seçim təklif etmişik. Birincisi dərhal AES inşaatına başlamağı nəzərdə tutur. SSRİ dövründə AES tikintisi üçün ərazi də seçilmişdi, bu səbəbdən həmin ərazidə birbaşa inşaat işlərinə başlanıla bilər”-mənbə deyib.

İkinci variant isə Rusiya ilə Azərbaycan arasında nüvə enerjisi sahəsində əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. Mənbənin bildirdiyinə görə bu variantda AES-in tikintisi 5-6 il sonra başlaya bilər.

Mümkün AES layihəsinin maliyyələşdirilməsi məsələsi barədə danışan mənbə qeyd edib ki, Bakının Rusiyadan kredit istəyəcəyini düşünmür. “Azərbaycan tərəfinin layihəni öz maliyyə qaynaqları ilə həyata keçirəcəyini təxmin edirəm”-mənbə deyib.

Qeyd edək ki, Azərbaycanda son illər nüvə enerjisindən dinc məqsədlə istifadə sahəsində müəyyən addımlar atılıb. 2014-cü ildə prezident İlham Əliyev Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyinin tərkibində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC yaradıb.

AES tikintisi milyardlarla dollar investisiya tələb edən işdir və sovet dövründə Azərbaycanda bu layihəni həyata keçirmək üçün müəyyən hazırlıqlar görülüb.
“Rosatom” İranda Buşəhr AES-in tikintisini həyata keçirib, Türkiyədə isə Akkuyu AES-in tikintisi üçün müqavilə bağlayıb.

Azərbaycanın atom elektrik enerjisinə ehtiyacı varmı və AES-in tikintisi ölkəmizə hansısa siyasi, iqtisadi dividendlər gətirə bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı enerji məsələləri üzrə eskpert İlham Şabana müraciət edib.

İlham Şaban: “Azərbaycanın qaz ehtiyatları tərəfdaşlarımızın, istehlakçılarımızın, alıcılarımızın yaxın 100 ildə ehtiyacını ödəyə bilər”.

Azərbaycanda bu vaxta qədər 1000 megavatlıq bir elektrik stansiyasının tikilmədiyini xatırladan enerji məsələləri üzrə eskpert qeyd edib ki, amma Azərbaycanda 780 megavatlıq Qafqazın ən böyük təbii qazı ilə işləyən elektrik stasiyası tikilib. Onun qiyməti isə təqribən 800 milyon olub. Yəni bu baxımdan heç vaxt atom elekrtik stansiyasını ənənəvi elektrik stansiyaları ilə müqayisə etmək olmaz:

“Qeyd edim ki, atom elektrik stansiyası alternativ enerji mənbələrinə aid edilir. Onun kapital xərcləri də həddən artıq yüksəkdir. Yəni digər alternativ enerji mənbələri ilə müqayisədə belə atom elektrik stansiyasının kapital xərcləri yüksəkdir.

Onu da qeyd edim ki, Fransada, Yaponiyada atom elektrik stansiyalarından istifadə çox geniş yayılıb. Amma bu o ölkələrdir ki, onlar heç bir təbii enerji resurslarına malik deyillər və onlar ənənəvi enerjiyə, onun idxalına milyardlarla vəsait xərcləyirlər. Məsələn neftin qiyməti 100 dollar civarında olanda Yaponiya dünyada birinci ölkə idi ki, ənənəvi enerjinin idxalına 110 milyard vəsait xərcləyirdi. Fransanın isə atom elektrik stansiyası olmasaydı ənənəvi enerjinin idxalına 50 milyard vəsait xərcləyərdi.

Türkiyəni götürəndə deyə bilərik ki, qonşu ölkənin xam neft, təbii qaz və neft məhsullarına 5 il bundan öncə xərclədiyi vəsaitin miqdarı 55 milyarda çatırdı. Türkiyə həmişə ilk beşkildə olub. Buna görə də Türkiyə atom elektrik stansiyasının tikintisinə imza atdı. Amma atom elektrik stansiyası Türkiyəyə 22 milyarda başa gələcək.

İlham Şaban: “Neftin qiyməti 100 dollar civarında olanda Yaponiya dünyada birinci ölkə idi ki, ənənəvi enerjinin idxalına 110 milyard vəsait xərcləyirdi”.

Azərbaycanda isə bu vaxta qədər 1000 megavatlıq bir elektrik stansiyası tikilməyib. Amma Azərbaycanda 780 megavatlıq Qafqazın ən böyük təbii qazı ilə işləyən elektrik stasiyası tikilib. Onun qiyməti isə təqribən 800 milyon olub. Yəni bu baxımdan heç vaxt atom elekrtik stansiyasını ənənəvi elektrik stansiyaları ilə müqayisə etmək olmaz. Həmçinin elektrik stansiyasının tikintisi maksimum 3 ilə başa gəlir. Amma Türkiyə istəyir ki, atom elektrik stansiyasını 5 ilə hazır edə bilsin. Bu isə çətin məsələdir. Atom elektrik stansiyasını 10 il müddətinə başa gələn işdir. Hətta onun təhlükəsizlik, kadr potensial məsələsi var. Yəni atom elektrik stansiyası ənənəvi enerji ilə müqayisədə mürəkkəbdir.

Məlumdur ki, təbii qaz neftlə müqayisədə kifayət qədər ucuzdur. Azərbaycanın qaz ehtiyatları da tərəfdaşlarımızın, istehlakçılarımızın, alıcılarımızın yaxın 100 ildə ehtiyacını ödəyə bilər. İndi Azərbaycan valyuta ehtiyatının yarısın xərcləməlidir ki, atom elektrik stansiyası olsun və adı hansısa siyahıya yazılsın?

Hər bir işi bazar və iqtisadiyyat müəyyənləşdirməlidir. Əgər sənin bir Mercedesin varsa və bu sənin ehtiyyaclarını ödəyirsə, borca girib, hətta evini girova qoyub mercedesdən üç dəfə bahalı Bentler alıb onu da ayda bir dəfə hansısa, mərasimə gedib və qaytarıb baqajda saxlamağın mənası varmı? Hər bir işə rasional yanaşmaq lazımdır. İşə rasional yanaşanda inkişafın bütün sfektrlərindən bəhrələnmək olar”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar